Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Archieve

AzTU-da İnnovativ Texnologiyalar Mərkəzi yaradılacaq

Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının növbəti onlayn iclası keçirilib. İclasda rektor Vilayət Vəliyev ötən həftə Türkiyənin Qazi Universiteti ilə imzalanan ikili diplom proqramı haqqında müqavilənin detalları barədə şura üzvlərinə məlumat verib. Rektor may ayında Ukraynaya etdiyi işgüzar səfər və bu ölkənin aparıcı ali təhsil müəssisələri ilə imzalanan müqavilələr haqqında məlumatı da iclas iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edib ki, imzalanan əməkdaşlıq və ikili diplom proqramı haqqında müqavilələrə əsasən, AzTU-da Qazi Universitetinin və Ukrayna ali təhsil müəssisələrinin təcrübələrindən istifadə olunacaq. İclasın gündəliyinə uyğun olaraq 2020-2021-ci il yaz semestrinin imtahan sessiyasına hazırlıqla bağlı məlumat, həmçinin Xüsusi texnika və texnologiya fakültəsinin fəaliyyəti haqqında hesabat dinlənilib. Bundan başqa, Vətən müharibəsində iştirak edən tələbələrə yekun dövlət attestasiyasında güzəşt edilməsi ilə bağlı qərar da yekdilliklə qəbul edilib. İclasda AzTU-nun da tərəfdaş olduğu Erasmus+KA2 proqramının “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” (UniClaD) layihəsi çərçivəsində universitetdə İnnovativ Texnologiyalar Mərkəzi adlı bilik mərkəzinin yaradılması qərara alınıb. Qeyd olunub ki, UniClaD layihəsi 2020-2023-cü illəri əhatə edir. Məqsəd 9 ölkənin partnyor universitetlərinin Avropanın klaster təcrübəsini öyrənməsi, eyni zamanda universitet-sənaye işbirliyinin gücləndirilməsidir.   

Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının növbəti onlayn iclası keçirilib. İclasda rektor Vilayət Vəliyev ötən həftə Türkiyənin Qazi Universiteti ilə imzalanan ikili d ..

2021-06-02
Archieve

AzTU-nun tərəfdaş olduğu “Azərbaycanda rektorlar konfrası” layihəsinin təqdimatı keçirilib

Azərbaycan Texniki Unversitetinin (AzTU) tərəfdaş olduğu Avropa Komissiyasının Erasmus+ proqramı çərçivəsində “Azərbaycanda rektorlar konfrası” layihəsinin  onlayn təqdimatı keçirilib.  Məqsəd Azərbaycanın universitet rəhbərlərini bir şəbəkədə birləşdirməklə onlar arasında əməkdaşlığın artırılmasına və yeni iş birliklərinin qurulmasına, ölkəmizin ali təhsil sisteminin Boloniya prosesinə inteqrasiya edilməsinin sürətləndirilməsinə töhfə verməkdir. Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Avropa Universitetlər Birliyinin, Polşa, Finlandiya, Litva, Portuqaliya və İspaniya rektorlar konfransının nümayəndələri, Azərbaycan universitetlərinin rektorları və rəhbər şəxsləri, Erasmus+ Azərbaycan ofisinin rəhbəri, bir sıra ölkə səfirliklərinin nümayəndələri və digər qonaqlar iştirak edib.

Azərbaycan Texniki Unversitetinin (AzTU) tərəfdaş olduğu Avropa Komissiyasının Erasmus+ proqramı çərçivəsində “Azərbaycanda rektorlar konfrası” layihəsinin onlayn təqdimatı keç ..

