Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

AzTU

Daşkənddə “21-ci əsrdə İpək Yolu: nəqliyyat və logistikanın müasir texnologiyaları” mövzusunda vorkşop keçirilib

Daşkənd Dövlət Nəqliyyat Universiteti, Azərbaycan Texniki Universiteti (AzTU) və İstanbul Texniki Universitetinin (İTÜ) birgə təşkilatçılığı ilə Daşkənddə “21-ci əsrdə İpək Yolu: nəqliyyat və logistikanın müasir texnologiyaları” mövzusunda vorkşop keçirilib. Tədbirin açılışında Azərbaycanın Özbəkistandakı səfirinin müşaviri, Türkiyənin Daşkənddəki səfiri, Daşkənd Dövlət Nəqliyyat Universitetinin prorektoru Əbdüləziz Qulamov, AzTU-nun rektoru Vilayət Vəliyev, İTÜ-nün rektoru İsmayıl Koyuncu çıxış ediblər. Tədbirin açılışından sonra 3 bölmədə ( Nəqliyyat, tranzit və logistika məsələləri; (Avtomobil yollarıl/Dəniz yolu/Dəmiryolu Sistemləri/Multimodal çatdırma, Şəhərdaxili hərəkətlilik (mobillik)), Müasir nəqliyyat və logistika texnologiyaları, (Ağıllı nəqliyyat sistemləri; nəqliyyatda IoT), Risklərin idarəedilməsi, Nəqliyyatda təhlükəsizlik idarəetmə sistemi) 3 ölkənin universitet və sənaye üzrə mütəxəssisləri, o cümlədən AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov çıxış ediblər. Sonra bu çıxışlar ətrafında müzakirələr aparılıb.  Müzakirələrdə  Qədim İpək Yolu boyunca nəqliyyat marşrutlarının genişləndirilməsi, o cümlədən İpək Yolu üzərində yerləşən türkdilli dövlətlərin nəqliyyat və logistika sahəsində əməkdaşlığının inkişaf etdirilməsi, birgə layihələrin həyata keçirilməsi və təcrübə mübadiləsi nəzərdən keçirilib.  Tədbirdə çıxış edənlər Özbəkistan-Azərbaycan-Türkiyə marşrutu üzrə intermodal nəqliyyat texnologiyaları, iri şəhərlərin mobillik problemləri və onların həllində təklif olunan üsullar, regional və beynəlxalq nəqliyyat və logistika sistemlərinin inkişafı, beynəlxalq daşımalarda xidmətlərin keyfiyyəti və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Tədbirin gedişində Azərbaycan-Özəkistan-Türkiyə birgə Nəqliyyat və Logistika Elmi-Tədqiqat Mərkəzinin yaradılmasına qərar verilib.  Həmçinin Daşkənd Dövlət Nəqliyyat Universiteti, AzTU və İTÜ arasında əməkdaşlıq memorandumu imzalanıb.

Daşkənd Dövlət Nəqliyyat Universiteti, Azərbaycan Texniki Universiteti (AzTU) və İstanbul Texniki Universitetinin (İTÜ) birgə təşkilatçılığı ilə Daşkənddə “21-ci əsrdə İpək ..

2023-06-16
AzTU

AzTU-da “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib. Tədbirdə çıxış edən AzTU-nun Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev bildirib ki, Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı Sərəncama əsasən, 18 iyun tarixi Azərbaycanda İnsan Hüquqları Günü kimi təsis edilib. Bu əlamətdar tarix artıq 15 ildən çoxdur ki, ölkəmizdə geniş qeyd edilir. İnsan Hüquqları Gününün təsis olunması dövlətimizin insan hüquqlarına verdiyi ali dəyərin göstəricisidir.   Daha sonra Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın “İnsan Hüquqları Aylığı” ilə bağlı müraciəti tələbələrin diqqətinə çatdırılıb. Qeyd olunub ki, AzTU-da mütəmadi olaraq insan hüquqlarına və Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunan müxtəlif maarifləndirmə tədbirləri keçirilir. Tədbir çərçivəsində tələbələri maraqlandıran suallar cavablandırılıb.

