Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




ANNOUNCEMENTS


Ana səhifə Elanlar AzTU-ya qəbul olunanların nəzərinə!

AzTU-ya qəbul olunanların nəzərinə!

2023-08-31
1766

Azərbaycan Texniki Universitetinə (AzTU) qəbul olunan abituriyentlər 5 sentyabr saat 11:00-dan 14 sentyabr saat 18:00-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Abituriyentlər qeydiyyat prosesi ilə bağlı məsələləri portal vasitəsilə dəqiqləşdirə bilərlər.

portal.edu.az-da tələb olunan sənədlərin siyahısı:

 · Attestatın pdf (scan) variant;

 

· Subbakalavr üçün diplomun və ya kolleci bitirmələri ilə bağlı arayışın pdf (scan) variantı;

· Ödəniş qəbzinin (ödənişli əsaslarla təhsil alanlar üçün) pdf (scan) variantı;

· Təhsil haqqı güzəşti və təhsil haqqından azad olunmaq üçün sənədin pdf (scan) variantı;

· İxtisasın tanınmasının və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədin pdf (scan) variantı (yalnız xaricdə təhsil alan Azərbaycan vətəndaşlarına aiddir).

 

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

 

QEYD: Boş qalan (vakant) plan yerlərinin siyahısı həftə sonunadək “Abituriyent” jurnalının 7-ci sayında dərc olunacaq.

Həmin yerlərə ixtisas seçimi sentyabrın 4-dən 9-dək internet vasitəsilə aparılacaq.