Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Qəhrəmanlarımız

 

Milli Qəhrəmanlarımız


ABDULLAYEV ŞÖVQIYAR CƏMİL OĞLU

Şövqiyar Abdullayev 1969-cu il aprelin 5-də Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdu. 1986-cı ildə Nərimanlı kənd orta məktəbini “əla” qiymətlərlə bitirmiş, Azərbaycan Politexnik İnstitutuna (AzPİ) daxil olmuşdu. O, birinci kursu bitirdikdən sonra ordu sıralarına çağırılır. 1989-cu ildə Monqolustanda hərbi xidmətini başa vurub Bakıya qayıdır. O zaman artıq Ermənistan-Azərbaycan münaqişəsi başlamışdı. Yüz minlərlə soydaşımız öz doğma ata-baba yurdlarından - Qarabağdan, Qərbi Azərbaycandan didərgin salınmışdı. Ş.Abdullayev Vətənimizin belə bir dar günündə 1992-ci ildə könüllü olaraq Milli Orduya yazılır. Ağdamda təşkil edilmiş tank briqadasında ekipaj komandiri təyin edilir. 1992-ci il avqustun 27-də çox ağır bir döyüşdə yoldaşlarını əsir düşməkdən xilas edir, özü isə Vətən uğrunda qəhrəmanlıq göstərərək həlak olur.

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı Fərmanı ilə Abdullayev Şövqiyar Cəmil oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.


BABAYEV ÇİNGİZ ADİL OĞLU

Çingiz Babayev 2 oktyabr 1964-cü ildə Bakı şəhərində dünyaya göz açmışdır. Çingiz Yasamal rayonundakı 20 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutuna (AzPİ) daxil olur. O, 1986-cı ildə ali təhsilini başa vurub, təyinatla Azərelektroterm zavodunda əmək fəaliyyətinə başlayır. 1992-ci ilin avqust ayında isə Vətənin çağırışına səs verib, könüllü olaraq Milli Ordu sıralarına daxil olur. Bir müddət hərbi hissələrin birində qərargah rəisi vəzifəsində çalışır, 1994-cü ildə Azərbaycan Müdafiə Nazirliyinin sərəncamı ilə C.Naxçıvanski adına hərbi liseyə keçirilir. Burada əvvəlcə taqım komandiri kimi çalışır. Sonra təcrübəsi nəzərə alınıb, bölük komandirinin siyasi və tərbiyəvi işlər üzrə müavini vəzifəsinə təyin edilir. O, təlim-tədris sahəsində qazandığı yüksək nəticəyə görə komandanlıq tərəfindən “Şah İsmayıl Xətai” Fəxri Fərmanı ilə təltif edilir.

28 oktyabr 1995-ci il... Payız axşamı... Həmişə olduğu kimi Bakı metrosu öz iş rejimi ilə işləyirdi. Metro qatarları sərnişinləri fasiləsiz olaraq mənzil başına çatdırırdı. Birdən “Ulduz” və “N.Nərimanov” stansiyaları arasında hərəkət edən qatar alova büründü. Sərnişinlər özlərini ora-bura vurur, bu bəladan xilas olmağa çalışırdılar. C.Naxçıvanski adına hərbi liseyin zabiti, baş leytenant Babayev də sərnişinlər arasında idi. O, ilk andan fəryad qoparan insanları xilas etmək üçün təcili tədbir görməyi qərara alır. Çingiz qatarda onunla yol gedən kursantları da səfərbər edib, odun-alovun içinə atılır. Cəsur zabitin göstərdiyi misilsiz təşkilatçılıq və fədakarlıq nəticəsində 300-ə yaxın insan ölümdən xilas olur. Ancaq özü amansız ölümün pəncəsindən qurtara bilmir. Başqalarının həyatı uğrunda öz həyatını qurban verən Çingiz şəhidlik zirvəsinə ucalır.

Azərbaycan Respublikası prezidentinin 3 noyabr 1996-cı il tarixli 506 saylı fərmanı ilə Babayev Çingiz Adil oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.


