Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Kitabxana İnformasiya Mərkəzi

AzTU KİM-in fəaliyyət istiqamətləri aşağıdakı kimidir:

 

I. Sorğu məlumat və referans xidməti. 

İnformasiya xidməti. Xidmət onlayn və əyani olmaqla 2 istiqamətdə həyata keçirilir. Əyani və onlayn informasiya xidməti həm fiziki kolleksiya həm də elektron materiallar əsasında həyata keçirilir.

 

Akademik informasiya bazalarının idarəedilməsi

Universitet kitabxanaları akademik məlumat bazalarının seçimi, illik abunəliyin icrası və istifadəliliyinin təmin edilməsindən məsuldur. Başqa sözlə mərkəzin bu faəliyyət istiqamətlərinə e-qaynaqlar, akademik bazalar, rəqəmsal repozitariyalar, təlimlər, istinad qaydaları və s. xidmətlərin təminatından məsuldur. 

Resursların təqdimatı və əlçatanlığı resursların təminatı üzrə informasiya savadlılığı təlimlərin təşkili – Bu təlimləri təşkil etməkdə məqsəd, istifadəçilərə mərkəzin elektron və çap resurslarından istifadəsinə dəstək olmaqdır: buraya akademik bazalarda məlumatların asan tapılması, məlumatlar üzərində qeydlər, istinad qaydaları, müəllif  hüquqları və lisenziyalar, çap kitabların rəflərdə asan tapılması, istinad idarəetmə sistemlərindən istifadə haqqında silsilə təlimlər daxildir. 

Resurs xidməti üzrə dəstək, sorğu məlumat və referans bölməsi əməkdaşları tərfindən 4 formatda həyata keçirilir.

o    Əyani olaraq sorğu masasında;

o    Online görüş (Zoom, Google Meet, Teams) programları üzərindən;

o    Email üzərindən – libraryservices@aztu.edu.az

o    Kitabxana İnformasiya Mərkəzinin vebsaytı üzərindən;

 

Bazaların dəyərləndirilməsi və universitetin resurs ehtiyaclarına uyğun seçimi - bazalarda təqdim olunan tammətnli qəzetlər, kitablar, məqalə və jurnallar mütləq olaraq universitetin profilinə görə mövzu başlıqlarına əsasən yoxlanılır və analiz edilir. 

Sınaq baza abunəliklərinin həyata keçirilməsi – Ali təhsil müəssisəsinin profilinə uyğun baza kolleksiyalarının müəyyən edilməsi, bazanın nümayəndə heyəti ilə danışıqların (onlayn meeting və email) aparılması və qarşı tərəfin yaratdığı müddət çərçivəsində sınaq bazaların müddətli istifadə təminatının təşkili. 

Məqalə nəşrinə və düzgün jurnal seçiminə dəstək – Akademik məqalə nəşrinə dəstək kitabxanaların əsas missiyalarından biridir. Mərkəzin əməkdaşlarının beynəlxalq fəaliyyəti əsasında universitetin müəlliflərinə yüksək reytinqli jurnallarda endirimli və ödənişsiz olaraq məqalə nəşrinə dəstəyi həyata keçirir. 

Universitetdən kənar istifadənin təmin edilməsi – universitetin abunə olduğu elektron resursları yalnız universitet daxilində deyil eyni zamanda universitetdən kənarda da əlaçatan olmalıdır. Bu istiqamətdə mərkəz elektron resursların universitetdən kənarda yalnız AzTU əməkdaşları tərəfindən istifadəsini təmin etmək üçün xüsusi texnologiya tətbiq edir. 

İstifadə göstəricilərinin analizi və kolleksiyanın inkişafı: Sorğu məlumat və referans xidməti, mərkəzin təmin etdiyi elektron və çap resursların istifadəliliyini ölçmək və kolleksiyanın inkişafı üçün stratejik qərarlar almaq üçün akademik bazaların istifadə göstəricilərini və kitabxana idarəetmə sisteminin statistikasını analiz edir və mövcud kolleksiyanın inkişaf etdirilməsini həayat keçirir.

 

II. Biblioqrafik xidmət.

 

İstinad qaydaları və ədəbiyyat siyahılarının formalaşdırlması – İstinad qaydalarını izləmək və dəyişikliklərdən xəbərdar olmaq, ədəbiyyat siyahısını formalaşdırmaqla bağlı məsləhətlərin verilməsi kitabxana informasiya mərkəzinin əsas öhdəliklərindən biridir. 

