Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

AzTU

AzTU tələbələrinin Hərb Tarixi Muzeyinə ekskursiyası təşkil edilib

Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Xüsusi texnika və texnologiya fakültəsinin bir qrup tələbəsinin Hərb Tarixi Muzeyinə ekskursiyası təşkil edilib. Azərbaycan hərb tarixinin qədim dövrdən bu günə kimi keçdiyi inkişaf yolu, ordumuzun istifadə etdiyi texnikalar, silahlar barədə tələbələrə məlumat verilib. Tələbələr muzeydə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotolar, sənədlər və ona məxsus əşyalar, hərbi geyim nümunəsi, ordu quruculuğu ilə bağlı gördüyü işlərlə tanış olublar. 44 günlük Vətən müharibəsinə həsr olunan Zəfər zalı, həmçinin muzeyin həyətində nümayiş olunan hərbi texnikalar barədə də tələbələrə ətraflı məlumat verilib.

Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Xüsusi texnika və texnologiya fakültəsinin bir qrup tələbəsinin Hərb Tarixi M ..

2023-05-08
AzTU

AzTU “dövlət-universitet-sənaye” tandemində yeni layihənin icrasına başlayır

  Universitet-sənaye işbirliyinin genişləndirilməsi çərçivəsində “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” məqsədilə 8 may 2023-cü il tarixində Azərbaycan Texniki Universiteti (AzTU) ilə Yevlax, Göyçay və Şəki şəhər İcra hakimiyyətləri arasında müqavilə imzalanıb. Qeyd edək ki, müqavilə Dayanıqlı inkişaf məqsədlərinin ardıcıl həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 7.4.6.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 22 yanvar tarixli 25 nömrəli “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” qərarına uyğun işlərin görülməsini nəzərdə tutur.    İmzalanma mərasimlərində AzTU-nun rektoru Vilayət Vəliyev, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun iştirakı ilə keçirilən geniştərkibli görüşlərdə bildirilib ki, müqavilənin Ulu Öndərin 100 illiyi ərəfəsində imzalanması və “Heydər Əliyev İli”ndə icra olunması mühüm hadisə olmaqla bərabər onun irsinin davamına əhəmiyyətli töhfədir. Məhz Ulu Öndər şəhərlərimizin, o cümlədən Yevlax şəhərinin dayanıqlı inkişafına, xüsusilə də yol şəbəkələrinin planlı layihələndirilməsi və icrasına ciddi fikir verir və bu işlərə şəxsən özü rəhbərlik edirdi. Qeyd olunub ki, bu planlı və məqsədyönlü işlərin davamı olaraq, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Dayanıqlı inkişaf məqsədlərinin hədəf, meyar və göstəriciləsinin milliləşdirilməsi üçün genişmiqyaslı, məqsədyönlü və əhəmiyyətli işlər ardıcıl olaraq həyata keçirilir. Odur ki, icrasına başlanılan sözügedən layihə məhz 2030-cu ilədək atılacaq addımların gündəliyində yerli tərəfdaşların bilavasitə iştirakı ilə qarşıya qoyulan 11-ci məqsədin həyata keçirilməsinə xidmət edir. Bu məqsəd üzrə qarşıya qoyulan işlərin görülməsi özündə təhlükəsiz, hamı üçün əlverişli, əlçatan və dayanıqlı nəqliyyat sistemləri, xüsusilə həssas vəziyyətdə olanların, qadınların, uşaqların, əlillərin və yaşlı insanların ehtiyaclarına xüsusi diqqət yetirməklə, ictimai nəqliyyatın genişləndirilməsi yolu ilə təhlükəsizliyin yaxşılaşdırlmasını ehtiva edir. Görüşlərdə Yevlax, Göyçay və Şəki Şəhər İcra hakimiyyətlərinin əməkdaşları, həmçinin AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov, Universitet-Sənaye Əməkdaşlığı və Ömurboyu Təhsil Mərkəzinin rəhbəri Aynurə İsmayılova iştirak edib. Sonda AzTU-nun Sosial İnkişaf Mərkəzinin aparıcı mütəxəssisi, qabaqcıl təhsil işçisi, “Dədə Qorqud” mükafatı laureatı Naqiyə Rzayevanın əl işi olan rəsm əsəri rayon icra hakimiyyətlərinin başçılarına təqdim edilib. Məlumat üçün bildirək ki, “dövlət-universitet-sənaye” tandeminin ən bariz nümunəsi olan “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” üzrə məsləhət xidmətinin layihəsi Rayon İcra hakimiyyətləri ilə AzTU arasında ilk layihədir. AzTU-nun nəqliyyat istiqaməti üzrə professor-müəllim heyəti və universitetin tələbələrinin cəlb edilməsi ilə həyata keçirilməsi planlaşdırılan layihə üzrə başlanğıc (kickoff meeting) görüş keçirilib, ilkin müzakirələr, layihənin gedişatına dair fikir mübadiləsi aparılıb.      

