Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




ANNOUNCEMENTS


Ana səhifə Elanlar AzTU 2023/2024-cü tədris ilində təkrar ali təhsil üçün sənəd qəbulu elan edir

AzTU 2023/2024-cü tədris ilində təkrar ali təhsil üçün sənəd qəbulu elan edir

2023-05-22
4265

Azərbaycan Texniki Universiteti

2023/2024-cü tədris ilində təkrar ali təhsil (ödənişli) almaq üçün aşağıdakı ixtisaslarda əyani və qiyabi təhsil fomaları üzrə sənəd qəbulu elan edir:

 

İxtisasların siyahısı 

 

Sənədlərin qəbulu iki formada aparılır.

1.    Elektron formada

·         Təkrar ali təhsilə elektron formada sənəd qəbulu https://portal.edu.az/ portalı vasitəsilə həyata keçirilir. 

·         Aşağıdakı sənədlərin elektron surətinin sistemə daxil edilməsi tələb olunur:

o   Diplomun surəti

o   Diplomun əlavəsinin surəti

o   İş yerinə dair arayış/əmək kitabçasının surəti.

 

2.    Əyani formada

·         Təkrar ali təhsilə sənəd qəbulu 22 may 2023-cü il tarixindən 31 avqust 2023-cü il tarixinədək həyata keçirilir.

·         İddiaçılar sənədlərini şənbə. bazar və bayram günləri istisna olmaqla, saat 10:00-dan 17:00-dək AzTU-nun inzibati binasında (H.Cavid prospekti 25, əsas tədris binası, 2-ci mərtəbə, 220-ci otaq) təqdim edə bilərlər.

·         Sənədlərin siyahısı:

o   Rektorun adına ərizə (AzTU-da yazılır)  

o   Şəkil (3x4 ölçülü, 4 ədəd)   

o   Ali təhsil haqqında diplom və diplom əlavəsinin surəti (notarial qaydada təsdiqi)

o   Tibbi arayış  

o   Əmək kitabçasının surəti

o   Şəxsiyyət vəsiqəsinin surəti

o   CV (formaya uyğun)   

 

Əlaqə məlumatı:

·            Şərəfxanım ƏLİYEVA,

      AzTU, Universitet-Sənaye Əməkdaşlığı və Ömurboyu Təhsil Mərkəzinin müdir müavini

·            Ünvan:

      Azərbaycan Texniki Universiteti, H.Cavid prospekti 25

      1-ci tədris binası, 2-ci mərtəbə, 220-ci otaq

      Mob./Whatsapp: +994 70 478 09 93

      E-poçt ünvanı:                 ikincitehsil@aztu.edu.az

      İnternet səhifəsi:              www.aztu.edu.az  

 

Qeyd:  

·               1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər.

·               Qeyd olunan ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri elektron və ya əyani qaydada təqdim etdikdən sonra müvafiq  tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququnu qazanacaqlar.

·               Təkrar ali təhsili almaq üçün əvvəlki ali təhsili və ya hazırda işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər qəbul oluna bilərlər. Bu şərtlərin ödənilməsi təhsil müəssisəsində müsabiqə komissiyası tərəfindən müəyyən edilir. 

·               Təhsil ödənişlidir. Təhsil haqqı ayrı-ayrı ixtisaslara uyğun olaraq, müəyyən edilmişdir (siyahı əlavə olunur).

·               Təhsil Azərbaycan və rus dillərində aparılır.

·               * işarəsi ilə əyani və qiyabi formada təhsil aparılan ixtisaslar işarələnib.