Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

AzTU

AzTU ilə AzPMA arasında əməkdaşlıq genişləndirilir

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyası (AzPMA) arasında əməkdaşlıq inkişaf etdirilir. Əməkdaşlıq çərçivəsində təşkil edilən təlimlərdə AzTU tələbələri və əməkdaşları ICB®4 standartları üzrə beynəlxalq sertifikata layiq görülüblər. Belə ki, AzTU-nun Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzinin müdiri Aynurə İsmayılova ICB®4 standartları üzrə “Level B” sertifikatı alıb. Universitetin daha 5 əməkdaşı və 7 tələbəsi isə “Level D” sertifikatına layiq görülüb. Qeyd edək ki, ICB®4 standartları layihələrin idarəedilməsi üzrə hazır dərslik və ya vəsait deyil. Bu standartlar layihələrin idarəedilməsi sahəsində bilik, təcrübə və fərdi mükəmməlliyə qapı açaraq bacarığın cilalanması, formalaşması üçün bələdçi rolunu oynayır.   ICB®4 standartları Beynəlxalq Layihə İdarəetmə Assosiasiyası (IPMA) tərəfindən ratifikasiya edilmiş milli assosiasiyaların və onların sertifikatlaşdırma mərkəzlərinin bütün sertifikatlaşdırma proqramlarının əsasını təşkil edir. Azərbaycanda 1999-cu ildən bu günə kimi 500-dən çox  mütəxəssis ICB®4 standartları üzrə sertifikata yiyələnib. Maraqlananlar beynəlxalq bazada identifikasiya barədə ətraflı məlumatı linkə daxil olaraq oxuya bilərlər.

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyası (AzPMA) arasında əməkdaşlıq inkişaf etdirilir. Əməkdaşlıq çərçivəsində təşkil e ..

2023-07-07
AzTU

AzTU tələbələrinin iştirak etdiyi komandanın layihəsi birinci yerə layiq görülüb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial  İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən reallaşdırılan “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində “100 illiyin gələcəyi” adlı tədbir keçirilib. “BP Azərbaycan” şirkətinin sponsorluğu və "Azərikard" MMC-nin təşkilati dəstəyi ilə keçirilən tədbir ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Tədbirdə müxtəlif dövlət qurumlarının nümayəndələri, layihə çərçivəsində Anlaşma Memorandumunu imzalamış universitetlərin rektorları, sahə üzrə peşəkar mentorlar, təlimçilər və digər qonaqlar iştirak ediblər.   Əvvəlcə I və II Tusi İnkubasiya proqramlarının startaplarının təqdimatı olub. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, elm və təhsil naziri Emin Əmrullayev, BP-nin Xəzər bölgəsində xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış ediblər. Ümumilli lider Heydər Əliyevin ictimai-siyasi və dövlətçilik fəaliyyətinə dair, eləcə də sözügedən layihə çərçivəsində görülmüş işləri əks etdirən videoçarxlar nümayiş etdirilib. Sonra mentorların ümumi inkubasiya proqramlarının yekunu olaraq formalaşdırdıqları 19 startap komandası layihələrini təqdim edib. Münsiflər heyəti tərəfindən qiymətləndirilən Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşı Günel Məmmədlinin mentoru olduğu AzTU tələbələrinin iştirak etdiyi "ABC" komandası 1-ci yerə layiq görülüb. Qaliblərə mükafatlar təqdim olunub.Tədbir çərçivəsində elm və təhsil naziri Emin Əmrullayevə, həmçinin BP-nin  Xəzər bölgəsində xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyliyə “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubiley medalı, innovasiya ekosisteminə dəstək olan AzTU-nun rektoru Vilayət Vəliyevə isə “ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı təqdim olunub. Sonda layihənin II Mentorluq Proqramının iştirakçılarına sertifikatlar verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən reallaşdırılan “Gəl ..

