Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

AzTU

AzTU-da yaz semestrinin imtahan sessiyası keçirilir

Azərbaycan Texniki Universitetində (AzTU) bakalavriat və magistratura (əyani) səviyyələrində 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası keçirilir. Sessiya iyulun 5-də yekunlaşacaq. Qiyabi təhsil alanlar üçün imtahan sessiyası isə 7-13 iyun tarixlərini əhatə edəcək. İmtahanlar əyani təhsil alanlar üçün şifahi və test (humanitar fənlər) üsulu ilə keçirilir. Qiyabi təhsil alan I, II, III kurslar üçün imtahanlar test, IV və V kurslar üçün isə şifahi üsulla təşkil edilib. Şifahi imtahanların keçirilməsi üçün AzTU-da 75 imtahan otağı, test imtahanları üçün isə 8 kompüter zalı ayrılıb. Bakalavriat səviyyəsində təhsil alan 8215, magistratura səviyyəsində isə 2468 tələbənin yaz semestrini imtahan sessiyasında iştirakı nəzərdə tutulub. Sessiya zamanı üzrlü səbəblərdən imtahanda iştirak etməyən tələbələrə iyulun 11-dən 15-dək həmin fənlərdən imtahan vermək üçün şərait yaradılacaq. Qeyd edək ki, sessiyanın gedişinə nəzarət, həmçinin şəffaflığın təmin olunması məqsədilə AzTU-da Apellyasiya Komissiyası, İmtahan Qərargahı və "Qaynar xətt" fəaliyyət göstərir.  

Azərbaycan Texniki Universitetində (AzTU) bakalavriat və magistratura (əyani) səviyyələrində 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası keçirilir. Sessiya iyulun 5-də ye ..

2023-06-05
AzTU

Almatı Energetika və Telekommunikasiya Universitetinin rektoru AzTU-da olub

Qazaxıstanın Almatı Energetika və Telekommunikasiya Universitetinin rektoru Murat Syzdykovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetinə (AzTU) səfər edib. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb. Rektor Vilayət Vəliyev AzTU-da görülən işlər haqqında məlumat verib. Bildirib ki, AzTU və Almatı Energetika və Telekommunikasiya Universiteti müvafiq sahələr üzrə birgə layihələrin həyata keçirilməsi, müəllim-tələbə mübadiləsi, elmi-tədqiqat işlərinin aparılması və digər istiqamətlərdə əməkdaşlıq edə bilər. AzTU-da olmaqdan məmnunluğunu ifadə edən Almatı Energetika və Telekommunikasiya Universitetinin rektoru Murat Syzdykov rəhbərlik etdiyi universitet haqqında ətraflı məlumat verib. Rektor bildirib ki, AzTU ilə müvafiq sahələr üzrə əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində təklifləri dəstəkləyir. Universitetlər arasında əlaqələrin inkişaf etdirilməsinin Azərbaycan və Qazaxıstan təhsil sahəsinin inkişafına da müsbət təsir edəcəyini qeyd edən Murat Syzdykov AzTU rektorunu rəhbərlik etdiyi universitetə dəvət edib. Görüşdə hər iki universitet tərəfindən telekommunikasiya, energetika, avtomatika, aerokosmik texnlogiyalar sahəsində birgə fəaliyyətlərin həyata keçirlməsi istiqamətində əməkdaşlığın faydalı olacağı vurğulanıb. Daha sonra qonaqlar AzTU-nun kampusu və maddi-texniki bazası ilə tanış olublar.

Qazaxıstanın Almatı Energetika və Telekommunikasiya Universitetinin rektoru Murat Syzdykovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetinə (AzTU) səfər edib. Qona ..

2023-06-03
AzTU

AzTU-nun rektoru İstanbul Texniki Universitetinin rektoru və nümayəndə heyəti ilə görüşüb

