Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU universitet-məktəb əməkdaşlığını inkişaf etdirir

AzTU universitet-məktəb əməkdaşlığını inkişaf etdirir

31.05.2023     344     AzTU

Azərbaycan Texniki Universiteti (AzTU) ilə orta məktəblər arasında əməkdaşlıq inkişaf etdirilir. Əməkdaşlıq çərçivəsində AzTU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sevinc İsgəndərova, AzTU TV studiyasının direktoru Səfa Bağırov və Sosial İnkişaf Mərkəzinin əməkdaşı Eyvaz Məhəmmədli qəbul imtahanlarının statistikasına görə texniki fənlər üzrə fərqlənən Bakının Binəqədi rayonu 313 və 283 saylı, Xəzər rayonu 149 saylı, Nərimanov rayonu 207 saylı, Suraxanı rayonu 270 saylı, Sabunçu rayonu 311 və 295 saylı tam orta məktəblərinin 9, 10 və 11-ci sinif şagirləri ilə görüşüb.

Şagirlər əvvəlcə AzTU haqqında videoçarxa baxıblar. Daha sonra AzTU-nun tarixi, fakültələri, ixtisasları, ikili diplom və mübadilə proqramları barədə şagirdlərə ətraflı məlumat verilib. Bundan başqa, AzTU-da həyata keçirilən layihələr, tələbələrin müxtəlif startap və idman yarışlarında yüksək nailiyyətləri də şagirdlərin diqqətinə çatdırılıb.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.   

 


Digər xəbərlər