2023-07-06
AzTU

AzTU ilə “Cyberpoint” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycanın aparıcı kibertəhlükəsizlik xidməti təminatçısı olan “Cyberpoint” MMC ilə ölkəmizin ən nüfuzlu universitetlərindən biri olan Azərbaycan Texniki Universiteti (AzTU) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi “Cyberpoint”in direktoru Fuad Niftəliyev və AzTU-nun rektoru Vilayət Vəliyev imzalayıblar. Memorandumun məqsədi tərəflər arasında öz nizamnamələri çərçivəsində kibertəhlükəsizlik sahəsində milli, elmi-texniki və insan resursları potensialının gücləndirilməsi məqsədilə əlaqələrin və işgüzar münasibətlərin qurulmasının, birgə layihələrin həyata keçirilməsinin, səmərəli məlumat mübadiləsinin təşkil olunmasının təşviq edilməsidir. Bununla yanaşı “Cyberpoint”lə AzTU arasında imzalanan memorandum tərəflər arasında əməkdaşlığın həyata keçiriləcəyi ümumi sahələrin müəyyənləşdirilməsi məqsədini də özündə daşıyır. Əməkdaşlıq memomrandumunun başlıca hədəflərindən biri də kibertəhlükəsizlik sahəsi üzrə təhsil alan tələbələrin praktiki təlimlərə cəlb olunması və onların bu sahədə daha geniş biliklərə yiyələnməsi üçün lazımı şəraitin yaradılmasıdır.

Azərbaycanın aparıcı kibertəhlükəsizlik xidməti təminatçısı olan “Cyberpoint” MMC ilə ölkəmizin ən nüfuzlu universitetlərindən biri olan Azərbaycan Texniki Universiteti (AzTU) ..

2023-07-05
AzTU

“Code Academy”nin #CodeForFuture layihəsinin məzunu olan AzTU tələbələrinə diplomlar təqdim olunub

“Code Academy”nin #CodeForFuture layihəsinin məzunu olan Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələrinə diplomların təqdim olunması mərasimi keçirilib. Tədbirdə çıxış edən rektor Vilayət Vəliyev bildirib ki, Elm və Təhsil Nazirliyinin dəstəyilə “Code Academy”nin #CodeForFuture layihəsinin icrasına ilk dəfə 2021-ci ildə AzTU-da başlanılıb və uğurla davam etdirilir. Rektor deyib ki, 2022-2023-cü tədris ilinin payız semestrində #CodeForFuture layihəsində iştirak edən 336 AzTU tələbəsi bu gün məzun olur. Onlardan 26 nəfər yüksək şərəf diplomu, 67 tələbə isə şərəf diplomu ilə təltif ediliblər. Həmçinin 71 tələbə beynəlxalq sertifikat imtahanlarında uğurla iştirak edərək CompTIA, CSWA kimi beynəlxalq sertifikatlar əldə ediblər. Tələbələri təbrik edən rektor onlara layihə müddətində əldə etdikləri bilik və bacarıqların gələcək fəaliyyətlərində faydalı olacağına ümid etdiyini bildirib. Daha sonra çıxış edən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədr müavini Kamran Rəsulov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin əməkdaşı İbrahim Qədirov və “Code Academy” tədris müəssisəsinin təsisçisi və direktoru Ülvi Aslanov layihənin əhəmiyyəti və tələbələrin gələcək fəaliyyətlərində faydalarından danışıb, həmçinin təbriklərini çatdırıblar.   Qeyd edək ki, layihə çərçivəsində AzTU-da proqramlaşdırma, şəbəkə administratorluğu, sistem administratorluğu, “AutoCAD & Solidworks” sahələri üzrə ümumilikdə 536 tələbə təhsil alıb, əmək bazarının tələblərinə uyğun kadr kimi formalaşaraq bir sıra üstünlüklərə sahib olublar.  Tədbirin sonunda #CodeForFuture layihəsinin məzunu olan AzTU tələbələrinə diplomlar təqdim olunub.

“Code Academy”nin #CodeForFuture layihəsinin məzunu olan Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələrinə diplomların təqdim olunması mərasimi keçirilib. Tədbirdə çıxış ed ..

