Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




ANNOUNCEMENTS


Ana səhifə Elanlar Avstriyada 1 aylıq təcrübə keçmək istəyən magistr və doktorantların nəzərinə!

Avstriyada 1 aylıq təcrübə keçmək istəyən magistr və doktorantların nəzərinə!

2024-02-29
842

Azərbaycan Texniki Universitetinin (AzTU) magistr və doktorantları 2023/2024-cü tədris ilinin yaz semestrində Avstriyanın Ətraf Mühit Pedaqoqikası və Aqrar Universitetində 21.05.2024-17.06.2024-cü il tarixlərində təcrübə keçmək üçün müraciət edə bilərlər.

Təcrübə proqramı “Erasmus+ KA2” proqramının “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” layihəsi (UniClaD) çərçivəsində həyata keçirilir.

Təcrübə mübadiləsinə 4 istiqamət üzrə ümumilikdə 7 yer ayrılıb:

1. İnformasiya texnologiyaları (aqrar sahədə)

2. Komyuter texnologiyaları (aqrar sahədə)

3. Qida məhsullarının texnologiyası

4. Ekologiya mühəndisliyi

Mübadilə üçün şərtlər və tələb olunan sənədlər:

· AzTU-da magistr və ya doktorantura tələbəsi olmaq;

· Ərizə formasının doldurulması (https://forms.gle/bag7vzvGfv1S9vhZA);

· Magistr tələbələri üçün transkript (ÜOMG minimum 80 bal);

· İngilis dili biliyi minimum B2 səviyyəsi (Seçim zamanı sertifikat təqdim edənlərə üstünlük veriləcəkdir).

Sənədlər siyahıya uyğun göndərilmədiyi təqdirdə müraciətlər qeydə alınmayacaq.

Müraciət üçün son tarix: 06.03.2024 saat 18.00

Əlavə məlumat üçün internationalprojects@aztu.edu.az elektron poçt ünvanına yaza və ya Beynəlxalq əlaqələr şöbəsinə (AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq) yaxınlaşa bilərsiniz.