Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

AzTU

UniClaD layihəsi çərçivəsində tərəfdaşların növbəti onlayn görüşü keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu "İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” (UniClaD) layihəsi çərçivəsində növbəti onlayn görüş keçirilib. Görüşdə may ayında Macarıstan və İtaliyada təşkil olunmuş təlimlərin mövzuları, səfər zamanı baxış keçirilən müəssisələrin ixtisaslaşdığı sahələr barədə ətraflı məlumat verilib. Səfərlər zamanı keçirilən görüşlər və öyrədici təlimlərin nəticələri müzakirə edilib, hesabat təqdim edilib. Daha sonra 2023-cü ilin sentyabr, oktyabr və noyabr aylarında təşkili planlaşdırılan tanışlıq və öyrədici səfərlərin tarixinin dəqiqləşdirilməsi və iştirakçıların bu barədə məlumatlandırılması ilə bağlı tapşırıq verilib. Layihə çərçivəsində həmçinin menecerlər görüşünün təşkili ilə bağlı müzakairələr aparılıb və növbəti işçi görüşün İspaniya və Moldovada keçirilməsi qərara alınıb.  Xatırladaq ki, may ayında keçirilən tanışlıq səfərində AzTU-nun iki əməkdaşı iştirak edib. 

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu "İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensial ..

2023-06-23
AzTU

“Müdafiə sənayesi üzrə ixtisaslı kadr hazırlığı: radioelektron, aerokosmik sistemlər və robotlar” mövzusunda II respublika elmi-texniki konfransı keçirilir

Azərbaycan Texniki Universitetində (AzTU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Müdafiə sənayesi üzrə ixtisaslı kadr hazırlığı: radioelektron, aerokosmik sistemlər və robotlar” mövzusunda II respublika elmi-texniki konfransı işinə başlayıb. Elm və Təhsil Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, AzTU və Milli Aerokosmik Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən konfransda əvvəlcə universitetin foyesində Ulu Öndərin büstünün qarşısına gül dəstələri düzülüb. Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib. Konfrans iştirakçılarını salamlayan rektor Vilayət Vəliyev bildirib ki, AzTU regionda müdafiə sənayesi üzrə ixtisaslı kadr hazırlayan ilk və yeganə universitetdir. Mütəxəssislər universitetin Xüsusi texnika və texnologiya fakültəsində hazırlanır. Rektor deyib ki, belə konfransların keçirilməsi gənc mühəndislərin elmi-tədqiqat işlərinin təkmilləşdirilməsi, mövzuların əhatəliliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Rektor bu mövzuda konfransların mütəmadi, eyni zamanda növbəti illərdə beynəlxalq konfrans statusunda keçirilməsinin əhəmiyyətindən də danışıb. Daha sonra çıxış edən müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov AzTU ilə əməkdaşlıq əlaqələrinin perspektivləri barədə danışıb. Bildirib ki, tələbələrin ixtisaslı kadr kimi hazırlanması təkcə universitet auditoriyalarında deyil, həm də nazirliyin tabeliyində olan müəssisələrdə aparılır.  Müasir dövrün ixtisaslarından olan radioelektron, aerokosmik sistemlər və robotlar sahəsində yerli mütəxəssislərin hazırlanması əsas hədəflərdən biridir. Azərbaycan Milli Müdafiə Universitetinin rektoru, general-leytenant Heydər Piriyev Ulu Öndərin 100 illiyinə həsr olunan konfransda müzakirə olunacaq mövzuların əhəmiyyətindən danışıb. Rektor ümummilli lider Heydər Əliyevin müdafiə sənayesi üzrə kadr hazırlığını hər zaman diqqətdə saxladığını vurğulayıb. Bildirib ki, müdafiə sənayesi üzrə ixtisaslı kadr hazırlığında Azərbaycan Milli Müdafiə Universiteti AzTU ilə əməkdaşlığı inkişaf etdirəcək. Daha sonra çıxış edənlər “ASELSAN Bakı” şirkətinin baş direktoru Özgür Kürüm, Milli Aerokosmik Agentliyinin baş direktoru Natiq Cavadov, müdafiə sənayesi nazirinin müşaviri Rövşən Əhmədov da konfransın gənc mütəxəssislər və tədqiqatçılar üçün əhəmiyyətindən danışıblar. Bölmə iclasları ilə davam edən konfras işini iyunun 23-də yekunlaşdıracaq.