İstanbul Texniki Universitetinin (İTÜ) rektoru İsmayıl Koyuncunun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində  Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev, universitetin rəhbər heyəti və struktur bölmələrinin rəhbərləri ilə görüşüb. Rektorlar AzTU və İTÜ arasında mövcud əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparıblar. Həmçinin müvafiq sahələr üzrə yeni əməkdaşlıq imkanları müzakirə olunub.   Daha sonra İTÜ nümayəndə heyəti və AzTU-nun struktur rəhbərlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib. Rektor Vilayət Vəliyev qonaqlara AzTU-da həyata keçirilən və perspektivdə nəzərədə tutulan yeni layihələr barədə ətraflı məlumat verib.  Nümayəndə heyəti ilə müzakirələr zamanı mütərəqqi nəqliyyat texnologiyaları, elektromobillər, yaşıl enerji, dağ-mədən sənayesi, yeni materilalar, dəmiryolu, süni intellekt və  kibertəhlükəsizlik, müdafiə sənayesi sahəsində tətbiq olunan texnologiyalar, enerji texnologiyaları kimi sahələrdə birgə layihələrin yerinə yetirilməsi imkanları müzakirə olunub. Tərəflər eyni zamanda süni intellekt və kibertəhlükəsizlik, həmçinin enerji sahələrində birgə tədqiqat mərkəzlərinin yaradılması imkanlarını da müzakirə ediblər.

İstanbul Texniki Universitetinin (İTÜ) rektoru İsmayıl Koyuncunun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Azərbaycan Texniki Universitetinin (AzTU) rekto ..

2023-06-03
AzTU

“SKY Global Internship” Mübadilə Proqramı başa çatıb

Xəbər verdiyimiz kimi, Azərbaycan Texniki Universitetinin (AzTU) magistr, doktorant və gənc mütəxəssislərinin (Müdafiə Sənayesi İnstitutunun mütəxəssisi Nicat Bəkirli, Sosial İnkişaf Mərkəzinin baş mütəxəssisi, Radioelektron və aerokosmik sistemlər kafedrasının assistenti Malik Əliyev, 3311.01-cihazqayırma texnologiyası ixtisası üzrə (qiyabi) doktorant Bibixanım Cabbarlı və maşın mühəndisliyi ixtisası üzrə I kurs magistr tələbəsi Merac Abasquliyev) təmsil olunduğu “SKY Global Internship” Mübadilə Proqramı başa çatıb. 4 həftə müddətini əhatə edən proqram (2-26 may 2023-cü il) 5 tapşırıq blokundan ibarət olub və “Uçuş Elmləri Modulu: pilotsuz uçuş aparatının (PUA) layihələndirilməsi” mövzusunda təşkil edilib. İştirakçılar proqram çərçivəsində çəkisi 10-50 kq olan şaquli formada qalxan və enən PUA-ların tədqiqi, uçuş profilinin və çəkisinin qiymətləndirilməsi, uçuş profilinin və qanad parametrlərinin seçimi, quyruq mövqeyinin, ağırlıq mərkəzinin ilkin qiymətləndirilməsi, yastı plitələrin komponentlərinin yığılması, komponentlərin forma faktorlarının, düyünlərin, səthi sürtünmə əmsalının, səsaltı qaldırma əyrisinin mailliyinin, dözümlülüyünün, əsas komponentlərin və aerodinamik yüklərin hesablanması, sükan və həndəsi xarakteristikaların nizamlanması kimi layihələndirmə mərhələləri üzrə iş aparıblar. Qeyd olunan işlər Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin (TUSAŞ) “MGP Academy” laboratoriyasında “MS Excel”, “XFLR5”, “MatLab”, “Siemens NX” və “Ansys” proqram paketlərindən istifadə edilməklə həyata keçirilib. Proqram çərçivəsində dinləyicilər üçün sosial fəaliyyətlər təşkil edilib.    İştirakçılar proqramın sonunda verilən tapşırıqlar üzrə yekun hesabat hazırlayıblar. Onlara proqramı bitirdikləri ilə bağlı sertifikat təqdim olunub. “SKY Global Internship” Mübadilə Proqramında AzTU ilə yanaşı Milli Aviasiya Akademiyasının da magistr, doktorant tələbələri və gənc müəllimləri təmsil olunub. Qeyd edək ki, AzTU-nun TUSAŞ-la sıx əməkdaşlığı 2022-ci ildən başlayıb və bu istiqamətdə işlərin koordinasiyası Universitet-Sənaye Əməkdaşlığı və Ömurboyu Təhsil Mərkəzi tərəfindən həyata keçirilir.

Xəbər verdiyimiz kimi, Azərbaycan Texniki Universitetinin (AzTU) magistr, doktorant və gənc mütəxəssislərinin (Müdafiə Sənayesi İnstitutunun mütəxəssisi Nicat Bəkirli, Sosial İnkişa ..