ƏLİYEV RÖVŞƏN NƏRİMAN OĞLU

Rövşən Əliyev 1972-ci il avqustun 30-da Bakı şəhərində anadan olmuşdu. 1989-cu ildə paytaxtın Xətai rayonundakı 254 nömrəli orta məktəbi bitirmiş, Azərbaycan Politexnik İnstitutunun (AzPİ) Maşınqayırma fakültəsinə daxil olmuşdu. 1990-cı ildə baş vermiş 20 Yanvar hadisələri Rövşəndə düşmənə qarşı nifrət hissi yaratmışdı. O, 1991-ci ildə könüllü olaraq ordu sıralarına getmişdi. Ağdamın Sırxavənd, Qazançı kəndlərinin düşməndən azad edilməsində igidlik göstərmişdi. 1992-ci ildə Muğanlı, Şıxbabalı yüksəkliklərində mövqe tutaraq düşmənin canlı və texniki qüvvələrini məhv etmişdi. Elə həmin il mayın 13-də erməniləri Dəhraz kəndindən çıxarmaq məqsədilə Abdal qəhrəman oğullarımızın mübarizəsi nəticəsində düşməndən azad edilmişdi.

R.Əliyev 1992-ci il iyunun 14-də ağır döyüşlər zamanı yaralı yoldaşlarını xilas edərkən özü qəhrəmancasına həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 nömrəli Fərmanı ilə Əliyev Rövşən Nəriman oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.


MƏMMƏDOV SEYMUR QƏHRƏMAN OĞLU

Seymur Məmmədov 1971-ci il sentyabrın 18-də Füzulidə dünyaya göz açıb. 1978-ci ildə buradakı 2 saylı orta məktəbə qəbul edilir. 1988-ci ildə orta məktəbi bitirən Seymur elə həmin il Azərbaycan Politexnik İnstitutunun (AzPİ) Elektrotexnika fakültəsinə daxil olur. Tələbəlik illərində təhsil almaqla yanaşı Füzuli şəhər rabitə şöbəsində işləyir.

1991-ci ildə könüllü olaraq 814 saylı özünümüdafiə batalyonuna yazılır. Həmişə qaynar nöqtələrdə olan, ən çətin əməliyyatlarda iştirak edən Seymur düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv edir, onlarla azərbaycanlı əsirlərin azad edilməsində, 11 əsgərimizin düşmən mühasirəsindən çıxarılmasında və bir neçə kəndin erməni işğalçılarından təmizlənməsində əsl igidlik göstərir.

1 aprel 1992-ci il... Seymurun son döyüşü... Məlikcan kəndi uğrunda gedən döyüşdə hər birində 10 nəfərə yaxın erməni yaraqlısı olan 15 post darmadağın edilir.

Bu qeyri-bərabər döyüşdə düşmən snayperinin gülləsi ilə şəhid olan Seymur əbədiyyətə qovuşur.

Azərbaycan Respublikası prezidentinin 11 avqust 1992-ci il tarixli 131 saylı fərmanı ilə Məmmədov Seymur Qəhrəman oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

NƏZƏRLİ HİKMƏT BABA OĞLU

Hikmət Nəzərli 1966-cı il martın 7-də Bakı şəhərində anadan olub. 1973-cü ildə Xətai rayonundakı 27 nömrəli orta məktəbə gedib, amma atasının iş yerinin dəyişməsi ilə əlaqədar o, təhsilini Daşkənddə davam etdirməli olub. Hikmət 1982-ci ildə yenidən Bakıya qayıdıb.

1984-cü ildə hərbi xidmətə çağırılaraq Gürcüstan Respublikasının Duşeti şəhərindəki kəşfiyyat məktəbinə göndərilib. 1986-cı ildə ordudan tərxis olunaraq DİN-in Yanğından Mühafizə İdarəsində çalışıb və eyni zamanda Azərbaycan Politexnik İnstitutuna (AzPİ) daxil olub. Sonra Hikmət Azərbaycanın bir vətənpərvər oğlu kimi erməni təcavüzünə etiraz edənlərin sırasında Şıx qəsəbəsində yaradılmış könüllülərdən ibarət müdafiə batalyonuna üzv yazılıb. 1991-ci ildə Ağdam istiqamətində cəbhəyə yola düşüb.