Azərbaycan Texniki Universitetində (AzTU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Müdafiə sənayesi üzrə ixtisaslı kadr hazırlığı: radioelektron, ..

2023-06-22
AzTU

“Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” layihəsi çərçivəsində ictimai müzakirələr keçirilir

Azərbaycan Texniki Universitetinin (AzTU) Logistika və Nəqliyyat İnstitutunda yerinə yetirilən  “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” layihəsi çərçivəsində Lənkəran və Şirvan şəhərlərində ictimai müzakirələr keçirilib. Layihədə məqsəd şəhərin nəqliyyat infrastrukturunun kompleks inkişafı proqramının, ictimai sərnişin nəqliyyatı ilə əhaliyə nəqliyyat xidmətlərinin təşkili üzrə sxemin, nəqliyyat infrastrukturunun və yol hərəkətinin təşkili sxeminin hazırlanmasından ibarətdir. İctimai müzakirlərdə nəqliyyat infrastrukturu zonalarına dair məlumatlar, yolların keyfiyyəti, nəqliyyat və avtonəqliyyat vasitələri parkının strukturu ilə bağlı ictimaiyyətin fikirləri dinlənilib. Həmçinin şəhər əhalisinə nəqliyyat xidmətlərinin bütün növləri üzrə, o cümlədən marşrut şəbəkəsi, hərəkət tərkibi, sərnişin daşıyan təşkilatların nəqliyyat xidməti, avtomobil yollarında hərəkət sıxlığı və digər məsələlər müzakirə edilib, ictimaiyyətin fikirlərinə əsasən müvafiq qeydlər aparılıb, suallar cavablandırılıb. İctimai müzakirədə Lənkəran və Şirvan şəhər icra hakimiyyətlərinin nümayəndələri, həmçinin AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov, Nəqliyyat və logistika fakültəsinin layihənin işinə cəlb edilən müəllim heyəti Turan Verdiyev, Ülvi Cavadlı, Röyal Allahverdiyev, Mahir Mustafayev, Nəsir Nəcəfov iştirak ediblər. 

Azərbaycan Texniki Universitetinin (AzTU) Logistika və Nəqliyyat İnstitutunda yerinə yetirilən “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” layihəsi çərçivəsində L ..

2023-06-22
AzTU

Daşkənddə “21-ci əsrdə İpək Yolu: nəqliyyat və logistikanın müasir texnologiyaları” mövzusunda vorkşop keçirilib

Daşkənd Dövlət Nəqliyyat Universiteti, Azərbaycan Texniki Universiteti (AzTU) və İstanbul Texniki Universitetinin (İTÜ) birgə təşkilatçılığı ilə Daşkənddə “21-ci əsrdə İpək Yolu: nəqliyyat və logistikanın müasir texnologiyaları” mövzusunda vorkşop keçirilib. Tədbirin açılışında Azərbaycanın Özbəkistandakı səfirinin müşaviri, Türkiyənin Daşkənddəki səfiri, Daşkənd Dövlət Nəqliyyat Universitetinin prorektoru Əbdüləziz Qulamov, AzTU-nun rektoru Vilayət Vəliyev, İTÜ-nün rektoru İsmayıl Koyuncu çıxış ediblər. Tədbirin açılışından sonra 3 bölmədə ( Nəqliyyat, tranzit və logistika məsələləri; (Avtomobil yollarıl/Dəniz yolu/Dəmiryolu Sistemləri/Multimodal çatdırma, Şəhərdaxili hərəkətlilik (mobillik)), Müasir nəqliyyat və logistika texnologiyaları, (Ağıllı nəqliyyat sistemləri; nəqliyyatda IoT), Risklərin idarəedilməsi, Nəqliyyatda təhlükəsizlik idarəetmə sistemi) 3 ölkənin universitet və sənaye üzrə mütəxəssisləri, o cümlədən AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov çıxış ediblər. Sonra bu çıxışlar ətrafında müzakirələr aparılıb.  Müzakirələrdə  Qədim İpək Yolu boyunca nəqliyyat marşrutlarının genişləndirilməsi, o cümlədən İpək Yolu üzərində yerləşən türkdilli dövlətlərin nəqliyyat və logistika sahəsində əməkdaşlığının inkişaf etdirilməsi, birgə layihələrin həyata keçirilməsi və təcrübə mübadiləsi nəzərdən keçirilib.  Tədbirdə çıxış edənlər Özbəkistan-Azərbaycan-Türkiyə marşrutu üzrə intermodal nəqliyyat texnologiyaları, iri şəhərlərin mobillik problemləri və onların həllində təklif olunan üsullar, regional və beynəlxalq nəqliyyat və logistika sistemlərinin inkişafı, beynəlxalq daşımalarda xidmətlərin keyfiyyəti və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Tədbirin gedişində Azərbaycan-Özəkistan-Türkiyə birgə Nəqliyyat və Logistika Elmi-Tədqiqat Mərkəzinin yaradılmasına qərar verilib.  Həmçinin Daşkənd Dövlət Nəqliyyat Universiteti, AzTU və İTÜ arasında əməkdaşlıq memorandumu imzalanıb.