Universitet-sənaye işbirliyinin genişləndirilməsi çərçivəsində “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” məqsədilə 8 may 2023-cü il tarixində Azərbaycan Texn ..

2023-05-08
AzTU

AzTU-da "Kitab Klubu"nun təqdimatı keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) Kitabxana İnformasiya Mərkəzinin nəzdində yaradılan "Kitab Klubu"nun təqdimatı keçirilib. Tədbirdə AzTU-nun elm və innovasiyalar üzrə prorektoru Sübhan Namazov çıxış edərək kitabın insanın  həyatındakı rolundan danışıb. Sübhan Namazov tələbələrin mütaliə vərdişlərinin təkmilləşdirilməsi ilə bağlı tövsiyələrini verib.  Daha sonra “Kitab Klubu”nun təsisçisi, Kitabxana İnformasiya Mərkəzinin əməkdaşı Lamiyə Miryaqubova “Kitab seçimində haqlıyıqmı?” mövzusunda çıxış edib. O, ödənişsiz mütaliə platformaları və dünyada ən çox oxunan kitablar (bestseller) haqqında tələbələrə ətraflı məlumat verib. 

Azərbaycan Texniki Universitetində (AzTU) Kitabxana İnformasiya Mərkəzinin nəzdində yaradılan "Kitab Klubu"nun təqdimatı keçirilib. Tədbirdə AzTU-nun elm və innovasiyalar üzrə prorekto ..

2023-05-08
AzTU

AzTU ilə AKTA arasında əməkdaşlıq genişlənir

8 may 2023-cü il tarixində Azərbaycan Texniki Universitetinin (AzTU) ilə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) rəhbərliyi və nümayəndə heyəti və Türkiyədən təşrif buyurmuş kriptoqrafiya üzrə mütəxəssis Dr.Pinar Gurkan Balikçıoğlu arasında görüş keçirilib. AKTA-nın ölkənin kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsindəki rolundan və yaxın gələcək üzrə hədəflərindən bəhs edən AKTA-nın İdarə Heyətinin sədri Elvin Balacanov digər sahələrlə yanaşı kriptoqrafiya sahəsində də qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin zəruri olduğunu vurğulayıb. Görüş zamanı kriptoqrafiya sahəsində ölkə üzrə kadr potensialının gücləndirilməsində təlim və tədrisin əhəmiyyəti və digər əlaqəli mövzular ətrafında müzakirələr aparılıb. Bununla yanaşı, sahə üzrə fəaliyyətin təkmilləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi məqsədilə birgə addımların atılması barədə danışıqlar aparılıb.

8 may 2023-cü il tarixində Azərbaycan Texniki Universitetinin (AzTU) ilə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) rəhbərliyi və nümayəndə heyəti və Türk ..

2023-05-08
AzTU

AzTU-da “6-cı CODE Beynəlxalq Bakı 2023” mövzusunda konfrans keçirilib

Azərbaycan Texniki Universiteti (AzTU), IMAQ Araşdırma Qrupu və İslamabad Vəqf Universitetinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “6-cı CODE Beynəlxalq Bakı 2023” (6th International Conference of Developing Entrepreneurs) mövzusunda konfrans keçirilib. Konfrans iştirakçıları əvvəlcə universitetin foyesində Ümummilli Liderin büstü önünə güllər düzüb, xatirəsinə ehtiramlarını bildiriblər. Tədbiri giriş sözü ilə açan AzTU-nun rektoru Vilayət Vəliyev region ölkələrində texnologiya, innovasiya və kommersiyalaşdırmanın inkişafına yönəlmiş beynəlxalq konfransın əhəmiyyətindən danışıb. Azərbaycanın innovativ sahədə əldə etdiyi nailiyyətləri qeyd edən rektor müasir texnologiyaların inkişafında texniki universitetlərin rolunu və önəmini xüsusi vurğulayıb. Vilayət Vəliyev AzTU-da universitet-sənaye işbirliyinin inkişafı istiqamətində görülən işlər, həyata keçirilən yeniliklər haqqında da ətraflı məlumat verib. Daha sonra çıxış edən Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının prezidenti Khurram Javaid Bhatti, Pakistanın Azərbaycandakı səfirinin müavini Moazzam Ali Sahito, İslamabad Vəqf Universitetinin rektoru Şaqufta Akhtar, Konya Texnokəndinin prezidenti Mehmet Hamurcu və başqaları texnoloji tərəqqi, innovasiyaların sənayedə tətbiqi, elmi tədqiqatların kommersiyalaşdırılması ilə bağlı universitet texnoparklarının əhəmiyyətindən danışıblar. Konfrans işini panel iclaslarla yekunlaşdırıb.    

