Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU əməkdaşları Finlandiyada səfərdə olub

AzTU əməkdaşları Finlandiyada səfərdə olub

02.05.2024     251     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu “Erasmus+ KA2” proqramı üzrə həyata keçirilən “Azərbaycanda  institutsional repozitoriyalar (rəqəmsal arxivlər) şəbəkəsi vasitəsilə tədqiqat potensialının inkişaf etdirilməsi” (DIRNA) layihəsi çərçivəsində növbəti təlimlər Finlandiyanın Jyväskylä Universitetində təşkil olunub.

Təlimlərdə AzTU-nu Kitabxana İnformasiya Mərkəzinin (KİM) direktoru Xəyalə Hacıyeva, kitabxana sistemləri və rəqəmsallaşdırma prosesləri üzrə baş məsləhətçi İltifat İbrahimov təmsil edib.

Təqdimatlarda Jyväskylä Universitetinin elmi mədəni irsinin formalaşdırılmasını təmin edən rəqəmsal repozitariya konsepti, “Açıq Əlyetərlilik”, “Açıq Elm” fəaliyyətləri barədə ətraflı məlumat verilib. Təlimlər çərçivəsində iştirakçıları üçün müxtəlif seminarlar da təşkil edilib.

Səfər zamanı Jyväskylä Universitetinin Rəqəmsal Repozitariyasının texniki tələblərinin müəyyən edilməsi, qurulması, davamlı inkişafının təmini, elmi-mədəni irsinin toplanması, müəlliflik hüquqlarının tənzimlənməsi, informasiya resurslarının rəqəmsal repozitariyada yerləşdirilməsi, metaverilənlərin işlənməsi üçün tətbiq olunan beynəlxalq standartlar və protokollar haqqında iştirakçılara ətraflı məlumatlar verilib.

Təlimin sonunda iş yüklərinin yenidən nəzərdən keçirilməsi, növbəti təlim üzrə tələblər, infrastrukturunun qurulması, metaverilənlərin işlənməsi, hüquqi sənədlərin formalaşdırlması istiqamətində müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Səfər çərçivəsində iştirakçılar üçün Jyväskylä Universitetinin Lähde kitabxanasının açıq elm mərkəzinə, kitabxananın digər filiallarına və universitet muzeyinə turlar da təşkil edilib.


Digər xəbərlər