Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News Qazaxıstanın Atırau Neft və Qaz Universitetinin rektoru AzTU-nun qonağı olub

Qazaxıstanın Atırau Neft və Qaz Universitetinin rektoru AzTU-nun qonağı olub

02.08.2022     184     AzTU

Qazaxıstanın Atırau Neft və Qaz Universitetinin rektoru Gülzadə Şakulikova Azərbaycan Texniki Universitetinə (AzTU) səfər edib. Səfər çərçivəsində Gülzadə Şakulikova AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb. Görüşdə Qazaxıstanın Azərbaycandakı səfirliyinin müşaviri Sayan Kuljanov da iştirak edib.

Söhbət zamanı rektorlar rəhbərlik etdikləri universitetlərdə görülən işlər və həyata keçirilən yeniliklər haqqında məlumat verib. Hər iki universitet arasında nəqliyyat və logistika, neft-qaz nəqli, kimya texnologiyaları, mühəndis geodeziya və geofizikası istiqamətlərində birgə tədrisin təşkili üçün potensial imkanları nəzərdən keçirmək məqsədəuyğun hesab edilib. Bundan başqa, Xəzər dənizinin ekoloji problemləri, neft-qaz yataqlarının işlənilməsində müasir mühəndis yanaşmaları və digər istiqamətlərdə birgə elmi-tədqiqat imkanları da müzakirə olunub.

 

 



Related news