2023-06-03
AzTU

Bursa Texniki Universitetinin müəllimləri AzTU-da mühazirə oxuyub

Türkiyənin Bursa Texniki Universitetinin (BTU) Metallurgiya və materiallar mühəndisliyi kafedrasının dosenti Ayşe Kalemtaş və Polimer materiallar mühəndisliyi kafedrasının assistenti Duyqu Rüzgar Qazioğlu “Erasmus+” Mobillik Proqramı çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) olub. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyevlə görüşüb, metallurgiya və materialşünaslıq sahəsində AzTU-da görülə biləcək işlər və birgə layihələrlə bağlı fikir mübadiləsi aparıb. Səfər çərçivəsində Ayşe Kalemtaş Metallurgiya və materialşünaslıq fakültəsinin tələbələrinə, həmçinin akademik heyətə mühazirə oxuyub. Duyqu Rüzgar Qazioğlu isə AzTU-nun müvafiq kafedrasının əməkdaşları üçün təlim keçirib.

Türkiyənin Bursa Texniki Universitetinin (BTU) Metallurgiya və materiallar mühəndisliyi kafedrasının dosenti Ayşe Kalemtaş və Polimer materiallar mühəndisliyi kafedrasının assistenti Duy ..

2023-06-02
AzTU

Sahəvi sorğu və monitorinqlərin ilkin mərhələsi başa çatıb

Azərbaycan Texniki Universitetinin (AzTU) Logistika və Nəqliyyat İnstitutunun əməkdaşları, eləcə də Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi və Nəqliyyat texnikası və idarəetmə texnologiyaları kafedralarının ümumilikdə 13 müəlliminin iştirakı ilə sahəvi sorğu və monitorinqlərin ilkin mərhələsi başa çatıb. Sorğu və monitorinqlər 17 aprel -12 may 2023-cü il tarixlərini əhatə edib.  AzTU ilə 16 şəhər və rayon icra hakimiyyətləri arasında həyata keçirilən “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” layihəsi çərçivəsində ilkin təhlillər aparılıb, mövcud təcrübələr öyrənilib, qarşı tərəflə işçi qaydada görüşlər keçirilib və ətraflı müzakirələr aparılıb. Tədqiqatın aparılmasında tələb olunan sorğular əhalinin demoqrafik göstəriciləri, mövcud ictimai nəqliyyat şəbəkəsinin əhalinin tələbatına uyğunluq dərəcəsi, hərəkətin təhlükəsizlik səviyyəsinin əhalini qane edib-etməməsi, parklama və taksi duracaqları haqqında problemlərin müəyyən olunması, ərazidə yaşayan əhalinin ictimai nəqliyyat vasitələrinə əlçatanlığı, nəqliyyatdan istifadənin rahatlığı və şəxsi nəqliyyat vasitələri haqqında məlumatların öyrənilməsinə yönəldilib. Bu çərçivədə aparılan monitorinqlər isə yol ayrıclarında avtomobillərin intensivliyini və dayanacaqlarda avtobuslardan istifadə edən sərnişinlərin sayının qeydiyyatının aparılması məqsədi daşıyır. Məlumdur ki, inkişaf etməkdə olan ölkələrin şəhərlərinin ərazisinin genişlənməsi və əhalisinin sayının artması nəticəsində üzləşdiyi çətinliklərin həllində şəhər mobillik planları mühüm rol oynayır. Sözügedən planlar əlçatanlığı yaxşılaşdırmaq, tıxacları azaltmaq, ictimai nəqliyyatı təşviq etmək və sakinlərin ümumi hərəkətliliyini artırmaq üçün strategiya və tədbirləri müəyyən edir. Bu məqsədlə hazırlanan “Hərəkət (Mobillik) Planları” nəqliyyat infrastrukturunun kompleks inkişafı proqramının, ictimai nəqliyyat xidmətlərinin təşkili üzrə kompleks sxemin və nəqliyyat infrastrukturunun, həmçinin yol hərəkətinin kompleks təşkili sxeminin hazırlanmasını özündə ehtiva edir. Ümumilikdə dünya təcrübəsinə nəzərə yetirdikdə universitetlərin, xüsusilə ixtisaslaşmış profesosr-müəllim heyətinin məsləhətçi qismində cəlb edilməklə şəhər hərəkətliliyi planlarının hazırlanmasında iştirakının müsbət nəticələri və faydaları olur. Bu faydalara məsləhət xidməti və elmi əsaslandırma (tədqiqat), fənlərarası yanaşma (burada şəhər hərəkətliliyi planları infrastruktur, torpaqdan istifadə, davranış nümunələri və ətraf mühitə təsirlər daxil olmaqla, nəqliyyat sistemlərinə təsir edən kompleks amillərin hərtərəfli başa düşülməsini tələb edir), verilənlərin (məlumatların) toplanması və təhlili (sorğu və monitorinqlər), maraqlı tərəflərin cəlb edilməsi, xüsusilə ictimaiyyətin iştirakı, pilot layihələr və layihələri genişləndirmək imkanları (universitetlər innovativ mobillik həllərini araşdırmaq və qiymətləndirmək məqsədi daşıyan pilot layihələr və nümayişlər üçün sınaq meydançası kimi xidmət edir) daxildir. Son illərdə aparılan islahatlarda xüsusilə  layihə yanaşması və düşüncəsinin yüksəldilməsini əsas götürən AzTU-da sözügedən işlər layihələrin idarə olunması yolu ilə Logistika və Nəqliyyat İnstitutu və Universitet-Sənaye Əməkdaşlığı və Ömurboyu Təhsil Mərkəzinin birgə təşkilatçılğı ilə həyata keçirilir.