Azərbaycan Texniki Universiteti (AzTU), IMAQ Araşdırma Qrupu və İslamabad Vəqf Universitetinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə h ..

2023-05-05
AzTU

AzTU-da “Uğurlu motivasiya məktubunu necə hazırlamalı” mövzusunda seminar keçirilib

Azərbaycan Texniki Unversitetində (AzTU) Alman Akademik Mübadilə Xidmətinin (DAAD)  təqaüd proqramlarına müraciət üçün “Uğurlu motivasiya məktubunu necə hazırlamalı” mövzusunda məlumatlandırma tədbiri keçirilib. DAAD-nin AzTU-da alman dili müəllimi Klaudio Kasperl təqaüd proqramlarına müraciət zamanı tələb olunan sənədlər toplusu və motivasiya məktubunun düzgün hazırlanması qaydaları barədə tələbələrə ətraflı məlumat verib. Daha sonra nümunə üzərindən tələbələrə motivasiya məktubunda nəzərə alınmalı əsas məqamlar izah olunub.   Sonda tələbələrin mövzu üzrə sualları cavablandırılıb.  

Azərbaycan Texniki Unversitetində (AzTU) Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüd proqramlarına müraciət üçün “Uğurlu motivasiya məktubunu necə hazırlamalı” mövzusunda ..

2023-05-04
AzTU

AzTU-da Ulu Öndərin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib

Azərbaycan Texniki Universiteti (AzTU) və YAP Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anıblar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub. AzTU-da keçirilən tədbirdə rektor Vilayət Vəliyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, millət vəkilləri Şahin İsmayılov, Məlahət İbrahimqızı, Anar Məmmədov, Naqif Həmzəyev, Fatma Yıldırım, Rüfət Quliyev və universitet nümayəndələri iştirak edib. Tədbirdə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqiqəlik sükutla yad olunub, Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha sonra “AzTU TV”nin Ulu Öndər haqqında hazırladığı video nümayiş etdirilib. AzTU-nun rektoru Vilayət Vəliyev görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən, onun milli dövlətçilik strategiyasından danışıb. Bildirib ki, bugünkü müstəqilliyimizin təməli məhz Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illərdə qoyulub. Rektor deyib ki, dahi şəxsiyyət Heydər Əliyev türk dünyasının lideri idi. Azərbaycanla türk dünyası arasında əlaqələrin qurulmasında Ulu Öndərin əvəzsiz xidmətləri xüsusi vurğulanıb. Rektor bildirib ki, azərbaycançılıq ideologiyasının yaranması və inkişafı da məhz Ulu Öndərin adı ilə bağlıdır. Bu gün ümummilli lider Heydər Əliyevin siyasi xətti Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Daha sonra çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, millət vəkilləri Məlahət İbrahimqızı, Anar Məmmədov, Naqif Həmzəyev və Rüfət Quliyev Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolundan danışıblar, onun ölkəyə rəhbərlik etdiyi illərdə misilsiz xidmətləri ilə bağlı fikirlər bildiriblər. Qeyd olunub ki, Ümmummilli Lider Azərbaycanın bu günü və gələcəyi üçün zəngin irs qoyub. Xalqın yaddaşında xilaskar obrazı ilə qalan Heydər Əliyevin ideyaları daim yaşayacaq. Çıxışlardan sonra AzTU-nun ictimai-sosial həyatında fəallıq göstərən partiya üzvləri YAP Yasamal rayon təşkilatı tərəfindən fəxri fərmanla mükafatlandırılıb. Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni üzv olan əməkdaş və tələbələrə üzvlük vəsiqələri təqdim olunub.     

Azərbaycan Texniki Universiteti (AzTU) və YAP Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan tədbir ke ..

2023-05-04
AzTU

AzTU-nun prorektoru İzmir-İstanbul-Bakı Meqa Texnologiya Dəhlizinin açılışında iştirak edib

  Azərbaycan Texniki Universitetinin (AzTU) prorektoru Rəşad Əliyev İzmir-İstanbul-Bakı Meqa Texnologiya Dəhlizinin açılış mərasimində iştirak edib.    Daha ətraflı: https://twitter.com/TCSanayi/status/1653323508087226375?s=20

Azərbaycan Texniki Universitetinin (AzTU) prorektoru Rəşad Əliyev İzmir-İstanbul-Bakı Meqa Texnologiya Dəhlizinin açılış mərasimində iştirak edib. Daha ətraflı: https://twitter.c ..

