Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər UniClaD layihəsi çərçivəsində tərəfdaşların növbəti onlayn görüşü keçirilib

UniClaD layihəsi çərçivəsində tərəfdaşların növbəti onlayn görüşü keçirilib

23.06.2023     247     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu "İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” (UniClaD) layihəsi çərçivəsində növbəti onlayn görüş keçirilib. Görüşdə may ayında Macarıstan və İtaliyada təşkil olunmuş təlimlərin mövzuları, səfər zamanı baxış keçirilən müəssisələrin ixtisaslaşdığı sahələr barədə ətraflı məlumat verilib. Səfərlər zamanı keçirilən görüşlər və öyrədici təlimlərin nəticələri müzakirə edilib, hesabat təqdim edilib.

Daha sonra 2023-cü ilin sentyabr, oktyabr və noyabr aylarında təşkili planlaşdırılan tanışlıq və öyrədici səfərlərin tarixinin dəqiqləşdirilməsi və iştirakçıların bu barədə məlumatlandırılması ilə bağlı tapşırıq verilib. Layihə çərçivəsində həmçinin menecerlər görüşünün təşkili ilə bağlı müzakairələr aparılıb və növbəti işçi görüşün İspaniya və Moldovada keçirilməsi qərara alınıb. 

Xatırladaq ki, may ayında keçirilən tanışlıq səfərində AzTU-nun iki əməkdaşı iştirak edib. 


Digər xəbərlər