Xocalı yolunda idarə etdiyi maşınla düşmənin qarşısında maneə yaradaraq vətəndaşları təhlükəsiz yerə çıxarıb. Son məqamda bir neçə döyüşçü yoldaşı ilə meşəyə çəkilib.

Ailəli idi.

Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 1992-ci il tarixli 178 nömrəli Fərmanı ilə Nəzərli Hikmət Baba oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.


NƏSİBOV KAMİL BALƏDƏ OĞLU

 

Kamil Nəsibov 8 oktyabr 1946-cı ildə Laçın rayonunun Bozlu kəndində anadan olub. 1963-cü ildə orta təhsilini rayonun Minkənd kəndində bitirib və elə həmin il ordu sıralarına hərbi xidmətə göndərilib. Üç ildən sonra Silahlı Qüvvələrdən tərxis olunub. 1973-cü ildə Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) daxil olub. Ali təhsilini başa vurduqdan sonra Minkənd ərazisində yerləşən Tikinti Materialları Bazasına müdir təyin edilib.

Laçın ermənilərin hücumuna məruz qalanda rayonu müdafiə etmək üçün 30 nəfərdən ibarət özünümüdafiə dəstəsi yaradıb. Dəstə onun rəhbərliyi altında Sadınlar, Çağazur, Malıbəy, Cicimli, Qazıdırı kəndlərinin düşməndən təmizlənməsində böyük xidmətlər göstərib. Rayonun Fərəcan, Səfiyan, Xanalılar, Suarası kəndlərinin düşməndən təmizlənməsində igidlik göstərib.

Ailəli idi. Dörd övladı var

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.


HÜSEYNOV ELMAN SÜLEYMAN OĞLU

Elman Hüseynov 28 fevral 1952-ci ildə Tərtər rayonunun İlxıçılar kəndində anadan olub. 1968-ci ildə Qaraqoyunlu kənd orta məktəbini, 1973-cü ildə Azərbaycan Politexnik İnstitutunun (AzPİ) Hidromeliorasiya fakültəsini bitirib. 1975-ci ildə ordudan tərxis olunub və doğma rayonunda müxtəlif vəzifələrdə çalışıb.

E.Hüseynov 1991-ci il sentyabrın 22-də Tərtər rayonunda könüllülərdən ibarət ərazi özünümüdafiə qərargahı yaradır və özü də onun rəisi olur. 12 noyabr 1991-ci ildə “Tərtər” batalyonuna komandir təyin edilir. E.Hüseynov Ağdərə, Seysulan, Yarımca, Çaylı, Marquşevan, Marağa, Həsənqaya, Levonarx, Ortakənd, Sərsəng su anbarı, Kasapet, Drambon, Maqavuz, Çıldıran və başqa yaşayış məntəqələrinin erməni işğalçılarından təmizlənməsi uğrunda rəşadət göstərib.

14 yanvar 1993-cü ildə cəsur komandir Vəng kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Evli idi. Bir oğlu, iki qızı var.

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə mayor Elman Hüseynov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.


QƏHRƏMANOV FARİZ ÇOBAN OĞLU

Fariz Qəhrəmanov 1974-cü il martın 29-da Bərdə rayonunun Xəsili kəndində anadan olmuşdur. 1991-ci ildə orta təhsilini doğma kəndlərində başa çatdırmışdır. Sonra o, təhsilini 47 nömrəli texniki peşə məktəbində davam etdirərkən 1992-ci ildə Milli Orduya çağırılmışdır. Ağdam, Ağdərə, Füzuli, Kəlbəcər və Tərtər rayonları uğrunda gedən ağır döyüşlərdə iştirak etmişdir.

Fariz 1994-cü ildə Ağdərənin müdafiəsi uğrunda erməni işğalçılarına qarşı gedən döyüşdə yaralanmışdır. O, bir müddət müalicə olunduqdan sonra yenidən cəbhə bölgəsinə qayıtmışdır.1995-ci ildə dövlət çevrilişinə cəhdin qarşısının alınmasında xidmət göstərmişdir. 1995-1996-cı illərdə Türkiyə Respublikasında jandarm və komanda məktəbini bitirmiş. 1997-ci ildə isə təhsilini Azərbaycan Texniki Universitetində davam etdirib, maşınqayırma sənayesi üzrə Menecment ixtisasına yiyələnib.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Qəhrəmanov Fariz Çoban oğlu "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.


