Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

AzTU

“DIGIAGE - Bakı” rəqəmsal oyun düşərgəsinin bağlanış tədbiri keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin, “Bilişim Vadisi Bakı”nın və  Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı,  Veysəloğlu Şirkətlər Qrupunun, “Code Academy” şirkətinin və “IBIS Baku City Hotel”in dəstəyi ilə həyata keçirilən “DIGIAGE - Bakı” rəqəmsal oyun düşərgəsinin bağlanış tədbiri keçirilib. Tədbirdə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı,  “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Türkiyə Sənaye və Texnologiya Nazirliyinin Bilişim Vadisinin direktoru Serdar İbrahimcioğlu, “DIGIAGE” şirkətinin direktoru Emre Yıldız və digər şəxslər iştirak ediblər. Tədbirdə “DIGIAGE - Bakı” rəqəmsal oyun düşərgəsinin ən uğurlu komandaları haqqında videoçarx nümayiş olunub. Komandalar investorlar və münsiflər qarşısında düşərgə müddətində hazırladıqları oyunlarını təqdim ediblər.  14 komandadan müvafiq potensiallı hesab olunan 5-nə investisiya ayrılacaq və Bilişim Vadisi Bakı kampusunda ödənişsiz ofis imkanları veriləcək. Ümumilikdə 14 komandadan 11-nə isə Bilişim Vadisi tərəfindən mentorluq dəstəyi verilməklə investisiya potensiallarının artırılmasına dəstək göstəriləcək. 4 gün davam edən düşərgədə 267 müraciətçidən qəbul mərhələlərini tamamlayan 92 iştirakçı komanda və ya fərdi formada iştirak edib. İştirakçılara oyun hüququ və şirkətləşmə, bu sektorda karyera imkanları barədə məlumat verilib, “Game Art” oyun yaratma  təlimləri keçirilib, həmçinin tanınmış şirkət və oyun dizaynerlərinin motivasiya xarakterli hekayələri paylaşılıb.  Həmçinin komandaların ilkin kapital qazanmasına şərait yaratmaq məqsədilə Türkiyədən dəvət olunmuş investorlar layihələrlə tanış olub, onların investisiya imkanlarını dəyərləndiriblər. Düşərgənin məqsədi peşəkar mentorların iştirakı ilə istedadlı gənclərin oyun hazırlamalarına şərait yaratmaq, layihələrini tanıtmaqdır. Həmçinin dünya bazarına çıxmaq imkanları ilə bağlı onların təcrübə əldə etmələrinə və yeni təşəbbüslərə imza atmalarına dəstək olmaq əsas hədəflərdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin, “Bilişim Vadisi Bakı”nın və ..

2023-09-11
AzTU

Fransada LMQS layihəsi çərçivəsində görüş keçirilib

Avropa Birliyinin maliyyələşdirdiyi “Erasmus+KA2” proqramı çərçivəsində həyata keçirilən  (618860-EPP-1-2020-1-EL-EPPKA2-CBHE-JP)  “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti və risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı və magistr hazırlığı” (LMQS) layihəsi çərçivəsində beynəlxalq koordinasiya şurasının görüşü keçirilib. Görüş layihənin koordinatoru Yunanıstanın Qərbi Attika Universitetinin təşkilatçılığı və Fransanın Cote d'Azur Universitetinin ev sahibliyi ilə təşkil olunub.  Görüşdə layihənin Avropa, həmçinin Qazaxıstan və Azərbaycandan olan tərəfdaşlarının nümayəndələri də iştirak ediblər. Səfərdə Azərbaycan Texniki Universitetini (AzTU) layihənin koordinatoru professor Həsən Hüseynov təmsil edib. Görüş zamanı layihə çərçivəsində reallaşdırılan fəaliyyətlərin tapşırıqlara uyğunluğu və Qazaxıstan universitetlərinə göstərilən pedaqoji və metodoloji dəstək üzrə müzakirələr aparılıb, həmçinin Azərbaycandan və Qazaxıstandan olan universitetlərin fəaliyyətinə dair təqdimatlar keçirilib. Nümayəndələr qarşıda icrası gözlənilən tapşırıqları müzakirə edərək  beynəlxalq koordinasiya şurasının növbəti görüşünün Azərbaycanda keçirilməsi ilə bağlı razılığa gəliblər.  

Avropa Birliyinin maliyyələşdirdiyi “Erasmus+KA2” proqramı çərçivəsində həyata keçirilən (618860-EPP-1-2020-1-EL-EPPKA2-CBHE-JP) “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycand ..