Azərbaycan Texniki Universitetində (AzTU) “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib. Tədbirdə çıxış edən AzTU-nun Humanitar fənlər kafedrasının müdiri Həbi ..

2023-06-16
AzTU

AzTU tələbəsi Alpaqut Turan döyüş sənəti üzrə Azərbaycan çempionu olub

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Milli İdman Növləri Assosasiyasının dəstəyi, Dünya Alpagut Federasiyası Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan Bakı şəhər açıq turniri başa çatıb. 300-ə yaxın idmançının təmsil olunduğu turnirdə Azərbaycan Texniki Universitetinin (AzTU) Energetika və avtomatika fakültəsinin 1-ci kurs tələbəsi Toğrul Zeynallı da iştirak edib. O,  Alpaqut döyüş sənətinin Batur sistemi üzrə 55 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu olub. 

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Milli İdman Növləri Assosasiyasının dəstəyi, Dünya Alpagut Federasiyası Azərbaycan nümayəndəliyinin təşkilatçılı ..

2023-06-16
AzTU

AzTU-da Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) Heydər Əliyev Mərkəzində 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktorunun müavini İlqar İsayev, ASC-nin şöbə müdiri Elxan Bayramov universitetin rəhbər heyəti, müəllim və tələbələr iştirak edib. Əvvəlcə universitetin foyesində ulu öndər Heydər Əliyevin büstünün önünə gül dəstələri düzülüb. Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev bildirib ki, Azərbaycan xalqı 30 ildir 15 iyun tarixini Milli Qurtuluş Günü kimi qeyd edir. Bu əlamətdar tarixlə xalqımızın gələcək həyatının ən önəmli başlanğıclarının əsası qoyulub. Rektor deyib ki, 90-cı illərdə Azərbaycanı ağır və dözülməz vəziyyətdən xilas edən lider məhz ulu öndər Heydər Əliyev ola bilərdi. Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanın müstəqilliyini qorudu, ölkə bütün sahələrdə inkişaf etdi. Bu gün Ulu Öndərin layiqli davamçısı, Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində Azərbaycan dünyada söz sahibidir. Daha sonra çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin şöbə müdiri Elxan Bayramov Milli Qurtuluş Gününün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını bildiriblər. Qeyd olunub ki, Azərbaycan xalqı var olduqca Ulu Öndərin ideyaları da daim yaşayacaq. Tədbirdə “Heydər Əliyev-100” adlı esse müsabiqəsinin qalibi olan AzTU tələbələri mükafatlandırılıb. AzTU-nun bir qrup əməkdaşı partiyada ictimai-siyasi fəaliyyətinə görə YAP Yasamal rayon təşkilatı tərəfindən fəxri fərmanla təltif olunub. Həmçinin AzTU-nun bir qrup əməkdaşına YAP-ın üzvlük vəsiqələri təqdim olunub.  

Azərbaycan Texniki Universitetinin (AzTU) Heydər Əliyev Mərkəzində 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, Yeni Azərb ..

2023-06-14
AzTU

Rektor Vilayət Vəliyev universitetin yeni tələbə-rektoru ilə görüşüb

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev universitetin yeni tələbə-rektoru Elşən Çıraqovla görüşüb. Rektor Vilayət Vəliyev Elşən Çıraqovu tələbə-rektor seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib, ona fəaliyyət istiqamətləri ilə bağlı müvafiq tapşırıqlar verib. Rektor yeni tələbə-rektora fəaliyyətində uğurlar arzulayıb. Qeyd edək ki, AzTU-nun yeni tələbə-rektoru Elşən Çıraqov İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin ikinci kurs tələbəsidir. 

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev universitetin yeni tələbə-rektoru Elşən Çıraqovla görüşüb. Rektor Vilayət Vəliyev Elşən Çıraqovu tələbə-rektor ..

