Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU-nun rəqəmsal transformasiya üzrə Məşvərət Şurasının növbəti iclası keçirilib

AzTU-nun rəqəmsal transformasiya üzrə Məşvərət Şurasının növbəti iclası keçirilib

09.06.2022     246     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) rəqəmsal transformasiya üzrə Məşvərət Şurasının növbəti iclası keçirilib.

İclasda "AzTU-da İT ixtisaslarının proqramlarına verilən tələblər, əmək bazarının tələb etdiyi bilik-bacarıqlar, ixtisas məzmunu (kontenti)” mövzusunda müzakirələr aparılıb.

Şura üzvləri bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqinin zəruriliyini qeyd ediblər. Həmçinin universitet-sənaye işbirliyinin dayanıqlı inkişafını təmin etmək məqsədilə İT ixtisaslarının proqramlarına müasir çağırışlara uyğun dəyişiklik edilməsinin vacibliyi bildirilib. Şura üzvləri beynəlxalq sertifikatlar alan tələbələrə müvafiq istiqamət üzrə güzəştlərin tətbiqi və digər məsələlərlə bağlı təkliflər səsləndiriblər.

AzTU-nun rektoru Vilayət Vəliyev irəli sürülən təkliflərin universitetlərdə rəqəmsal transformasiyanın sürətlənməsinə və İT sahəsində kadr hazırlığının inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

  


Related news