“MBA” şöbəsi haqqında ümumi məlumat


“MBA” şöbəsi 2021-ci ilin May ayında Azərbaycan Texniki Universitetinin nəzdində yaradılmışdır. Yaradıldığı ildə “MBA”-da 1 ixtisas və 8 ixtisaslaşma mövcud olmuşdur.
İxtisas:
060409-Biznesin idarə edilməsi
İxtisaslaşmalar:
1. Biznesin təşkili və idarə edilməsi (menecment üzrə)
2. Biznesin təşkili və idarə edilməsi (marketinq üzrə)
3. Biznesin təşkili və idarə edilməsi (risklərin idarə olunması üzrə)
4. Biznesin təşkili və idarə edilməsi (mühəndislik və idarəetmənin riskləri üzrə)
5.1. Biznesin təşkili və idarə edilməsi (beynəlxalq logistika və təchizat zəncirinin idarə edilməsi üzrə)
5.2. Biznesin təşkili və idarə edilməsi (beynəlxalq logistika və təchizat zəncirinin idarə edilməsi üzrə, tədris ingilis dilində)
6.1. Biznesin təşkili və idarə edilməsi (kibertəhlükəsizlik üzrə)
6.2. Biznesin təşkili və idarə edilməsi (kibertəhlükəsizlik üzrə, tədris ingilis dilində)
7.1. Biznesin təşkili və idarə edilməsi (beynəlxalq biznes üzrə)
7.2. Biznesin təşkili və idarə edilməsi (beynəlzalq biznes üzrə, tədris ingilis dilində)
8.1. Biznesin təşkili və idarə edilməsi (biznes və data analitikası üzrə)
8.2. Biznesin təşkili və idarə edilməsi (biznes və data analitikası üzrə, tədris ingilis dilində).
2021/2022 tədris ilində “MBA”-ya 191 magistrant qəbul olub və 2023-cü ildə 178 magistrant məzun olmuşdur.
2022-ci ildə “MBA”-da 3 ixtisaslaşma (Biznesin təşkili və idarə edilməsi (enerji menecmenti üzrə), Biznesin təşkili və idarə edilməsi (səhiyyənin idarə edilməsi), Biznesin təşkili və idarə edilməsi (insan resurslarının idarə edilməsi üzrə)) yaradılaraq, tədrisə əlavə edilmişdir.
2022/2023 tədris ilində 298 magistrant (3-ü əcnəbi) daxil olub və hal-hazırda 293 magistrant təhsil alır. Onlardan 157-si qadın, 136-sı kişidir.
2023/2024 tədris ilində 427 magistrant (4-ü əcnəbi) daxil olub və hal-hazırda 431 magistrant təhsil alır. Onlardan 197-si qadın, 234-si kişidir.