Daşkənd Dövlət Nəqliyyat Universiteti, Azərbaycan Texniki Universiteti (AzTU) və İstanbul Texniki Universitetinin (İTÜ) birgə təşkilatçılığı ilə Daşkənddə “21-ci əsrdə İpək ..

2023-06-16
AzTU

AzTU-da “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib. Tədbirdə çıxış edən AzTU-nun Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev bildirib ki, Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı Sərəncama əsasən, 18 iyun tarixi Azərbaycanda İnsan Hüquqları Günü kimi təsis edilib. Bu əlamətdar tarix artıq 15 ildən çoxdur ki, ölkəmizdə geniş qeyd edilir. İnsan Hüquqları Gününün təsis olunması dövlətimizin insan hüquqlarına verdiyi ali dəyərin göstəricisidir. Daha sonra Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın “İnsan Hüquqları Aylığı” ilə bağlı müraciəti tələbələrin diqqətinə çatdırılıb. Qeyd olunub ki, AzTU-da mütəmadi olaraq insan hüquqlarına və Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunan müxtəlif maarifləndirmə tədbirləri keçirilir. Tədbir çərçivəsində tələbələri maraqlandıran suallar cavablandırılıb.

Azərbaycan Texniki Universitetində (AzTU) “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib. Tədbirdə çıxış edən AzTU-nun Humanitar fənlər kafedrasının müdiri Həbi ..

2023-06-16
AzTU

AzTU tələbəsi Alpaqut Turan döyüş sənəti üzrə Azərbaycan çempionu olub

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Milli İdman Növləri Assosasiyasının dəstəyi, Dünya Alpagut Federasiyası Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan Bakı şəhər açıq turniri başa çatıb. 300-ə yaxın idmançının təmsil olunduğu turnirdə Azərbaycan Texniki Universitetinin (AzTU) Energetika və avtomatika fakültəsinin 1-ci kurs tələbəsi Toğrul Zeynallı da iştirak edib. O,  Alpaqut döyüş sənətinin Batur sistemi üzrə 55 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu olub. 

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Milli İdman Növləri Assosasiyasının dəstəyi, Dünya Alpagut Federasiyası Azərbaycan nümayəndəliyinin təşkilatçılı ..