QULİYEV ZABİT ADİL OĞLU

Zabit Quliyev 1975-ci il iyunun 6-da Kürdəmir rayonunun Ərəbxana kəndində anadan olmuşdur. 1992-ci ildə doğma kəndlərindəki orta məktəbi bitirmişdir. 1993-cü ildə Milli Ordu sıralarına çağırılmış və oradan da Dağlıq Qarabağa - döyüş bölgəsinə göndərilmişdir.

Z.Quliyev Ağdam, Füzuli, Ağdərə, Tərtər bölgələrində erməni işğalçılarına qarşı gedən döyüşlərdə rəşadətlə vuruşmuşdur. Seysulan kəndi uğrunda gedən vuruşun ən qızğın çağında erməni təcavüzkarları döyüşə tankları yeritdilər. Bu zaman Zabit səngərlərdən birinə sığınıb tankların yaxınlaşmasını gözlədi. Öndə gələn tankı bir qədər yaxına buraxıb onu qumbara ilə məhv etdi. Bunu görən ikinci tank istiqamətini dəyişib onun üstünə yeridi. O, özünü itirməyib ikinci zirehlini də məhv etdi. Beləliklə, Zabit bu döyüşdə böyük şücaət göstərərək düşmənin 4 tankını partladaraq sıradan çıxarmışdır.

Zabit Quliyev da ikinci ixtisas təhsili olaraq Azərbaycan Texniki Universitetinin (AzTU) Nəqliyyat və logistika fakültəsində oxuyub.

Ailəlidir.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Quliyev Zabit Adil oğlu "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.


ÇİNGİZ SALMAN OĞLU QURBANOV

Çingiz Qurbanov 24 noyabr 1994-cü ildə Qusar rayonunun Həzrə kəndində anadan olub. 2012-ci ildə məktəbi bitirən Çingiz Qurbanov elə həmin ildə Azərbaycan Texniki Universitetinin (AzTU) “Xüsusi texnika və texnologiya” fakültəsinin “Optotexnika” ixtisasına daxil olub, 2016-cı ildə universitetin məzunu olub.

Əsgər Çingiz Qurbanov 2016-cı ilin dekabrın 29-da qəhrəmancasına şəhid olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da Azərbaycan-Ermənistan dövlət sərhəddində ermənilərin kəşfiyyat qrupunun təxribatının qarşısını alan zaman, ermənilərin pusqusuna düşərək şəhid olub. Bütün beynəlxalq normaları pozan ermənilər 2017-ci il fevralın 5-də Çingizin nəşini Azərbaycan tərəfinə təhvil verib.

2017-ci ilin 7 fevralında Azərbaycan Respublikası Prezidenti və Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin 1966 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.


 

 

1-ci Qarabağ müharibəsində şəhid olan AzTU tələbələri


Babaxanov Şahin Zülfüqar oğlu

Cahangirov Kamal Şahverən oğlu

Dərvişov Vaqif Mahir oğlu

Əhmədov Yaqub Ağəli oğlu

Əhmədov İlqar Hümbət oğlu

Əliyev Bəhmən İbiş oğlu

Əliyev Elşad Hacıbaba oğlu

Əliyev Sahib Şahmalı oğlu

İbrahimov Ceyhun Tofiq oğlu

Kərimov Seymur Məhəmməd oğlu

Məmmədov Əlisuvar Əliheydər oğlu

Mirzəməmmədov Kamran Sahib oğlu

Nuriyev Bəhruz Allahverdi oğlu

Qasımov Nurəddin Tabı oğlu

Quliyev Elçin Balaxan oğlu

Quliyev Xalid Hüseynxan oğlu

Ramazanov Nurəddin Fərrux oğlu

Salmanov Ramiz Məhəmməd oğlu

Zülfüqarov İlqar Ağa oğlu

 

 

 


AzTU-nun Aprel döyüşləri şəhidləri


Axundov  Əbdülməcid Nadirşah oğlu

Əbdülməcid Axundov 1993-cü ilin 15 oktyabr günündə Sumqayıt şəhərində anadan olub. 2010-cu ildə Sumqayıt şəhərində yerləşən 16 saylı tam orta məktəbi bitirən Əbdülməcid Axundov elə həmin il Azərbaycan Texniki Universitetinə daxil olub. 2014-cü ildə məzun olub.