2023-05-03
AzTU

AzTU əməkdaşları Türkiyədə beynəlxalq həftədə iştirak ediblər

Azərbaycan Texniki Universitetinin (AzTU) Universitet-Sənaye Əməkdaşlığı və Ömürböyü Təhsil Mərkəzinin müdiri Aynurə İsmayılova, Tədris şöbəsinin  təcrübə qrupunun rəhbəri Tuti Abdullayeva və Beynəlxlaq əlaqələr şöbəsinin beynəlxalq layihələr qrupunun rəhbəri Mətanət Paşayeva Türkiyənin Kütahya Dumlupınar Universitetinin ”Erasmus+ KA1” proqramı çərçivəsində təşkil etdiyi beynəlxalq həftədə iştirak ediblər. 15 ölkənin  ali təhsil müəssisəsindən 70-ə yaxın nümayəndənin qatıldığı tədbirin ilk günündə iştirakçı universitetlərin beynəlmiləlləşmə və mobillik mövzusunda təqdimatları olub. Həftə ərzində “Beynəlxalq layihələrin idarə olunması və davamlılığının təmin olunması”, “Beynəlxalq şəbəkələr və strategiyanın əhəmiyyəti”, “Universitetlərdə beynəlxalq əməkdaşlıqlar: Dəyişən kontekstdə yeni tələb və fürsətlər”, “Beynəlxalq tələbələr və fürsətlər: Çətinliklərə üstün gəlmək”, “Akademik heyət üçün beynəlxalq əməkdaşlıq fürsətləri: Onlayn beynəlxalq yay məktəbi” mövzularında müzakirələr aparılıb. Səfər çərçivəsində tədbir iştirakçıları Kütahya Dumlupınar Universitetinin tədris və tədqiqat infrastrukuru ilə tanış olublar.  

Azərbaycan Texniki Universitetinin (AzTU) Universitet-Sənaye Əməkdaşlığı və Ömürböyü Təhsil Mərkəzinin müdiri Aynurə İsmayılova, Tədris şöbəsinin təcrübə qrupunun rəhbəri ..

2023-05-03
AzTU

AzTU “SKY Global Internship” Mübadilə Proqramında təmsil olunur

Gənc mühəndislərin əmək bazarının tələbləri səviyyəsində hazırlanması məqsədilə texniki universitetlər, o cümlədən Azərbaycan Texniki Universiteti (AzTU) yeni layihələrə imza atır. Belə ki, gənclərin praktiki biliklərinin inkişaf etdirilməsi məqsədilə AzTU 2022-ci ildən Türk Aviasiya və Kosmik Sənaye Şirkəti (TUSAŞ) ilə sıx əməkdaşlığa başlayıb. Əməkdaşlıq çərçivəsində AzTU-nun Müdafiə Sənayesi İnstitutunun mütəxəssisi Nicat Bəkirli, Sosial İnkişaf Mərkəzinin baş mütəxəssisi, Radioelektron və aerokosmik sistemlər kafedrasının assistenti Malik Əliyev, 3311.01 - cihazqayırma texnologiyası ixtisası üzrə (qiyabi) doktorant Bibixanım Cabbarlı və maşın mühəndisliyi ixtisası üzrə I kurs magistr tələbəsi Merac Abasquliyev 2-26 may 2023-cü il tarixlərində təşkil edilən “SKY Global Internship” Mübadilə Proqramında iştirak edir. Proqram üzrə müasir təcrübənin ölkəmizdə inteqrasiyası, birgə imkanların artırılması məqsədilə Milli Aviasiya Akademiyasının (MAA) əməkdaş və tələbələrinin təmsil olunduğu 6 nəfərlik dinləyici heyəti də AzTU-nun təşəbbüsü ilə “SKY Global Internship” Mübadilə Proqramında təmsil olunur.   Qeyd edək ki, TUSAŞ ilə qarşılıqlı razılaşmaya əsasən, təcrübə proqramlarında AzTU üçün ayrılan yer sayı 20 nəfərdir. Bu istiqamətdə tələblərin müəyyən edilməsi və seçimlərin təşkili AzTU-nun Universitet-Sənaye Əməkdaşlığı və Ömurboyu Təhsil Mərkəzi tərəfindən koordinasiya edilir.    

Gənc mühəndislərin əmək bazarının tələbləri səviyyəsində hazırlanması məqsədilə texniki universitetlər, o cümlədən Azərbaycan Texniki Universiteti (AzTU) yeni layihələrə imz ..

2023-05-03