İstinad idarəetmə tətbiqləri – Təsvir qaydaları yəni stillərlə iş, ixtisasyönümlü olduğu və oxucular üçün çətin olması səbəbilə istinad tətbiqləri hazırlanmış, informasiya istifadəçiləri üçün təmin edilmişdir. Bu kimi tətbiqlərin universitetdə tətbiqinə kitabxanalar tərəfindən təmin olunur.

 

III. Rəqəmsallaşdırma və kitabxana texnologiyaları xidməti

Əsas fəaliyyət məqsədi mərkəzin fəaliyyətininin və xidmətlərinin davamlılığını təmin etmək bu xidmət bölməsinin əsas fəaliyyət istiqamətləri aşağıdakı kimidir:

Kitabxana İdarəetmə Sistemi – vasitəsilə markəz bütün şöbə və bölmələrinin istifadə etdiyi modulları özündə birləşdirir və eyni zamanda istifadəçi məlumatlarının menecmentini, kitabların sifarişini, sifarişlərin qəbulunu, çap və elektron resursların axtarışını və menecmentini, kitabların kataloqlaşdırılmasını, istifadə qaydalarının müəyyəşləşdirilməsini, dövrü mətbuat resurslarının idarəedilməsi kimi önəmli xidmətlərin həyata keçirilməsini təmin edir. 

Rəqəmsal Repozitariya – Məqsədi akademik heyətin elmi araşdırmalarını, tələbə məzunların tezis və dissertasiyalarını, universitet nəşrlərini, dərslikləri, monoqrafiyaları, və digər elmi mədəni irsini rəqəmsal formatda vahid platformada toplamaq, metaverilənlərini yaratmaq, uzun müddətli mühafizəsini və online istifadəsini təmin etməkdir. Hazırda mərkəzdə DSpace rəqəmsal repozitariyası tətbiq edilir və linki aşağıdakı kimidir:

http://openaccess.aztu.edu.az

Rəqəmsal Okyekt İdentifikatoru Təminatı – Digital Object İdentifier (DOİ) – Mərkəz universitetin çap etdiyi bütün elektron resurslar üçün DOİ nömrələrinin əldə edilməsini və DOİ qeydiyyatı üçün tələb olunan digər üzvlük öhdəliklərini həyata keçirir. 

RFID Texnologiyası -  Kitabxana informasiya mərkəzinin çap resurslarının qeydiyyatsız istifsadəsinin qarşısının alınması üçün tətbiq edilir. Rəqəmsallaşdırma və kitabxana texnologiyaları xidməti bu sistemin qurulması, proqram təminatına nəzarət və texniki baxışın həyata keçirilməsini təmin edir. 

Kitabxana Saytı – mərkəzin əsas interyefsi olan kitabxana saytının qurulması, inkişaf etdirilməsi, kontentin idarə edilməsi rəqəmsallaşdırma və kitabxana texnologiyaları xidməti tərəfindən həyata keçirilir. 

Mərkəzi Axtarış Sistemi – mərkəzin əldə etdiyi çap və elektron resursların bir mərkəzdən axtarışını təmin etməklə daha asan, tez  və yüksək axtarış təcrübəsi təmin edir. Bu sistemin tətbiqi vasitəsilə rəqəmsallaşdırma və kitabxana texnologiyaları xidməti mərkəzin abunə olduğu bütün akademik bazaları sistemə integrasiya edərək mərkəzləşdirilmiş axtarış bazası təqdim edir. 

Elektron jurnal platforması – Kitabxana informasiya mərkəzi universitetin çap etdiyi jurnallar üçün elektron jurnal platforması təmin edir. Jurnalların beynəlxalq bazalarda indekslənməsini həyata keçirir.

 

IV. Resurs təminatı və kataloqlaşdırma üzrə fəaliyyət 

Resurs təminatı - Oxucu sorğularının analizi, resursların sifarişlərinin müvafiq şöbə ilə qarşılıqlı  icrası 

Elektron kataloqun formalaşdırılması – Resurs metaverilənlərinin işlənməsi ilə elektron kataloqun yaradılması və inkişaf etdirilməsi 

Texniki işləmə - İnformasiya daşıyıcılarının texniki olaraq işlənməsi, şifrələnməsi və istifadəyə uyğun hala gətirilməsi

Nüfuzlu faylların yaradılması – Beynəlxalq standrat əsaslı nüfuzlu faylların yaradılması və inkişafının təmin edilməsi.