Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun Kitabxana İnformasiya Mərkəzinin direktoru Respublika Elmi-Texniki Kitabxanasında keçirilən konfransda çıxış edib

AzTU-nun Kitabxana İnformasiya Mərkəzinin direktoru Respublika Elmi-Texniki Kitabxanasında keçirilən konfransda çıxış edib

01.06.2023     376     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Kitabxana İnformasiya Mərkəzinin direktoru Xəyalə Hacıyeva və Təlim və tədqiqat xidmətləri üzrə şöbə müdiri Lamiyə Miryaqubova Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında (RETK) “Heydər Əliyev və kitabxana” mövzusunda keçirilən konfransda iştirak edib.

Konfransda RETK-nın direktorunun səlahiyyətlərini icra edən, innovasiya və inkişaf üzrə direktorun birinci müavini Mübariz Məmmədli çıxış edərək kitabxana işinin təşkili və inkişafında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb.

AzTU-nun Kitabxana İnformasiya Mərkəzinin direktoru Xəyalə Hacıyeva ulu öndər Heydər Əliyevin kitabxanalara olan diqqət və qayğısından bəhs edib, həmçinin müasir kitabxana konsepsiyasının önəmli olduğunu vurğulayıb. Xəyalə Hacıyeva AzTU-da kitabxana işinin təşkili, bu istiqamətdə həyata keçirilən yeniliklər barədə də tədbir iştirakçılarına ətraflı məlumat verib.

 

 


Digər xəbərlər