Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar Avstriyada təcrübə keçmək istəyən magistr və doktorantların nəzərinə!

Avstriyada təcrübə keçmək istəyən magistr və doktorantların nəzərinə!

2024-02-29
829

Azərbaycan Texniki Universitetinin (AzTU) magistr və doktorantları 2023/2024-cü tədris ilinin yaz semestrində Avstriyanın Ətraf Mühit Pedaqoqikası və Aqrar Universitetində 21.05.2024-17.06.2024-cü il tarixlərində təcrübə keçmək üçün müraciət edə bilərlər.

Təcrübə proqramı “Erasmus+ KA2”nin “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” layihəsi (UniClaD) çərçivəsində həyata keçirilir.

Təcrübə mübadiləsinə 4 istiqamət üzrə ümumilikdə 7 yer ayrılıb:

1. İnformasiya texnologiyaları (aqrar sahədə)

2. Kompüter texnologiyaları (aqrar sahədə)

3. Qida məhsullarının texnologiyası

4. Ekologiya mühəndisliyi

Mübadilə üçün şərtlər və tələb olunan sənədlər:

· AzTU-da magistr və ya doktorantura tələbəsi olmaq;

· Ərizə formasının doldurulması (https://forms.gle/bag7vzvGfv1S9vhZA);

· Magistr tələbələri üçün transkript (ÜOMG minimum 80 bal);

· İngilis dili biliyi minimum B2 səviyyəsi (Seçim zamanı sertifikat təqdim edənlərə üstünlük veriləcək).

Sənədlər siyahıya uyğun göndərilmədiyi təqdirdə müraciətlər qeydə alınmayacaq.

Müraciət üçün son tarix: 06.03.2024, saat 18:00

Əlavə məlumat üçün internationalprojects@aztu.edu.az elektron poçt ünvanına yaza və ya Beynəlxalq əlaqələr şöbəsinə (AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq) yaxınlaşa bilərsiniz.