2023-07-04
AzTU

“Code For Future” kurslarını bitirən AzTU tələbələrinə sertifikat təqdim olunub

“Alqoritmika” beynəlxalq riyaziyyat və proqramlaşdırma məktəbinin “Code For Future” kurslarını bitirən Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələrinə sertifikatların təqdim olunması mərasimi keçirilib. Tədbirdə çıxış edən layihə meneceri Nəzrin Əliyeva tələbələri təbrik edib, layihənin məqsədi və əhəmiyyəti barədə geniş məlumat verib. Daha sonra kursu bitirən tələbələr layihə haqqında öz fikirlərini bölüşüblər. Tədbir çərçivəsində tələbələr üçün vorkşop keçirilib.

“Alqoritmika” beynəlxalq riyaziyyat və proqramlaşdırma məktəbinin “Code For Future” kurslarını bitirən Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələrinə sertifikatların t ..

2023-07-03
AzTU

AzTU əməkdaşı ECAR layihəsi çərçivəsində təşkil edilən təlimi uğurla başa vurub

“Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi çərçivəsində "Strateji insan resurslarının idarə olunması" təlim proqramı üzrə sertifikatların təqdim edilməsi mərasimi keçirilib. Azərbaycan HR İnstitutunun dəstəyilə təşkil edilən təlim proqramında 16 ali təhsil müəssisəsindən 18 mütəxəssis iştirak edib. Məqsəd ali təhsil müəssisələrinin müvafiq sahə üzrə fəaliyyət göstərən məsul şəxslərinin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi, eləcə də təcrübələrinin artırılması olub.Təlimdə Azərbaycan Texniki Universitetinin (AzTU) İnsan resurları ilə iş şöbəsinin müdiri Rəna Hətəmova iştirak edib. Çıxış edən ali təhsil müəssisələrinin nümayəndələri təlimdə şəxsi və peşəkar inkişaf baxımından faydalı məlumatlar əldə etdiklərini qeyd ediblər. Sonda təlim proqramının iştirakçılarına kursu müvəffəqiyyətlə bitirdiklərinə görə sertifikat təqdim olunub.

“Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi çərçivəsində "Strateji insan resurslarının idarə olunması" təlim proqramı üzrə sertifikatların təqdim edilmə ..

2023-07-03
AzTU

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti AzTU tələbələrini mükafatlandırıb

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında 2022-ci il 5 noyabr tarixində imzalanan əməkdaşlıq haqqında memorandumda nəzərdə tutulmuş müvafiq bəndin icrası ilə bağlı universitetin informasiya təhlükəsizliyi ixtisasında təhsil alan bakalavr və magistr tələbələri arasında müsabiqə keçirilib. Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan iki mərhələli müsabiqədə tələbələrin kibertəhlükəsizlik sahəsində biliklərinin yoxlanılması və təqaüdlərin verilməsi nəzərdə tutulub. Müsabiqənin nəticələrinə əsasən, AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin (bakalavriat səviyyəsi) 2-ci kurs tələbəsi Tərlan Haqverdi və 4-cü kurs tələbəsi Samir Əbilhəsənli, “SABAH Magistratura” proqramının (kibertəhlükəsizlik ixtisası üzrə) 1-ci kurs tələbələri Sənan Vəlizadə və Aytac İbrahimova xüsusi fərqləniblər.  Qaliblər Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən təqaüdlə mükafatlandırılıb. Memorandum çərçivəsində növbəti semestrlərdə də xüsusi fərqlənən tələbələrə təqaüdlərin verilməsi üçün müsabiqələrin keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında 2022-ci il 5 noyabr tarixində imzalanan əmə ..