2021-05-06
Archieve

Pilot layihə üzrə ilk koordinasiya görüşü keçirilib

Azərbaycan Texniki Univeriteti (AzTU) “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” (UniClaD) layihəsi üzrə təşkil olunan bilik mərkəzinin işi çərçivəsində yerinə yetirilən pilot layihə üzrə ilk koordinasiya görüşü keçirib. Layihə Erasmus + KA2 n° 609944-EPP-1-2019-1-LT-EPPKA2-CBHE-JP proqramı çərçivəsində həyata keçirilir. Görüşdə mərkəzin işçi qrupunun üzvləri və əsas tərəfdaşın - Aqrar Elm və İnnovasiya Mərkəzinin nümayəndəsi iştirak edib. Qeyd olunub ki, pilot layihə çərçivəsində fərdi heyvandarlıq təsərrüfatlarında mövcud olan müxtəlif növlərə aid kənd təsərrüfatı heyvanlarının  yemə olan illik tələbatı, həmin yemlərin istehsal edilməsi üçün tələb olunan əkin sahəsinin hesablanması üzrə kalkulyator işlənib hazırlanacaq və istifadəyə veriləcək.  Görüşdə əldə olunan nəticələr əsasında layihənin texniki şərti işlənib hazırlandıqdan sonra, qiymətləndirilmək və təsdiqlənmək üçün əsas tərəfdaşa təqdim ediləcək. Pilot layihənin işlənməsində magistratura və doktorantura tələbələri də iştirak edəcək. 

Azərbaycan Texniki Univeriteti (AzTU) “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” ..

2021-04-26
Archieve

AzTU-nun tərəfdaşı olduğu beynəlxalq layihə üzrə onlayn işçi görüş keçirilib

Avropa Birliyinin maliyyələşdirdiyi ERASMUS+KA2 proqramı çərçivəsində həyata keçirilən  (618860-EPP-1-2020-1-EL-EPPKA2-CBHE-JP)  “Rusiya Federasiyası, Qazaxstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti və risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı və magistr hazırlığı” layihəsi  çərçivəsində işçi görüş keçirilib. Görüş zamanı pandemiya dövründə layihə çərçivəsində həll olunacaq məsələlərin geniş müzakirəsi aparılıb.   Görüşdə layihəyə cəlb olunan tərəfdaşların nümayəndələri - Avropa Birliyinin layihə üzrə baş koordinatorunun nümayəndəsı, Yunanıstanın Qərbi Attika Universitetindən professor Panos Yannakopoulos, Fransadan konsultant, professor Jean Noel Pachoud, Rumıniyanın Cluj-Napoca Texniki Universitetindən Keyfiyyət üzrə Avropa eksperti Catalin İllasku, Azərbaycan Texniki  Univeritetindən (AzTU)  professor Həsən Hüseynov, Xarici əlaqələr şöbəsinin müdiri Orxan Vatanxah, baş mühasib Elşat Bağırov, Mühəndis fizikası və elektronika kafedrasının müəllimləri Telman Əliyev,  Rəhim Rəhimov,  Xədicə Əhmədova, Xanım Səmədova və Səid Rüstəmov iştirak edib.

Avropa Birliyinin maliyyələşdirdiyi ERASMUS+KA2 proqramı çərçivəsində həyata keçirilən (618860-EPP-1-2020-1-EL-EPPKA2-CBHE-JP) “Rusiya Federasiyası, Qazaxstan və Azərbaycanda səhiy ..

2021-03-24
Archieve

AzTU-nun tərəfdaşı olduğu beynəlxalq layihə üzrə onlayn işçi görüş keçirilib

Avropa Birliyinin maliyyələşdirdiyi ERASMUS+KA2 proqramı çərçivəsində həyata keçirilən  (618860-EPP-1-2020-1-EL-EPPKA2-CBHE-JP)  “Rusiya Federasiyası, Qazaxstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti və risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı və magistr hazırlığı” layihəsi  çərçivəsində işçi görüş keçirilib. Görüş zamanı pandemiya dövründə layihə çərçivəsində həll olunacaq məsələlərin geniş müzakirəsi aparılıb. Görüşdə layihəyə cəlb olunan tərəfdaşların nümayəndələri - Avropa Birliyinin layihə üzrə baş koordinatorunun nümayəndəsı, Yunanıstanın Qərbi Attika Universitetindən professor Panos Yannakopoulos, Fransadan konsultant, professor Jean Noel Pachoud, Rumıniyanın Cluj-Napoca Texniki Universitetindən Keyfiyyət üzrə Avropa eksperti Catalin İllasku, Azərbaycan Texniki  Univeritetindən (AzTU)  professor Həsən Hüseynov, Xarici əlaqələr şöbəsinin müdiri Orxan Vatanxah, baş mühasib Elşat Bağırov, Mühəndis fizikası və elektronika kafedrasının müəllimləri Telman Əliyev,  Rəhim Rəhimov,  Xədicə Əhmədova, Xanım Səmədova və Səid Rüstəmov iştirak edib.

