Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News Dövlət Sərhəd Xidmətinin nümayəndə heyəti AzTU-da tələbələrlə görüşüb

Dövlət Sərhəd Xidmətinin nümayəndə heyəti AzTU-da tələbələrlə görüşüb

01.11.2023     322     AzTU

Gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, onlara dövlətçiliyə sədaqət hisslərinin təlqin edilməsi məqsədilə Dövlət Sərhəd Xidmətinin nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) tələbələrlə görüşüb.

Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü və azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin professor-müəllim heyətinin də iştirak etdiyi görüşdə gənc nəslin milli-mənəvi dəyərlərimizə bağlılığı, Vətənə sevgi, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunmasının vacibliyindən söhbət açılıb.

Torpaqlarımızın işğalçılardan azad olunması istiqamətində aparılan bütün döyüş əməliyyatları, o cümlədən Vətən müharibəsində qələbənin qazanılmasında əsas faktorlardan biri də məhz gənclərə vətənpərvərlik ruhunun aşılanması ilə bağlı uğurlu işin aparılmasıdır.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.


Related news