2023-06-14
AzTU

AzTU-da kriptoqrafiya üzrə elmi-praktiki seminar keçirilib

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində (AzTU) 14 ali təhsil müəssisəsinin aidiyyəti mütəxəssislərin iştirakı ilə kriptoqrafiya üzrə elmi-praktiki seminar keçirilib. Seminarın əsas məqsədi Azərbaycan Respublikasında kriptoqrafiya sahəsində ixtisaslaşmış mütəxəssislər arasında sahə üzrə aktual məsələlərin müzakirəsinin təşkil olunması və təkmilləşdirici təkliflərin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi olub. Sahə üzrə ekspertlərin iştirakı ilə kibertəhlükəsizlik kontekstində kriptoqrafiyanın əhəmiyyəti, kriptoqrafiya sahəsində baş verən yeniliklər, blokçeyn texnologiyalarında kriptoqrafiyanın rolu, kriptoqrafik təhlükəsizlik protokolları və digər mövzular müzakirə olunub.  

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində (AzTU) 14 ali təhsil müəssisəsinin aidiyyəti mütəxəs ..

2023-06-12
AzTU

AzTU-nun prorektoru Türkiyədə beynəlxalq həftədə iştirak edib

Azərbaycan Texniki Universitetinin (AzTU) beynəlxalq əlaqələr üzrə prorektoru Fariz Məmmədov Türkiyənin Uşak Universitetində beynəlxalq əməkdaşlıq həftəsində iştirak edib. Artıq dördüncü ildir keçirilən tədbir bu il “Tədrisdə keyfiyyət təminatı və tədqiqat sahəsində əməkdaşlıq” mövzusuna həsr olunub. 15 ölkədən 65 nümayəndənin iştirak etdiyi beynəlxalq həftədə ali təhsil müəssisələri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub. Tədbir çərçivəsində AzTU-nun prorektoru Fariz Məmmədov universitet haqqında geniş  təqdimatla çıxış edib. 

Azərbaycan Texniki Universitetinin (AzTU) beynəlxalq əlaqələr üzrə prorektoru Fariz Məmmədov Türkiyənin Uşak Universitetində beynəlxalq əməkdaşlıq həftəsində iştirak edib. Artı ..

2023-06-09
AzTU

AzTU-da fəaliyyət göstərən “Nar” GSM laboratoriyasında təlim keçirilib

Ölkədə yerli İT mütəxəssislərini hazırlamaq məqsədilə mobil operator “Nar” Azərbaycan Texniki Universitetində (AzTU) mütəmadi olaraq təlimlər həyata keçirir. Bu dəfə təlim AzTU nəzdində fəaliyyət göstərən “Nar” GSM laboratoriyasında keçirilib.  Xüsusi bilik və bacarıqları ilə seçilən tələbələr üçün nəzərdə tutulan təlimin mövzusu mobil rabitənin təminatı ilə yanaşı, 5-ci nəsil mobil texnologiya, əşyaların interneti, cihazlararası bağlantı və müasir rabitə texnologiyalarının tətbiq sahələrini əhatə edib.  “Nar”ın peşəkar texniki heyəti tərəfindən hazırlanan təlimlərin məqsədi tələbələrin işi icraçılarından öyrənməsi və təcrübi biliklərin universitet tələbələri ilə paylaşılmasıdır. Eyni zamanda, tələbələr gələcək karyeraları haqqında bilmək istədiklərini “Nar” texniki heyətindən birbaşa öyrənmək imkanı əldə edir.  Qeyd edək ki, “Nar” və AzTU arasında əməkdaşlıq artıq 10-cu ildir ki, uğurla davam edir. 2013-cü ildə imzalanmış əməkdaşlıq memorandumu əsasında AzTU nəzdində “Nar” GSM laboratoriyası tələbələrin mobil rabitə cihazlarını universitetdə öyrənməklərinə imkan yaradır.

