Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News Türkiyənin Qazi Universitetində “Tədqiqat-Təcrübə Proqramı”nda iştirak edən AzTU-nun heyəti ilə ilkin qiymətləndirmə görüşü keçirilib

Türkiyənin Qazi Universitetində “Tədqiqat-Təcrübə Proqramı”nda iştirak edən AzTU-nun heyəti ilə ilkin qiymətləndirmə görüşü keçirilib

07.06.2022     257     AzTU

Azərbaycan Texniki Universiteti (AzTU), Mingəçevir Dövlət Universiteti (MDU) və Türkiyənin Qazi Universiteti arasında imzalanan üçtərəfli əməkdaşlıq protokolu çərçivəsində Qazi Universitetinə ezam olunan AzTU-nun magistr, doktorant və əməkdaşlarından ibarət heyəti ilə ilkin qiymətləndirmə görüşü keçirilib.

Görüşdə Qazi Universitetinin rektoru Musa Yıldız, universitetin professor və müəllimləri, həmçinin MDU-nun heyəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədr müavini Cəmaləddin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Tədbirdə çıxış edən Qazi Universitetinin rektoru Musa Yıldız iştirakçılara uğurlar arzu edib, Azərbaycan universitetləri ilə əməkdaşlıqların bundan sonra da davam edəcəyini bildirib.

Qeyd edək ki, 2 ay müddətində təcrübə keçmək imkanı verən AzTU-nun “Tədqiqat-Təcrübə Proqramı” çərçivəsində 1 mart 2022-ci il tarixində 18 nəfərlik 1-ci qrup, 5 may 2022-ci il tarixində isə 14 nəfərlik 2-ci qrup Türkiyənin tanınmış universitetlərinə ezam olunub.

  



Related news