XƏBƏRLƏR

Ana səhifə Xəbərlər Xəbər

AzTU-nun mühəndislik ixtisasları üzrə magistratura səviyyəsinə qəbul olunanların nəzərinə!

2023-07-20
111
Xəbərlər

Türk Aviasiya və Kosmik Sənaye Şirkəti (TUSAŞ) ilə əməkdaşlıq çərçivəsində sənayenin və əmək bazarının tələblərinə uyğun olamaqla yüksək ixtisaslı mühəndis hazırlığı üzrə  “AzTU-Türkiyə Aerspace, MGP 2023.1” təlimləri proqramına qəbul elan edilir.

Təlim proqramı Azərbaycan Texniki Universitetinin (AzTU) təşkilatçılığı və Milli Aviasiya Akademiyasının (MAA) dəstəyi ilə həyata keçirilir.

Təlim proqramı aerokosmik mühəndislik, informasiya texnologiyaları, mexatronika, maşın mühəndisliyi, elektrik-elektronika, xəbərləşmə (radioelektronika), metallurgiya və s. mühəndislik sahələrində ixtisaslaşanların birgə iştirakı və layihə yanaşması əsasında təşkil olunur.

Təlim proqramının işçi dili Türkiyə türkcəsi olsa da, istifadə olunan bütün resurs və materiallar (ədəbiyyatlar, təqdimatlar) ingilis dilindədir.

Tələblər:

Namizədlərin texniki ingilis dili ədəbiyyatları ilə işləmək, başa düşmək, zəngin texniki söz ehtiyatlarına malik olmaq, ingilis dilində araşdırma apararmaq, təqdimat hazırlayacaq qədər yetkin olması mütləqdir.

Şəxsi məlumatlar, CV (nümunəyə uyğun) və elektron poçt ünvanı dəqiq yazılmalıdır.

Bu tələbləri ödəməyən müraciətlər texniki baxışdan keçmir və baxılmır.

Qeydiyyat və CV qəbulu üçün son tarix: 27 iyul 2023-cü il

Onlayn imtahan (qabiliyyət və ingilis dili): 28-29 iyul 2023-cü il

Qiymət: AzTU və MAA tələbələri üçün ödənişsizdir.

Əlaqələndirici şəxs Nicat Bəkirli: mobil/vatsap (+994 55) 2817109

İmtahandan keçən namizədlər müsabiqəyə (31 iyul-4 avqust 2023-cü il) dəvət olunacaq.

Müsabiqə AzTU-da (Hüseyn Cavid 25) keçiriləcək.

Qeydiyyat üçün link

CV nümunəsi

 

Proqram haqqında:

Təlim proqramı 4 sentyabr-30 dekabr 2023-cü il tarixlərində (4 ay) saat 9:00-dan 18:00-dək həftədə 5 gün müddətində davam edəcək.

Təlim proqramında iştirakçıların say həddi 48 nəfərdir.

Kursu müvəffəqiyyətlə bitirənlərə sertifikat təqdim olunacaq.