2023-06-25
AzTU

“Alstom” şirkətinin təlimlərini bitirən AzTU tələbələrinə sertifikat təqdim olunub

“Alstom” şirkətinin 2022-2023-cü tədris ili üzrə Azərbaycan Texniki Universitetinin (AzTU) dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi ixtisasında təhsil alan tələbələri üçün təşkil etdiyi təlimlər başa çatıb. Təlimləri uğurla bitirən tələbələrə sertifikatların təqdim olunması mərasimi keçirilib. Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, Fransanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Ann Buayon, Təhsilin İnkişafı Fondunun, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının Təhsil Komitəsinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin və universitetin nümayəndələri iştirak ediblər.    Qonaqları salamlayan “Alstom” şirkətinin Azərbaycan üzrə icraçı direktoru Elşən Zeynalov AzTU ilə şirkətin əməkdaşlığı barədə məlumat verib. Bildirib ki, şirkətin AzTU ilə əməkdaşlığı 2016-cı ildən başlanıb. 2021-ci ildə tərəflər arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Elşən Zeynalov qeyd edib  ki, sertifikat alan tələbələr ümumilikdə 14 nəfərdir. Onlardan 10-u AzTU-nun, 4-ü isə Milli Aviasiya Akademiyasının tələbələridir. Şirkət rəsmisi hazırda AzTU məzunlarının “Alstom” da uğurla fəaliyyət göstərdiyini də diqqətə çatdırıb. “Alstom” şirkətinin təlimlərini uğurla başa vuran tələbələri təbrik edən AzTU-nun rektoru Vilayət Vəliyev bildirib ki, ötən il universitetdə şirkətin tədris mərkəzi fəaliyyətə başlayıb. Mərkəz son bir il ərzində dəmiryolu mühəndisliyi istiqamətində yüksək ixtisaslı kadrların hazırlanması üçün mühüm işlər görüb. Rektor qeyd edib ki, sertifikat alan tələbələrdən 4-ü MAA tələbəsidir. AzTU-nun MAA ilə müvafiq istiqamətlər üzrə əməkdaşlıq əlaqələrini genişləndirdiyini diqqətə çatdıran rector akademiya ilə birgə layihələr həyata keçirildiyini də əlavə edib. Rektor ölkədə nəqliyyat, xüsusilə dəmiryolunun inkişafı istiqamətində aparılan islahatlardan da danışıb. Çıxışını Azərbaycan dilində səsləndirən Fransanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Ann Buayon “Alstom” şirkəti ilə AzTU əməkdaşlığının mühəndis kadrların hazırlanması istiqamətində mühüm addım olduğunu vurğulayıb. Dəmiryolu sahəsinin inkişafının ölkə iqtisadiyyatına faydalarından danışan xanım səfir bu mənada yüksəkixtisaslı kadrların hazırlanmasına hər zaman ehtiyac olduğunu diqqətə çatdırıb. Təlimlərdə iştirak edən tələbələri təbrik edən səfir onlara fəaliyyətlərində uğurlar arzulayıb. Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini Nərgiz İsmayılova AzTU-nun universitet-sənaye işbirliyi istiqamətində gördüyü işləri müsbət qiymətləndirib. Bildirib ki, digər universitetlərin də bu istiqamətdə fəaliyyətləri yüksəkixtisaslı kadrların hazırlanması baxımından faydalı ola bilər. “Azərbaycan Dəmir Yolları” QSC-nin İnsan resursları idarəsinin rəisi Ceyhun Nağıyev gənc dəmiryolçuları təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Tədbirin sonunda tələbələrə sertifikat təqdim olunub.

“Alstom” şirkətinin 2022-2023-cü tədris ili üzrə Azərbaycan Texniki Universitetinin (AzTU) dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi ixtisasında təhsil alan tələbələri ..