 Əsgər Əbdülməcid Axundov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Əbdülməcid Axundov  Sumqayıt şəhərində, Şəhidlər Xiyabanında dəfn olunub.

Əbdülməcid Axundov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olunub.


Quliyev Mahir Qədir oğlu

Əslən Şərur rayonunun Qorçulu kəndindən olan  Mahir Quliyev 1993-cü ilin 21 dekabr günündə Bakı şəhərində anadan olub. Mahir Quliyev 2011-ci ildə Bakıdakı 308 saylı orta məktəbi bitirən Mahir həmin il Azərbaycan Texniki Universitetinə qəbul olub, 2015-ci ildə məzun olub.

Əsgər Mahir Quliyev 2016-cı il aprelin 8-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub. O, Seysulan kəndində aparılan əməliyyatlar zamanı qəhrəmanlıq göstərib. Mahir Quliyev ermənilərin zirehli texnikasını — tankını məhv etdikdən sonra yaralanıb. Hərbi əməliyyatlar zamanı döyüş dostlarını xilas edərkən düşmən gülləsinə tuş gəlib.

 Mahir Quliyev Bakı şəhərində, III Fəxri Xiyabanda dəfn olunub.

Mahir Quliyev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olunub.


Mirzəyev Elvin Azadxan oğlu

Elvin Mirzəyev 1994-cü il fevralın 13-ü Xaçmaz şəhərində anadan olub. Elvin Mirzəyev şəhid Çingiz Abdullayev adına 2 saylı tam orta məktəbi bitirdikdən sonra, 2011-ci ildə Azərbaycan Texniki Universitetinin Energetika fakültəsinə daxil olub. 2015-ci ildə məzun olub.

Əsgər Elvin Mirzəyev, 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Elvin Mirzəyev ölümündən sonra  Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olunub.


Orucov Müşfiq Arif oğlu

Müşviq Orucov 1994-cü il sentyabrın 18-də Bakıda anadan olub. 7 saylı Zəngilan orta məktəbini bitirən Müşfiq Orucov 2011-ci ildə AzTU-nun Avtomatika və kompüter texnikası fakültəsinə qəbul olunub. 2015-ci ildə universiteti bitirdikdən sonra hərbi xidmətə yollanıb.

2016-cı il aprelin 5-də Tərtər döyüşlərində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Prezident İlham Əliyevin Sərəncamı ilə Müşfiq Orucov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.


 

 

 

Azərbaycan Texniki Universitetinin 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış tələbə və məzunları


Soyadı, adı və ata adı: Abbasov Hüseyn Əlizadə oğlu
Doğum tarixi:
 13.02.1993
Şəhid olduğu tarix:
06.10.2020
İxtisası: Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi
Qrup: 
311a9
Bitirdiyi il:
 2019
Rütbə: Gizir
Təltifləri: "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları
Vikipediya


 

Soyadı, adı və ata adı: Bağırov Elçin Yunus oğlu
Doğum tarixi: 
17.06.1994
Şəhid olduğu tarix: 29.10.2020
İxtisas: Sənayenin təşkili və idarə olunması
Qrup: 
914r
Bitirdiyi il: 
2018
Rütbə: Əsgər
Təltifləri: “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları

 


 

Soyadı, adı, ata adı: Baxşəliyev Natiq Saleh oğlu
Doğum tarixi: 07.07.1980
Şəhid olduğu tarix: 20.10.2020
İxtisas: Avtomatika fakültəsi
Bitirdiyi il: 
2001
Rütbə: Leytinant
Təltifləri: “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, "Döyüşdə fərqlənməyə görə"
Vikipediya


 

Soyadı, adı, ata adı: Bayramov Cavid Azər oğlu
Doğum tarixi: 29.06.1997
Şəhid olduğu tarix: 08.10.2020
İxtisas: Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi
Qrup: 104a2
Bitirdiyi il: 2018
Rütbə: Gizir
Təltifləri: “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları
Vikipediya

 