2023-09-08
AzTU

Ankara Universitetinin professorları AzTU-da olub

  Türkiyənin Ankara Universitetinin Tətbiqi elmlər fakültəsinin dekanı, Daşınmaz Əmlakın İnkişafı və İdarə Edilməsi Bölümünün müdiri professor Harun Tanrivermiş və fakültənin professoru Mustafa Tombul Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüblər. Görüş zamanı Ankara Universitetinin Tətbiqi elmlər və AzTU-nun İqtisadiyyat və idarəetmə fakültələrinin bakalavr və magistr hazırlığı istiqamətində birgə proqramlarda iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb. Bundan başqa, daşınmaz əmlakın idarəedilməsi, layihələrin qiymətləndirilməsi və digər sahələrdə Ankara Universiteti ilə birgə tədqiqatların aparılması da müzakirə olunub.   

Türkiyənin Ankara Universitetinin Tətbiqi elmlər fakültəsinin dekanı, Daşınmaz Əmlakın İnkişafı və İdarə Edilməsi Bölümünün müdiri professor Harun Tanrivermiş və fakültənin ..

2023-09-08
AzTU

AzTU-da “DİGİAGE - Bakı” rəqəmsal oyun düşərgəsinə start verilib

Azərbaycan Texniki Universitetində (AzTU) “DİGİAGE - Bakı” rəqəmsal oyun düşərgəsinə start verilib. 4 gün davam edəcək düşərgə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin, “Bilişim Vadisi Bakı”nın və AzTU-nun birgə təşkilatçılığı, “Code Academy” şirkətinin, Veysəloğlu Şirkətlər Qrupunun və “IBIS Baku City Hotel”in dəstəyi ilə həyata keçirilir. Açılış mərasimində AzTU-nun rektoru Vilayət Vəliyev,   “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov, “Bilişim Vadisi Bakı”nın direktoru Qamət Kərimov, “Code Academy”nin rəhbəri Ülvi Aslanov, Veysəloğlu Şirkətlər Qrupunun İnformasiya texnologiyaları direktoru Ülvi Babaşov çıxış edərək düşərgənin işinə uğurlar arzu ediblər. Düşərgənin məqsədi peşəkar mentorların iştirakı ilə istedadlı gənclərin oyun hazırlamalarına şərait yaratmaq, layihələrini tanıtmaqdır. Həmçinin dünya bazarına çıxmaq imkanları ilə bağlı onların təcrübə əldə etmələrinə və yeni təşəbbüslərə imza atmalarına dəstək olmaq əsas hədəflərdir. Müraciət edən 267 nəfərdən qəbul mərhələlərini tamamlayan 92 iştirakçı komanda və ya fərdi formada düşərgədə iştirak edəcək. Düşərgə 2023-cü ildə “İnnovasiyalar Mərkəzi”, “Bilişim Vadisi Bakı” və “Code Academy” arasında imzalanan əməkdaşlıq memorandumuna əsasən təşkil olunub. Memorandumların məqsədi texnoloji bacarıqların birgə inkişaf etdirilməsi, təlimlərin keçirilməsidir. Eyni zamanda ölkəmizdə innovativ həllərin tətbiqinə və inkişafına təkan verəcək hakaton, butkamp modeli əsasında birgə layihələrin hazırlanması prioritetlərdir. 8-ci dəfədir təşkil olunan “DIGIAGE” düşərgəsinə bu günə qədər 18 mindən çox müraciət əsasında 4000-dən çox iştirakçı qatılıb. 70-dən çox komandanın 10-dan çoxu şirkətləşib və 7 komandaya 250 000 dollarlıq investisiya edilib. Əsas hədəflər oyun sektorunda inkişaf etmək istəyən fərdi iştirakçılara, komandalara, şirkətlərə mentorluq dəstəyi göstərmək və investisiya əsasında ekosistemi böyütməkdir.

Azərbaycan Texniki Universitetində (AzTU) “DİGİAGE - Bakı” rəqəmsal oyun düşərgəsinə start verilib. 4 gün davam edəcək düşərgə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar ..

2023-09-07
AzTU

AzTU-nun dosenti vəfat edib

Azərbaycan Texniki Universitetinin (AzTU) Mexatronika və maşın dizaynı kafedrasının dosenti Nigar Zeynalova uzunsürən xəstəlikdən sonra 52 yaşında vəfat edib. Nigar Zeynalova 1992-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) Avtomatika və hesablama texnikası fakültəsini bitirib. 1992-ci ildən universitetdə müxtəlif vəzifələrdə çalışıb.   Nigar Zeynalova çoxsaylı metodik vəsait və fənn proqramının müəllifi idi. AzTU-nun rəhbərliyi və kollektivi Nigar Zeynalovanın vəfatından kədərlənir, ailəsinə və yaxınlarına başsağlığı verir. Allah rəhmət eləsin!