Avropa Birliyinin maliyyələşdirdiyi ERASMUS+KA2 proqramı çərçivəsində həyata keçirilən (618860-EPP-1-2020-1-EL-EPPKA2-CBHE-JP) “Rusiya Federasiyası, Qazaxstan və Azərbaycanda səhiy ..

2021-03-24
Archieve

AzTU Erasmus+ KA2 UNICLaD layihəsi çərçivəsində klasterlərin yaradılması təcrübəsini müzakirə edib

Erasmus+KA2 çərçivəsində Litvanın Kaunas Tətbiqi Elmlər Universitetinin koordinatorluğu ilə həyata keçirilən “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda  universitetlərin potensialının artırılması” UNICLaD  layihəsi çərşivəsində onlayn görüş keçirilib. Görüşdə layihənin Azərbaycan üzrə tərəfdaş universitetləri – Azərbaycan Texniki Universiteti (AzTU) və Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) işçi qrupu iştirak edib. Görüşdə layihə çərçivəsində əməkdaşlıq ediləcək  təşkilatların  təqdimatları edilib və klaster təcrübəsinin Azərbaycanda verə biləcəyi töhfələr müzakirə olunub. AzTU-nun prorektoru Sübhan Namazov və ADAU-nun prorektoru Anar Hətəmov layihənin universitetlər üçün əhəmiyyəti barədə məlumatl verib. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin Aqrar İnnovasiya Siyasətinin Təşkili şöbəsinin müdiri Anar Cəfərov aqrar sektorda yerinə yetirilən mövcud innovativ layihələrdən danışıb və layihə çərçivəsində əməkdaşlıq imkanlarını vurğulayıb. Layihə üzrə koordinator olan Litva Kaunas Tətbiqi Elmlər Universitetinin nümayəndəsi Giedrius Geceviciu ölkəsinin klaster təcrübəsindən danışıb.  Görüşdə Azərbaycan üzrə Erasmus+ ofisinin rəhbəri Pərviz Bağırov, Kənd Təsərrüfatı Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin,  “Aqrar Tədarük və Təchizat” ASC-nin, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun, Azərbaycan Texniki Universitetinin (AzTU) və Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) nümayəndələri  iştirak edib. 

Erasmus+KA2 çərçivəsində Litvanın Kaunas Tətbiqi Elmlər Universitetinin koordinatorluğu ilə həyata keçirilən “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməs ..

2020-12-08
Archieve

AzTU Erasmus + KA2 UniClad layihəsi çərçivəsində Avropanın klaster təcrübəsini öyrənir

Azərbaycan Texniki Universitetinin (AzTU) də tərəfdaş olduğu Erasmus+KA2 proqramı çərçivəsində “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması”  (UniClaD)  layihəsinin  növbəti işçi görüşü keçirilib. Görüş zamanı layihə üzrə Avropa tərəfdaşlarının klaster təcrübəsi, o cümlədən onların hüquqi təşkilatlanma formaları, idarəetmə strukturları, fəaliyyət istiqamətləri, məqsəd və vəzifələri, gəlir mənbələri, strateji inkişaf planları və hədəfləri, ali təhsillə inteqrasiyası haqqında ətraflı məlumat verilib. Həmçinin  Avstriya, Litva, Polşa, İtaliya və İspaniyada fəaliyyət göstərən klasterlərin nümunəsində təqdimatlar edilib və geniş müzakirələr aparılıb. Daha sonra layihə üzrə Azərbaycan, Moldova və Ukraynada bilik mərkəzlərinin yaradılması üzrə yol xəritlərinin hazırlanması üçün işlərin müzakirəsi aparılıb.  Onlayn işçi görüşdə AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov, Xarici əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah və Layihələr və mübadilə proqramları üzrə baş mütəxəssisi Mətanət Paşayeva iştirak edib.