Soyadı, adı, ata adı: Cavadov Mahmud Heydər oğlu
Doğum tarixi: 13.04.1999
Şəhid olub: 27.11.2020
Bitirdiyi il: 2020
İxtisas: Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi
Rütbə: Əsgər
Təltifləri: “Vətən uğrunda”, "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə


 

Soyadı, adı, ata adı: Əhmədli Elşən Elbrus oğlu
Doğum tarixi: 11.07.1997
Şəhid olduğu tarix: 07.11.2020
Bitirdiyi il: 2018
İxtisas: Nəqliyyat və Logistika fakültəsi, Nəqliyyat servisi
Qrup: 174a2
Rütbə: Əsgər
Təltifləri: “Vətən uğrunda”, "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə"
Vikipediya


 

Soyadı, adı, ata adı: Əhmədli Nurlan Rəhim oğlu
Doğum tarixi: 12.10.1996
Şəhid olduğu tarix: 26.10.2020
Bitirdiyi il: 2018
İxtisas: İTT fakültəsi, Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi
Rütbə: Əsgər
Təltifləri: “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”
Vikipediya


 

Soyadı, adı, ata adı: Əliyev İmran Əli oğlu
Doğum tarixi: 07.04.1993
Şəhid olduğu tarix: 29.09.2020
Bitirdiyi il: 2018
İxtisas: Kompüter mühəndisliyi
Qrup: 651a3
Rütbə: Leytenant
Təltifləri: "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları
Vikipediya


 

Soyadı, adı, ata adı: Əliyev Rauf Səxavət oğlu
Doğum tarixi: 04.06.1994
Şəhid olduğu tarix: 22.10.2020
Bitirdiyi il: 2015
İxtisas: İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi
Qrup: 681a1
Rütbə: Əsgər
Təltifləri: “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə" medalları
Vikipediya


 

Soyadı, adı, ata adı: Əliyev Ziyadxan İbrahim oğlu
Doğum tarixi: 12.01.1997
Şəhid olduğu tarix: 30.09.2020
İxtisas: İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi
Rütbə: Əsgər
Təltifləri: "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medalları
Vikipediya


 

Soyadı, adı, ata adı: Əzizov Elçin Əvəz oğlu
Doğum tarixi: 30.03.1985
Şəhid olduğu tarix: 13.10.2020
Bitirdiyi il: 2006
İxtisas: “Metallurgiya” istiqaməti, Qara və əlvan metalların tökmə istehsalı
Qrup: 452a
Rütbə: Baş leytenant
Təltifləri: "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi" yubiley medalı, III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə", "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi" yubiley medalı, "Vətən uğrunda" medalı, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Cəbrayılın azad olunmasına görə" medalı
Vikipediya


 

Soyadı, adı, ata adı: Hacıəhmədli Hacıəhməd Həsən oğlu
Doğum tarixi: 
06.04.1998
Şəhid olduğu tarix: 07.11.2020
Bitirdiyi il: 2019
İxtisas: 
Mexanika mühəndisi
Qrup: 585a1
Rütbə: Əsgər
Təltifləri: “Vətən uğrunda”,"Döyüşdə fərqlənməyə görə", “Şüşanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə" medalları
Vikipediya


Soyadı, adı, ata adı: Həsənli Elçin Vaqif oğlu
Doğum tarixi: 16.06.1993
Şəhid olduğu tarix: 08.11.2020
Bitirdiyi il: 2017
İxtisas: Elektrotexnika ve Energetika fakültəsi, Elektrik mühəndisliyi
Qrup: 220a1
Rütbə: Əsgər
Təltifləri: “Vətən uğrunda”, "Cəsur döyüşçü", "Şuşanın azad olunmasına görə" medalları
Vikipediya


Soyadı, adı, ata adı: Hüseynli Əliheydar Səlahəddin oğlu
Doğum tarixi: 14.04.1994
Şəhid olduğu tarix: 09.11.2020
Bitirdiyi il: 2015
İxtisas: İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi
Qrup: 681a1
Rütbə: Əsgər
Təltifləri: “Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə", “Xocavəndin azad olunmasına görə” medalları
Vikipediya


 

