Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU-nun "SABAH Magistratura" tələbələri "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasına səfər edib

AzTU-nun "SABAH Magistratura" tələbələri "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasına səfər edib

10.06.2022     262     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) “SABAH Magistratura” proqramının logistika və nəqliyyat ixtisaslaşması üzrə təhsil alan bir qrup tələbəsi ARTİ-nin təşkilatçılığı ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasına səfər edib.

Tələbələr stansiyanın sxemi ilə tanış olub və onlara görülən işlər barədə ətraflı məlumat verilib. Stansiyanın rəhbəri Elmar Məmmədov tələbələrlə söhbət zamanı bu sahədə uğur qazanmaq üçün ilk pillədən başlayaraq işə tam şəkildə yiyələnməyin vacibliyini vurğulayıb.

Sonra tələbələr lokomotiv ilə stansiya ərazisinə yollanıblar. İştirakçılara qatarların gediş-gəlişinə nəzarət və onların qeydiyyata alınması, dispetçerlərin iş prosesi əyani olaraq nümayiş etdirilib. Sonra tələbələr yuyucu-buxarlayıcı stansiyada vaqonların necə təmizləndiyini izləyiblər. Son stansiyada isə tələbələrə fövqəladə hallar baş verən zaman görüləcək tədbirlər izah edilib və vaqonların təmir olunması prosesi göstərilib.

Tələbələr stansiyada təşkil olunan bu dərsdənkənar fəaliyyətdə iştirak etməklə, auditoriyada qazandıqları bilik və bacarıqları praktiki cəhətdən möhkəmləndiriblər.

   



Related news