Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU universitet-məktəb əməkdaşlığını inkişaf etdirir

AzTU universitet-məktəb əməkdaşlığını inkişaf etdirir

27.02.2024     426     AzTU

Azərbaycan Texniki Universiteti (AzTU) ilə orta məktəblər arasında əməkdaşlıq inkişaf etdirilir. Əməkdaşlıq çərçivəsində Abşeron rayonu Xırdalan şəhəri 5 nömrəli tam orta məktəbin müəllim və şagirdləri AzTU-ya səfər edib. 

 

Əvvəlcə AzTU-nun tanıtım videoçarxı nümayiş olunub.

Sosial İnkişaf Mərkəzinin əməkdaşı Eyvaz Məhəmmədli universitetdə görülən işlər, həyata keçirilən yeniliklər barədə məlumat verib. Universitetin tarixi, fakültələr, ixtisaslar, beynəlxalq əlaqələr, ikili diplom proqramları, laboratoriyalar, karyera imkanları və digər vacib məlumatlar da məktəblilərin diqqətinə çatdırılıb. Daha sonra qonaqlar AzTU-nun müasir laboratoriyaları və sinif otaqları ilə tanış olublar.


Related news