Azərbaycan Texniki Universitetinin (AzTU) də tərəfdaş olduğu Erasmus+KA2 proqramı çərçivəsində “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqd ..

2020-11-26
Archieve

“Yem kalkulyatoru” pilot layihəsinin müzakirəsi keçirilib

Avropa İttifaqının maliyyələşdirdiyi Erasmus+ proqramı çərçivəsində “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” layihəsi (UniClaD) üzrə icra edilən “Yem kalkulyatoru” pilot layihəsinin növbəti müzakirəsi keçirilib.   Onlayn formatda keçirilən təqdimatda Azərbaycan Texniki Universitetinin (AzTU), Kənd Təsərrüfatı Nazirliyi yanında  Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) və iri fermer təsərrüfatlarının nümayəndələri iştirak edib.  Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Eldar Həsənov bildirib ki, “Yem kalkulyatoru” layihəsi ölkənin 94%-ni əhatə edən kiçik və orta fermer təsərrüfat sahiblərinin istifadəsi üçün nəzərdə tutulub. Qeyd edib ki, yem kalkulyatoru müxtəlif növ heyvanların yemlənməsi üçün zəruri yem qarışığını müəyyən etməyə imkan verəcək faydalı mobil tətbiqdir.  Layihənin müəllifi Kənd Təsərrüfatı Nazirliyi Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin Zootexniki xidmətlər sektorunun müdiri Tərlan Əskərov yem kalkulyatorunun iş prinsipi və hesablama qaydası barədə məlumat verib. Daha sonra iştirakçıların yem kalkulyatoru layihəsi üzrə rəy və təklifləri dinlənilib.  

Avropa İttifaqının maliyyələşdirdiyi Erasmus+ proqramı çərçivəsində “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universite ..

2020-06-17
Archieve

Avtopanın klaster təcrübəsinə həsr olunmuş onlayın işçi görüşü keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) də tərəfdaş olduğu ERASMUS + KA2 proqramı çərçivəsində həyata keçirilən “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda  universitetlərin potensialının artırılması” layihəsi  (UniClaD) çərçivəsində Avropanın klaster təcrübəsi ilə tanışlığa həsr olunmuş növbəti onlayn işçi görüş keçirilib. İşçi görüşdə layihə çərçivəsində Avstriya, İtaliya və İspaniya tərəfdaşlarının klaster təcrübələri, milli klaster modelləri, onların fəaliyyət istiqamətləri və tərəfdaşların klasterlərin fəaliyyətində iştirakları haqqında ətraflı məlumat verilib. Onlayn işçi görüşdə AzTU-dan Beynəlxalq əlaqələr üzrə prorektor, professor Sübhan Namazov, Tədqiqat və inkişaf şöbəsinin müdiri, dosent Mərziyyə Ağayeva, Layihələr və mübadilə proqramları üzrə baş mütəxəssis Mətanət Paşayeva və Beynəlxalq qrant və layihələr üzrə mütəxəssis Mənzər Kazımova iştirak edib.   

Azərbaycan Texniki Universitetinin (AzTU) də tərəfdaş olduğu ERASMUS + KA2 proqramı çərçivəsində həyata keçirilən “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işl ..

2020-06-17
Archieve

“Azəralüminium” MMC-də AzTU-nun “Metallurgiya və materialşünaslıq” fakültəsinin filialı açılacaq

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev “Azəralüminium” MMC-nin direktoru Maksim Cavadovla görüşüb. Görüşdə universitetlə müəssisə arasında metallurgiya sahəsi üzrə birgə elmi-tədqiqat işlərinin aparılması, Metallurgiya mühəndisliyi və  Materialşünaslıq mühəndisliyi ixtisasları üzrə kadr hazırlığına diqqətin artırılması müzakirə olunub. Görüşdən sonra tərəflər arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Sazişə əsasən “Azəralüminium” MMC-də AzTU-nun “Metallurgiya və materialşünaslıq” fakültəsinin filialı açılacaq.                     

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev “Azəralüminium” MMC-nin direktoru Maksim Cavadovla görüşüb. Görüşdə universitetlə müəssisə arasında metallu ..

2020-06-10