2023-06-16
AzTU

AzTU-da Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) Heydər Əliyev Mərkəzində 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktorunun müavini İlqar İsayev, ASC-nin şöbə müdiri Elxan Bayramov universitetin rəhbər heyəti, müəllim və tələbələr iştirak edib. Əvvəlcə universitetin foyesində ulu öndər Heydər Əliyevin büstünün önünə gül dəstələri düzülüb. Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev bildirib ki, Azərbaycan xalqı 30 ildir 15 iyun tarixini Milli Qurtuluş Günü kimi qeyd edir. Bu əlamətdar tarixlə xalqımızın gələcək həyatının ən önəmli başlanğıclarının əsası qoyulub. Rektor deyib ki, 90-cı illərdə Azərbaycanı ağır və dözülməz vəziyyətdən xilas edən lider məhz ulu öndər Heydər Əliyev ola bilərdi. Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanın müstəqilliyini qorudu, ölkə bütün sahələrdə inkişaf etdi. Bu gün Ulu Öndərin layiqli davamçısı, Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində Azərbaycan dünyada söz sahibidir. Daha sonra çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin şöbə müdiri Elxan Bayramov Milli Qurtuluş Gününün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını bildiriblər. Qeyd olunub ki, Azərbaycan xalqı var olduqca Ulu Öndərin ideyaları da daim yaşayacaq. Tədbirdə “Heydər Əliyev-100” adlı esse müsabiqəsinin qalibi olan AzTU tələbələri mükafatlandırılıb. AzTU-nun bir qrup əməkdaşı partiyada ictimai-siyasi fəaliyyətinə görə YAP Yasamal rayon təşkilatı tərəfindən fəxri fərmanla təltif olunub. Həmçinin AzTU-nun bir qrup əməkdaşına YAP-ın üzvlük vəsiqələri təqdim olunub.

Azərbaycan Texniki Universitetinin (AzTU) Heydər Əliyev Mərkəzində 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, Yeni Azərb ..

2023-06-14
AzTU

Rektor Vilayət Vəliyev universitetin yeni tələbə-rektoru ilə görüşüb

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev universitetin yeni tələbə-rektoru Elşən Çıraqovla görüşüb. Rektor Vilayət Vəliyev Elşən Çıraqovu tələbə-rektor seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib, ona fəaliyyət istiqamətləri ilə bağlı müvafiq tapşırıqlar verib və fəaliyyətində uğurlar arzulayıb. Qeyd edək ki, AzTU-nun yeni tələbə-rektoru Elşən Çıraqov İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin ikinci kurs tələbəsidir. 

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev universitetin yeni tələbə-rektoru Elşən Çıraqovla görüşüb. Rektor Vilayət Vəliyev Elşən Çıraqovu tələbə-rektor ..

2023-06-14
AzTU

AzTU-da kriptoqrafiya üzrə elmi-praktiki seminar keçirilib

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində (AzTU) 14 ali təhsil müəssisəsinin aidiyyəti mütəxəssislərin iştirakı ilə kriptoqrafiya üzrə elmi-praktiki seminar keçirilib. Seminarın əsas məqsədi Azərbaycan Respublikasında kriptoqrafiya sahəsində ixtisaslaşmış mütəxəssislər arasında sahə üzrə aktual məsələlərin müzakirəsinin təşkil olunması və təkmilləşdirici təkliflərin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi olub. Sahə üzrə ekspertlərin iştirakı ilə kibertəhlükəsizlik kontekstində kriptoqrafiyanın əhəmiyyəti, kriptoqrafiya sahəsində baş verən yeniliklər, blokçeyn texnologiyalarında kriptoqrafiyanın rolu, kriptoqrafik təhlükəsizlik protokolları və digər mövzular müzakirə olunub.

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində (AzTU) 14 ali təhsil müəssisəsinin aidiyyəti mütəxəs ..

2023-06-12
AzTU

AzTU-nun prorektoru Türkiyədə beynəlxalq həftədə iştirak edib

Azərbaycan Texniki Universitetinin (AzTU) beynəlxalq əlaqələr üzrə prorektoru Fariz Məmmədov Türkiyənin Uşak Universitetində beynəlxalq əməkdaşlıq həftəsində iştirak edib. Artıq dördüncü ildir keçirilən tədbir bu il “Tədrisdə keyfiyyət təminatı və tədqiqat sahəsində əməkdaşlıq” mövzusuna həsr olunub. 15 ölkədən 65 nümayəndənin iştirak etdiyi beynəlxalq həftədə ali təhsil müəssisələri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub. Tədbir çərçivəsində AzTU-nun prorektoru Fariz Məmmədov universitet haqqında geniş  təqdimatla çıxış edib. 

Azərbaycan Texniki Universitetinin (AzTU) beynəlxalq əlaqələr üzrə prorektoru Fariz Məmmədov Türkiyənin Uşak Universitetində beynəlxalq əməkdaşlıq həftəsində iştirak edib. Artı ..

2023-06-09