Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Şəhid Rəşad Zeynallıya həsr olunan “Rəşadətli ömür” filminin təqdimatı olub

Şəhid Rəşad Zeynallıya həsr olunan “Rəşadətli ömür” filminin təqdimatı olub

13.05.2024     196     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma və robototexnika fakültəsinin məzunu, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Rəşad Zeynallıya həsr olunan “Rəşadətli ömür” filminin təqdimatı olub.

Tədbirdə şəhid Rəşad Zeynallının ailə üzvləri, yaxınları, şəhid ailələri, qazilər, universitetin nümayəndələri iştirak ediblər.

Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın Dövlət Himni səsələndirilib.

Daha sonra “Rəşadətli ömür” filmi nümayiş olunub.

Filmdə Rəşad Zeynallının keçdiyi ömür yolunun mərhələləri, onunla bağlı xatirələr əks olunub. Şəhidin yaxınları və dostlarının onun haqqında fikirləri də filmdə yer alıb.

Təqdimat mərasimində çıxış edən filmin yaradıcı heyəti bir neçə aya ərsəyə gələn ekran əsəri haqqında qürurla danışıblar. Rəşad Zeynallının valideynləri və yaxınları şəhidin xatirəsinə göstərilən hörmət və ehtirama görə təşəkkürlərini bildiriblər.

Tədbir Rəşad Zeynallının təhsil aldığı orta məktəbin şagirdlərinin ifasında qəhrəmanlıq mövzusunda mahnı və şeirlərlə davam edib.


Digər xəbərlər