Soyadı, adı, ata adı: Hüseynov Bəhruz Yavər oğlu
Doğum tarixi: 17.01.1994
Şəhid olduğu tarix: 19.10.2020
Bitirdiyi il: 2015
İxtisas: Mexanika mühəndisliyi
Qrup: 581a
Rütbə: Əsgər
Təltifləri: “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları
Vikipediya


Soyadı, adı, ata adı: İbrahimli Məhəmmədəli Mütəllim oğlu
Doğum tarixi: 22.11.1996
Şəhid olduğu tarix: 13.10.2020
Bitirdiyi il: 2020
İxtisas: Xüsusiləşdirilmiş radiorabitə sistemləri
Qrup: M368a9
Rütbə: Əsgər
Təltifləri: "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medalları
Vikipediya


Soyadı, adı, ata adı: İsgəndərli Kamran Yaşar oğlu
Doğum tarixi: 29.06.1997
Şəhid olduğu tarix: 21.10.2020
Bitirdiyi il: 2019
İxtisas: Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi
Qrup: 314a6
Rütbə: Əsgər
Təltifləri: “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları


Soyadı, adı, ata adı: Mehdiyev Rəşad Rəhman oğlu
Doğum tarixi: 24.04.1997
Şəhid olduğu tarix: 21.10.2020
Bitirdiyi il: 2018
İxtisas: İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi
Qrup: 684s
Rütbə: Əsgər
Təltifləri: “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”,  "Xocavəndin azad olunmasına görə" medalları
Vikipediya


Soyadı, adı, ata adı: Məmmədli Cəmil Habil oğlu
Doğum tarixi: 28.07.1999
Şəhid olduğu tarix: 15.10.2020
İxtisas: Materiallar mühəndisliyi
Rütbə: Əsgər
Təltifləri: “Vətən uğrunda”, "Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları
Vikipediya


Soyadı, adı, ata adı: Məmmədov Elcan Zöhrab oğlu
Doğum tarixi: 09.08.1989
Şəhid olduğu tarix: 27.09.2020
Bitirdiyi il: 2011
İxtisas: Cihazqayırma
Qrup: 837a1
Rütbə: Leytenant
Təltifləri: "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları
Vikipediya


Soyadı, adı, ata adı: Məmmədov Kamal Şamil oğlu
Doğum tarixi: 30.07.1998
Şəhid olduğu tarix: 16.10.2020
Bitirdiyi il: 2020
İxtisas: “Maşınqayırma və robototexnika” fakültəsi, Cihazqayırma mühəndisliyi
Qrup: 535a1
Rütbə: Əsgər
Təltifləri: "Vətən uğrunda" medalı
Vikipediya


Soyadı, adı, ata adı: Məmmədov Murad Yusif oğlu
Doğum tarixi: 07.12.1995
Şəhid olduğu tarix: 25.10.2020
Bitirdiyi il: 2018
İxtisas: Elektroenergetika mühəndisliyi
Qrup: 233a2
Rütbə: Əsgər
Təltifləri: “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” medalları
Vikipediya


Soyadı, adı, ata adı: Musazadə Azər Çingiz oğlu
Doğum tarixi: 25.06.1998
Şəhid olduğu tarix: 13.10.2020
Bitirdiyi il: 2019
İxtisas: Elektroenergetika mühəndisliyi
Qrup: 235a2
Rütbə: Əsgər
Təltifləri: “Vətən uğrunda”, "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medalları
Vikipediya


Soyadı, adı, ata adı: Məmmədov Yasin İman oğlu
Doğum tarixi: 03.05.1998
Şəhid olduğu tarix: 27.10.2020
Bitirdiyi il: 2019
Ixtisas: Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi
Qrup: 195a2
Rütbə: Əsgər
Təltifləri: “Vətən uğrunda”,  "Döyüşdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə" medalları
Vikipediya


Soyadı, adı, ata adı: Məmmədzadə Anar Nazim oğlu
Doğum tarixi: 03.08.1999
Şəhid olduğu tarix: 08.10.2020
İxtisas: Texnoloji maşın və avadanlıqları
Qrup: 516a3
Rütbə: Əsgər
Təltifləri: “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları
Vikipediya