Azərbaycan Texniki Universitetinin (AzTU) Mexatronika və maşın dizaynı kafedrasının dosenti Nigar Zeynalova uzunsürən xəstəlikdən sonra 52 yaşında vəfat edib. Nigar Zeynalova 1992-ci i ..

2023-09-06
AzTU

AzTU əməkdaşları ENGAGE layihəsi çərçivəsində Estoniyada səfərdə olub

Azərbaycan Texniki Universitetinin (AzTU) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah və Universitet Sənaye Əməkdaşlığı və Ömurboyu Təhsil Mərkəzinin müdiri Aynurə İsmayılova Estoniyanın Tallin Texnologiya Universitetində (Taltech) səfərdə olub. “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) layihəsi çərçivəsində təşkil edilən səfərin əsas məqsədi sahibkarlıq təhsilinin inkişaf etdirilməsi və ali təhsildə sahibkarlıq mühitinin formalaşdırılması üzrə Estoniya təcrübəsinin öyrənilməsi olub.   Səfərin ilk günü Taltech universitetinin rektoru professor Tiit Land qonaqlara universitet haqqında ətraflı məlumat verib. Təlim proqramı çərçivəsində peşəkar mütəxəssislər tərəfindən təqdimatlar həyata keçirilib. Təlimlər sahibklarlığın kurrikuluma inteqrasiyası, sahibkarlıq əlaqələrinin və sahibkarlıq təhsilinin sistemli inkişafı, Estoniya Tədqiqat və İnkişaf, İnnovasiya və Sahibkarlıq Strategiyası, eyni zamanda Estoniyada startap mühiti, sənayenin rəqəmsallaşması, elektron idarəetmə kimi mövzuları əhatə edib.      Təlimin növbəti günlərində iştirakçılar “Mektori” adlanan Taltech İnnovasiya və Biznes Mərkəzinə səfər ediblər. “Mektori” bütün dünyadan olan tələbələrin, professorların, məktəblilərin və investorların bir komanda olaraq birlikdə yeni ideyalar və innovasiyalar yaratmaq üçün birləşdiyi şəbəkədir. Estoniyanın Təhsil və Gənclər Şurasının nümayəndələri ilə görüşdə Sahibkarlıq və Karyera Proqramının meneceri Katrin Kivisild sahibkarlıq təhsilin inkişafından və ölkə üçün əhəmiyyətindən danışıb. Bildirib ki, 1991-ci ildə müstəqillik əldə etdikdən sonra Estoniya bütün diqqətini sahibkarlıq fəaliyyətlərinin yüksək inkişaf etdirilməsinə və dünyanın ən rəqəmsal dövləti kimi tanınmasına yönəldib. Estoniya adambaşına düşən startap və unikorn (gəliri 1 milyard dollar olan startap) sayına görə dünyada birinci yerdədir.   Mingəçevir Dövlət Universitetinin koordinatorluğu ilə keçirilən layihənin konsorsiumunun üzvü olan 11 Azərbaycan ali təhsil müəssisəsinin layihə üzrə məsul şəxsləri sahibkarlıq üzrə universitetlərdə həyata keçirilən fəaliyyətlər və planlar barədə təqimatlarla çıxış edərək təcrübə mübadiləsi aparıblar. Qeyd edək ki, səfərdə Azərbaycan universitetlərinin rektorları, prorektorları, inzibati və akademik heyət üzvləri iştirak ediblər.  

Azərbaycan Texniki Universitetinin (AzTU) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah və Universitet Sənaye Əməkdaşlığı və Ömurboyu Təhsil Mərkəzinin müdiri Aynurə İ ..

2023-09-06
AzTU

AzTU ilə Karamanoğlu Mehmetbey Universiteti arasında memorandum imzalanıb

Tükiyənin Karamanoğlu Mehmetbey Universitetinin rektoru professor Mehmet Qavqalının rəhbərlik etdiyi nümayəndə heyəti AzTU-da olub. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb. Görüş zamanı ikitərəfli əməkdaşlıq əlaqələri, xüsusilə Avropa İttifaqının proqramlarında birgə iştirak, qida mühəndisliyi və energetika sahələrində tələbə hazırlığı və digər məsələlər müzakirə olunub. Görüşdən sonra universitetlər arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. 

Tükiyənin Karamanoğlu Mehmetbey Universitetinin rektoru professor Mehmet Qavqalının rəhbərlik etdiyi nümayəndə heyəti AzTU-da olub. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universit ..