Azərbaycan Texniki Universitetinin (AzTU) Logistika və Nəqliyyat İnstitutunun əməkdaşları, eləcə də Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi və Nəqliyyat texnikası və ..

2023-06-02
AzTU

AzTU-da şəhid Cəmil Məmmədlinin xatirəsinə həsr olunan filmin təqdimatı keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) universitetin tələbəsi, 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Cəmil Məmmədlinin xatirəsinə həsr olunan “Elə bir ömür yaşayacam ki...” filminin təqdimat mərasimi keçirilib. Tədbirdə şəhidin ailə üzvləri, yaxınları, həmçinin universitetin müəllim və tələbələri iştirak edib. Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın Dövlət Himni səsləndirilib. Tədbirdə çıxış edən AzTU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nərmin Rzayeva universitetdə şəhidlərin adlarının əbədiləşdirilməsi ilə bağlı görülən işlərdən danışıb. Nərmin Rzayeva 44 günlük Vətən müharibəsində AzTU-nun tələbə və məzunları arasından 35 nəfərin şəhidlik zirvəsinə yüksəldiyini deyib. Bildirib ki, AzTU-nun şəhidlik zirvəsinə yüksələn tələbə və məzunlarının adları universitetin auditoriyalarına verilib. Universitetdə mütəmadi olaraq tələbə və məzun şəhidlərimizin ailə üzvləri ilə görüşlər keçirilir. Prorektor şəhidlərin əziz xatirəsinin yaşadılması, onların qəhrəmanlıqlarının gənc nəslə aşılanması üçün belə tədbirlərin keçirilməsinin önəmindən danışıb.  “Elə bir ömür yaşayacam ki...” filminin ssenari müəllifi Mehriban Sadıqova ekran işinin çəkilməsində dəstək göstərənlərə təşəkkür edib. Daha sonra film nümayiş olunub. Filmdə Cəmil Məmmədlinin məktəb illəri və hərbi xidmətə yola düşməsi zamanı çəkilən görüntülərdən istifadə olunub. Ekran işində şəhidin doğmaları, yaxınları, müəllimləri, döyüş yoldaşları və dostlarının onunla bağlı xatirələri də yer alıb.  Tədbirin sonunda AzTU-nun Şəhid ailələri və vətən müharibəsi iştirakçıları ilə işlərin təşkili qrupunun rəhbəri Zöhrə Məmədova və şəhid Cəmil Məmmədlinin anası Aygün Məmmədli filmin hazırlanmasında zəhməti olan hər kəsə təşəkkür ediblər.  Qeyd edək ki, şəhid Cəmil Məmmədli 1999-cu il iyulun 28-də İsmayıllı rayonunda anadan olub. O, 2016-2020-ci illərdə AzTU-nun Metallurgiya və materialşünaslıq fakültəsində təhsil alıb. Təhsil aldığı dövrdə universitetin ictimai həyatında fəallığı ilə seçilib. Müəllim və tələbə yoldaşlarının yaddaşında vətənpərvər bir insan kimi qalan Cəmil Məmmədli 2020-ci il sentyabrın 27-də başladılan Vətən müharibəsində könüllü olaraq iştirak edib. Oktyabrın 14-dən 15-ə keçən gecə Füzuli rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin sərəncamlarına əsasən,  Cəmil Məmmədli ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”,  “Füzulinin azad olunmasına görə" və “Cəsur döyüşçü”  medalları ilə təltif edilib.

