Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Daşkənddə “21-ci əsrdə İpək Yolu: nəqliyyat və logistikanın müasir texnologiyaları” mövzusunda vorkşop keçirilib

Daşkənddə “21-ci əsrdə İpək Yolu: nəqliyyat və logistikanın müasir texnologiyaları” mövzusunda vorkşop keçirilib

16.06.2023     425     AzTU

Daşkənd Dövlət Nəqliyyat Universiteti, Azərbaycan Texniki Universiteti (AzTU) və İstanbul Texniki Universitetinin (İTÜ) birgə təşkilatçılığı ilə Daşkənddə “21-ci əsrdə İpək Yolu: nəqliyyat və logistikanın müasir texnologiyaları” mövzusunda vorkşop keçirilib.

Tədbirin açılışında Azərbaycanın Özbəkistandakı səfirinin müşaviri, Türkiyənin Daşkənddəki səfiri, Daşkənd Dövlət Nəqliyyat Universitetinin prorektoru Əbdüləziz Qulamov, AzTU-nun rektoru Vilayət Vəliyev, İTÜ-nün rektoru İsmayıl Koyuncu çıxış ediblər.

Tədbirin açılışından sonra 3 bölmədə ( Nəqliyyat, tranzit və logistika məsələləri; (Avtomobil yollarıl/Dəniz yolu/Dəmiryolu Sistemləri/Multimodal çatdırma, Şəhərdaxili hərəkətlilik (mobillik)), Müasir nəqliyyat və logistika texnologiyaları, (Ağıllı nəqliyyat sistemləri; nəqliyyatda IoT), Risklərin idarəedilməsi, Nəqliyyatda təhlükəsizlik idarəetmə sistemi) 3 ölkənin universitet və sənaye üzrə mütəxəssisləri, o cümlədən AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov çıxış ediblər. Sonra bu çıxışlar ətrafında müzakirələr aparılıb. 

Müzakirələrdə  Qədim İpək Yolu boyunca nəqliyyat marşrutlarının genişləndirilməsi, o cümlədən İpək Yolu üzərində yerləşən türkdilli dövlətlərin nəqliyyat və logistika sahəsində əməkdaşlığının inkişaf etdirilməsi, birgə layihələrin həyata keçirilməsi və təcrübə mübadiləsi nəzərdən keçirilib. 

Tədbirdə çıxış edənlər Özbəkistan-Azərbaycan-Türkiyə marşrutu üzrə intermodal nəqliyyat texnologiyaları, iri şəhərlərin mobillik problemləri və onların həllində təklif olunan üsullar, regional və beynəlxalq nəqliyyat və logistika sistemlərinin inkişafı, beynəlxalq daşımalarda xidmətlərin keyfiyyəti və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tədbirin gedişində Azərbaycan-Özəkistan-Türkiyə birgə Nəqliyyat və Logistika Elmi-Tədqiqat Mərkəzinin yaradılmasına qərar verilib.  Həmçinin Daşkənd Dövlət Nəqliyyat Universiteti, AzTU və İTÜ arasında əməkdaşlıq memorandumu imzalanıb.


Digər xəbərlər