Soyadı, adı, ata adı: Mustafayev Rüfət Zöhrab oğlu
Doğum tarixi: 12.03.1996
Şəhid olduğu tarix: 10.10.2020
Bitirdiyi il: 
İxtisas: Maşın mühəndisliyi
Rütbə: Əsgər
Təltifləri: “Vətən uğrunda”, "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medalları
Vikipediya


Soyadı, adı, ata adı: Namazov Babək Səhman oğlu
Doğum tarixi: 15.05.1994
Şəhid olduğu tarix: 05.10.2020
Bitirdiyi il: 2018
İxtisas: Optotexnika
Qrup: 722a
Rütbə: Kiçik çavuş
Təltifləri: “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə" medalları, "Azərbaycan Bayrağı" ordeni
Vikipediya


Soyadı, adı, ata adı: Piriyev Raul Zabit oğlu
Doğum tarixi: 04.06.1997
Şəhid olduğu tarix: 13.10.2020
Bitirdiyi il: 2019
İxtisas: Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi
Qrup: 195a2
Rütbə: Əsgər
Təltifləri: "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Kəlbəcərin azad olunmasına görə" medalları, "Azərbaycan Bayrağı" ordeni
Vikipediya


Soyadı, adı, ata adı: Qasımov Eltun Vüqar oğlu
Doğum tarixi: 18.10.1994
Şəhid olduğu tarix: 18.10.2020
Bitirdiyi il: 2016
İxtisas: Sənayenin təşkili və idarə olunması
Qrup: 912a2
Rütbə: Çavuş
Təltifləri: “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə" medalları
Vikipediya


Soyadı, adı, ata adı: Rzayev Aslan Süleyman oğlu
Doğum tarixi: 21.01.1995
Şəhid olduğu tarix: 13.10.2020
İxtisas: Kompüter mühəndisliyi
Rütbə: Çavuş
Təltifləri: “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə" medalları
Vikipediya


Soyadı, adı, ata adı: Səidov Ələddin Azər oğlu
Doğum tarixi: 17.06.1992
Şəhid olduğu tarix: 03.11.2020
Bitirdiyi il: 2013
İxtisas: Maşın mühəndisliyi
Qrup: 569r
Rütbə: Əsgər
Təltifləri: “Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları
Vikipediya


Soyadı, adı, ata adı: Sərxoşov Seymur Ramiz oğlu
Doğum tarixi: 28.01.1987
Şəhid olduğu tarix: 14.10.2020
Bitirdiyi il: 2008
İxtisas: Nəqliyyat vasitələrinin texniki istismarı
Qrup: 124a
Rütbə: Əsgər
Təltifləri: “Vətən uğrunda”,  "Xocavəndin azad olunmasına görə" medalları
Vikipediya


Soyadı, adı, ata adı: Şükürov Anar Mehman oğlu
Doğum tarixi: 20.01.1977
Şəhid olduğu tarix: 16.10.2020
Bitirdiyi il: 1998
İxtisas:Nəqliyyatda iqtisadiyyat və idarəetmə
Qrup: 974a
Rütbə: Mayor
Təltifləri: "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi", "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" , "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi",  "Azərbaycan Ordusunun 100 illiyi"  yubileyi medalları, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli,  "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli, "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalıları,  "Vətən Müharibəsi Qəhrəmanı",  "Vətən uğrunda",  "Suqovuşanın azad olunmasına görə" medalları
Vikipediya


Soyadı, adı, ata adı: Xudiyev Tural Rəfayıl oğlu
Doğum tarixi: 27.11.1998
Şəhid olduğu tarix: 08.11.2020
İxtisas: Dəmiryol nəqliyyatı və təsərrüfat mühəndisliyi
Qrup: 196a2
Rütbə: Əsgər
Təltifləri: “Vətən uğrunda”, "Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə" medalları
Vikipediya


Soyadı, adı, ata adı: Zeynallı Rəşad Qiyas oğlu
Doğum tarixi: 21.04.1998
Şəhid olduğu tarix: 08.10.2020
Bitirdiyi il: 2019
İxtisas: Cihazqayırma mühəndisliyi
Qrup: 535a1
Rütbə: Çavuş
Təltifləri: “Vətən uğrunda”, "Cəsur döyüşçü",  "Cəbrayılın azad olunmasına görə", "Qubadlın azad olunmasına görə" medalları
Vikipediya