Ölkədə yerli İT mütəxəssislərini hazırlamaq məqsədilə mobil operator “Nar” Azərbaycan Texniki Universitetində (AzTU) mütəmadi olaraq təlimlər həyata keçirir. Bu dəfə təlim A ..

2023-06-09
AzTU

AzTU-nun Elmi şurasının növbəti iclası keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının növbəti iclası keçirilib. İclasda AzTU-nun prioritet elmi istiqamətləri barədə məsələ müzakirə olunaraq, müasir dövrün tələblərinə uyğun elmi-tədqiqat mövzularının müəyyən edilməsi ilə bağlı tapşırıqlar verilib. Bundan başqa, ixtisas kafedralarında keyfiyyətli kadr hazırlığına nail olmaq üçün “ixtisas rəhbəri” pilot layihəsinin həyata keçirilməsi ilə bağlı məsələ müzakirələrdən sonra qəbul edilib. İclasda AzTU-nun bir sıra strukturlarında təkmilləşdirilmə ilə bağlı məsələlərə də baxılıb. Mexatronika və maşın dizaynı kafedrasının adı dəyişdirilərək Maşın dizaynı və sənaye texnologiyaları adlandırılıb. Avtomatika və idarəetmə kafedrası isə yenidən təşkil olunaraq Mexatronika kafedrası adlandırılıb və Alman mühəndislik fakültəsinin tərkibinə daxil edilib. İclasda 2022-ci ildə fəlsəfə və elmlər doktoru proqramları üzrə doktoranturaya qəbul olan iddiaçıların mövzuları və elmi rəhbərləri təsdiq olunub.  Həmçinin Xarici dillər kafedrasında ingilis dili tədrisini aparacaq müəllimlərin qəbulu üzrə Seçki Qaydaları da müzakirələrdən sonra şura üzvləri tərəfindən təsdiq edilib. İclas cari məsələlərin müzakirəsi ilə davam edib.  

Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının növbəti iclası keçirilib. İclasda AzTU-nun prioritet elmi istiqamətləri barədə məsələ müzakirə olunaraq, müasir dövrün tə ..

2023-06-09
AzTU

AzTU-da Alman Mədəniyyət Günü keçirilib

AzTU-da Alman Mədəniyyət Günü keçirilib. Rektor Vilayət Vəliyev AzTU ilə Almaniya universitetlərinin, o cümlədən Alman Akademik Mübadilə Xidmətinin (DAAD) uzunillik əməkdaşlıq əlaqələrindən danışıb. Bildirib ki, AzTU-da Alman Mədəniyyət Gününün keçirilməsi müəllim və tələbələrə bu ölkənin müxtəlif sahələri ilə daha yaxından tanış olmaq imkanı yaradır. Alman mühəndislik fakültəsinin dekanı Ərəstun Məmmədov və AzTU-da alman dili müəllimi kimi fəaliyyət göstərən Klaudio Kasperl AzTU-DAAD əlaqələrinin inkişafı ilə bağlı təqdimatla çıxış ediblər. Daha sonra tədbir iştirakçıları AzTU-nun foyesində Almaniyanın müxtəlif sahələrini əks stendlərə baxıblar. Tədbir çərçivəsində iştirakçılar arasında viktorinalar, həmçinin  tələbələrin təqdim etdikləri stendlərlə bağlı müxtəlif nominasiyalar üzrə müsabiqələr keçirilib. Qaliblərə Almaniyanın Azərbaycandakı səfirliyi və DAAD tərəfindən hədiyyələr təqdim olunub. Sonda iştirakçılar Almaniya istehsalı olan “Qaç Lola Qaç” filminə baxıblar.  

AzTU-da Alman Mədəniyyət Günü keçirilib. Rektor Vilayət Vəliyev AzTU ilə Almaniya universitetlərinin, o cümlədən Alman Akademik Mübadilə Xidmətinin (DAAD) uzunillik əməkdaşlıq əla ..

2023-06-09