2023-06-25
AzTU

Şəki və Mingəçevir şəhərlərində ictimai müzakirələr keçirilib

23-24 iyun tarixlərində  Azərbaycan Texniki Universitetinin (AzTU) Logistika və Nəqliyyat İnstitutunda yerinə yetirilən  “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” layihəsi çərçivəsində Şəki və Mingəçevir şəhərlərində ictimai müzakirələr keçirilib. Layihənin həyata keçirilməsində məqsəd şəhərin nəqliyyat infrastrukturunun kompleks inkişafı proqramının, ictimai sərnişin nəqliyyatı ilə əhaliyə nəqliyyat xidmətlərinin təşkili üzrə sxemin, nəqliyyat infrastrukturunun və yol hərəkətinin təşkili sxeminin hazırlanmasından ibarətdir.  İctimai müzakirlərdə nəqliyyat infrastrukturu zonalarına dair məlumatlar, yolların keyfiyyəti, nəqliyyat və avtonəqliyyat vasitələri parkının strukturu ilə bağlı ictimaiyyətin fikirləri dinlənilib. Həmçinin şəhər əhalisinə nəqliyyat xidmətlərinin bütün növləri üzrə, o cümlədən marşrut şəbəkəsi, hərəkət tərkibi, sərnişin daşıyan təşkilatların nəqliyyat xidməti, avtomobil yollarında hərəkət sıxlığı və digər məsələlər müzakirə olunub, ictimaiyyətin fikirlərinə əsasən müvafiq qeydlər aparılıb, suallar cavablandırılıb.  Tədbirdə Şəki və Mingəçevir şəhər icra hakimiyyətlərinin nümayəndələri ilə yanaşı  AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov, Nəqliyyat və logistika fakültəsinin layihənin işinə cəlb edilən müəllim heyəti dosentlər - Əlləz Əliyev və Ramin Aslanov, gənc müəllimlər - Turan Verdiyev, Ülvi Cavadlı, Röyal Allahverdiyev iştirak ediblər.

23-24 iyun tarixlərində Azərbaycan Texniki Universitetinin (AzTU) Logistika və Nəqliyyat İnstitutunda yerinə yetirilən “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” la ..

2023-06-25
AzTU

“AzTU könüllüləri” təcrübə proqramının iştirakçılarına sertifikat təqdim olunub

Azərbaycan Texniki Universitetinin (AzTU) Sosial İnkişaf Mərkəzi tərəfindən həyata keçirilən “AzTU könüllüləri” proqramının iştirakçılarına sertifikatların təqdim olunması mərasimi keçirilib. Tədbirdə Sosial İnkişaf Mərkəzinin əməkdaşı Eyvaz Məhəmmədli, AzTU Həmkarlar İttifaqı Komitəsinin sədri Elvin Bəxtiyarlı, Maşınqayırma və robototexnika fakültəsinin dekanı Malik Qarayev və “AzTU TV studiyası”nın direktoru Səfa Bağırov çıxış edərək proqramın əhəmiyyətindən danışıblar, həmçinin iştirakçıları təbrik ediblər. Qeyd olunub ki, aprel ayında icrasına başlanılan üç aylıq proqramda iştirak üçün 200-ə yaxın tələbə müraciət edib. AzTU-nun 14 struktur bölməsindən mərkəzə daxil olan müraciət əsasında ilkin mərhələdə tələbələrdən 33 nəfəri könüllü kimi cəlb olunub. Proqramın yekununda isə könüllülərin bacarıqlarının qiymətləndirilməsi üçün struktur bölmələri tərəfindən mərkəzə xasiyyətnamə təqdim olunub. Daha sonra sertifikatların təqdim olunması mərasimi olub. Beləliklə, komandada işləmə və kommunikasiya qurmaq, həmçinin verilən tapşırıqları vaxtında və qüsursuz yerinə yetirmək bacarıqları ilə fərqlənən könüllülərə fərqlənmə sertifikatı, digər tələbələrə isə proqramda iştirak etdiklərinə görə sertifikat təqdim olunub. Qeyd edək ki, “AzTU könüllüləri” təcrübə proqramının növbəti mərhələsinə sentyabr ayında start veriləcək.

Azərbaycan Texniki Universitetinin (AzTU) Sosial İnkişaf Mərkəzi tərəfindən həyata keçirilən “AzTU könüllüləri” proqramının iştirakçılarına sertifikatların təqdim olunması ..

2023-06-25