2023-09-05
AzTU

AzTU əməkdaşları Latviyada yay məktəbində iştirak edib

Azərbaycan Texniki Universitetinin (AzTU) Kitabxana İnformasiya Mərkəzinin (KİM) direktoru Xəyalə Hacıyeva və Kitabxana sistemləri və rəqəmsallaşdırma üzrə iş şöbəsinin baş məsləhətçisi İltifat İbrahimov Latviya Milli Kitabxanasının dəvəti ilə “EU4Dialogue” layihəsi çərçivəsində “Library as a community cultural space” adlı yay məktəbində iştirak ediblər. 10 gün davam edən yay məktəbi Latviyanın Riqa və Çesis şəhərlərində keçirilib. Səfərdə Azərbaycan nümayəndəliyinin qrup rəhbəri AzTU KİM-in direktoru Xəyalə Hacıyeva olub. Layihəyə Azərbaycanla yanaşı Moldova, Latviya, Gürcüstandan kitabxana və muzey əməkdaşları da qatılıb. İştirakçılar proqram çərçivəsində Riqa və Çesis şəhərlərinin milli, akademik və ictimai kitabxanalarında müxtəlif (informasiya resurslarının menecmenti və kolleksiyaların inkişafı, mədəni və akademik irsin rəqəmsallaşdırılması və qorunması, kitabxana və mədəniyyət mərkəzlərinin xidmətlərinin planlaşdırılması və inkişaf etdirilməsi, mədəniyyət və informasiya sahəsində fəaliyyət göstərən təşkilat və institutlarla əməkdaşlıq) mövzularda təlimlər keçərək yeni bacarıq və biliklər əldə edib. Səfər çərçivəsində iştirakçılar üçün hər iki şəhərin mədəni, elmi və tarixi mərkəzlərinə ekskursiyalar təşkil edilib. Proqramın sonunda iştirakçılara sertifikat təqdim olunub.

Azərbaycan Texniki Universitetinin (AzTU) Kitabxana İnformasiya Mərkəzinin (KİM) direktoru Xəyalə Hacıyeva və Kitabxana sistemləri və rəqəmsallaşdırma üzrə iş şöbəsinin baş məsl ..

2023-09-04
AzTU

AzTU-nun iki tələbəsi “Erasmus+” proqramı çərçivəsində İtaliyada təhsil alacaq

Azərbaycan Texniki Universitetinin (AzTU) iki tələbəsi 2023/2024-cü tədris ilinin payız semestrində “Erasmus+ KA171” proqramı çərçivəsində İtaliyada təhsil alacaq. Belə ki, İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin kompüter mühəndisliyi ixtisası üzrə təhsil alan II kurs tələbələri Selcan Kərimli və Aydın Əliyev İtaliyanın Roma Sapienza Universitetində bir semestrlik təhsil almaq hüququ qazanıblar. AzTU-nun rektoru Vilayət Vəliyev tələbələrlə görüşüb, onlara dərslərində uğurlar arzulayıb.

Azərbaycan Texniki Universitetinin (AzTU) iki tələbəsi 2023/2024-cü tədris ilinin payız semestrində “Erasmus+ KA171” proqramı çərçivəsində İtaliyada təhsil alacaq. Belə ki, İnfo ..

2023-09-04
AzTU

“IQAinAR” layihəsi çərçivəsində növbəti menecment görüşü keçirilib

“Erasmus+” proqramı üzrə həyata keçirilən “Azərbaycan və Rusiya ali təhsil müəssisələrində tədris, təlim və qiymətləndirmə prosesinin daxili keyfiyyət təminatının təkmilləşdirilməsi” (IQAinAR) layihəsi çərçivəsində növbəti menecment görüşü keçirilib. Görüş zamanı cari ilin oktyabr ayının əvvəllərində layihənin yerli tərəfdaşı Azərbaycan Dövlət Pedaqoji Universitetinin təşkilatçılığı ilə planlaşdırılan konfransın gündəliyi, konsorsium üzvlərinin səfər hazırlıqları, eləcə də layihənin 2-ci paketi, habelə layihə çərçivəsində məlumatların geniş ictimaiyyətə çatdırılması üzrə görülən işlərin müzakirəsi aparılıb. Həmçinin keyfiyyət təminatı indikatorları üzrə 2 tədqiqat mövzusunun işlənilməsi və iş bölgüsü ətrafında müzakirələr aparılıb. Niderlandın Vittenborq Tətbiqi Elmlər Universitetinin baş koordinatorluğu ilə keçirilən görüş layihənin digər tapşırıqları üzrə qarşılıqlı müzakirələrlə davam etdirilib.  Xatırladaq ki, layihədə Azərbaycandan 3 tərəfdaş universitet və  Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) iştirak edir.  

“Erasmus+” proqramı üzrə həyata keçirilən “Azərbaycan və Rusiya ali təhsil müəssisələrində tədris, təlim və qiymətləndirmə prosesinin daxili keyfiyyət təminatının təkmil ..

2023-09-01