Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News Kibertəhlükəsizlik kafedrasının əməkdaşları “Azərbaycanda kiber ekosistemin formalaşması” mövzusunda elmi-praktik konfransda çıxış edib

Kibertəhlükəsizlik kafedrasının əməkdaşları “Azərbaycanda kiber ekosistemin formalaşması” mövzusunda elmi-praktik konfransda çıxış edib

02.12.2022     191     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Kibertəhlükəsizlik kafedrasının əməkdaşları “Azərbaycanda kiber ekosistemin formalaşması” mövzusunda onlayn keçirilən elmi-praktik konfransda iştirak ediblər.

AzTU, Mingəçevir Dövlət Universiteti (MDU) və Türkiyənin Qazi Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransda kafedra əməkdaşları sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi məsələləri, kiber-fiziki sistemlərdə autentifikasiya metodları, sosial şəbəkələrdə yayılmış fişinq hücumları, elektron poçt sistemlərinin təhlükəsizliyi problemləri, informasiya texnologiyalarının təhlükəsizliyinin qiymətləndirilməsi metodları, sıfır bilik verməklə isbat əsasında kriptovalyutalar və kibertəhlükəsizlik laboratoriyaların qurulmasına yanaşmalar mövzusunda məruzələrlə çıxış ediblər.

Məruzələr ətrafında aparılan müzakirələrdə qeyd olunan mövzularda birgə tədqiqatların aparılması təklif olunub.


Related news