Azərbaycan Texniki Universitetində (AzTU) universitetin tələbəsi, 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Cəmil Məmmədlinin xatirəsinə həsr olunan “Elə bi ..

2023-06-01
AzTU

AzTU-nun Kitabxana İnformasiya Mərkəzinin direktoru Respublika Elmi-Texniki Kitabxanasında keçirilən konfransda çıxış edib

Azərbaycan Texniki Universitetinin (AzTU) Kitabxana İnformasiya Mərkəzinin direktoru Xəyalə Hacıyeva və Təlim və tədqiqat xidmətləri üzrə şöbə müdiri Lamiyə Miryaqubova Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında (RETK) “Heydər Əliyev və kitabxana” mövzusunda keçirilən konfransda iştirak edib. Konfransda RETK-nın direktorunun səlahiyyətlərini icra edən, innovasiya və inkişaf üzrə direktorun birinci müavini Mübariz Məmmədli çıxış edərək kitabxana işinin təşkili və inkişafında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb. AzTU-nun Kitabxana İnformasiya Mərkəzinin direktoru Xəyalə Hacıyeva ulu öndər Heydər Əliyevin kitabxanalara olan diqqət və qayğısından bəhs edib, həmçinin müasir kitabxana konsepsiyasının önəmli olduğunu vurğulayıb. Xəyalə Hacıyeva AzTU-da kitabxana işinin təşkili, bu istiqamətdə həyata keçirilən yeniliklər barədə də tədbir iştirakçılarına ətraflı məlumat verib.    

Azərbaycan Texniki Universitetinin (AzTU) Kitabxana İnformasiya Mərkəzinin direktoru Xəyalə Hacıyeva və Təlim və tədqiqat xidmətləri üzrə şöbə müdiri Lamiyə Miryaqubova Əqli Mülk ..

2023-06-01
AzTU

Polşanın Rzeszow Texnologiya Universitetinin professoru AzTU-da mühazirə oxuyub

Polşanın Rzeszow Texnologiya Universitetinin professoru, WoS və SCOPUS indeksli “İqtisadiyyat və sosiologiya” jurnalının baş redaktor müavini və “Beynəlxalq araşdırmalar” jurnalının baş redaktoru Yuriy Bilan “Erasmus+” proqramı çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) olub. Səfər çərçivəsində Yuriy Bilan magistr və doktorantlara, həmçinin İqtisadiyyat və statistika kafedrasının müəllimlərinə “Elmi nəşrlərdə şəffaflıq prinsipləri və ən yaxşı təcrübə” mövzusunda mühazirə oxuyub. 

Polşanın Rzeszow Texnologiya Universitetinin professoru, WoS və SCOPUS indeksli “İqtisadiyyat və sosiologiya” jurnalının baş redaktor müavini və “Beynəlxalq araşdırmalar” jurnalı ..

2023-05-31
AzTU

AzTU universitet-məktəb əməkdaşlığını inkişaf etdirir

Azərbaycan Texniki Universiteti (AzTU) ilə orta məktəblər arasında əməkdaşlıq inkişaf etdirilir. Əməkdaşlıq çərçivəsində AzTU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sevinc İsgəndərova, AzTU TV studiyasının direktoru Səfa Bağırov və Sosial İnkişaf Mərkəzinin əməkdaşı Eyvaz Məhəmmədli qəbul imtahanlarının statistikasına görə texniki fənlər üzrə fərqlənən Bakının Binəqədi rayonu 313 və 283 saylı, Xəzər rayonu 149 saylı, Nərimanov rayonu 207 saylı, Suraxanı rayonu 270 saylı, Sabunçu rayonu 311 və 295 saylı tam orta məktəblərinin 9, 10 və 11-ci sinif şagirləri ilə görüşüb. Şagirlər əvvəlcə AzTU haqqında videoçarxa baxıblar. Daha sonra AzTU-nun tarixi, fakültələri, ixtisasları, ikili diplom və mübadilə proqramları barədə şagirdlərə ətraflı məlumat verilib. Bundan başqa, AzTU-da həyata keçirilən layihələr, tələbələrin müxtəlif startap və idman yarışlarında yüksək nailiyyətləri də şagirdlərin diqqətinə çatdırılıb. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.     

Azərbaycan Texniki Universiteti (AzTU) ilə orta məktəblər arasında əməkdaşlıq inkişaf etdirilir. Əməkdaşlıq çərçivəsində AzTU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri ..

2023-05-31