Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News Rektor Vilayət Vəliyevin 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbriki

Rektor Vilayət Vəliyevin 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbriki

08.03.2023     221     AzTU

Əziz xanımlar!

Sizi 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirəm!

Azərbaycan qadını tarixi mədəni irsimizin təşəkkülündə müstəsna xidmətlərə malikdir. Şərqdə elmin, təhsilin müxtəlif istiqamətləri üzrə ilk addımları atan Azərbaycan qadını yenilikçi ruha sahib olduğunu hələ o vaxtdan sübut edib. Azərbaycan qadını Vətənini sevən övladlar tərbiyə edən, ailə dəyərlərini qoruyan anadır. 

Bu gün ölkəmizin bütün sahələrdə inkişafında Azərbaycan xanımlarının mühüm rolu var. 

Əminəm ki, Azərbaycan xanımları ölkəmizin yüksəlişi naminə töhfəsini əsirgəməyəcək. 

Bir daha hər birinizi təbrik edirəm, sizə cancağlığı, xoşbəxtlik arzu edirəm!

Bayramınız mübarək!


Related news