Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da kriptoqrafiya üzrə elmi-praktiki seminar keçirilib

AzTU-da kriptoqrafiya üzrə elmi-praktiki seminar keçirilib

12.06.2023     330     AzTU

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində (AzTU) 14 ali təhsil müəssisəsinin aidiyyəti mütəxəssislərin iştirakı ilə kriptoqrafiya üzrə elmi-praktiki seminar keçirilib.

Seminarın əsas məqsədi Azərbaycan Respublikasında kriptoqrafiya sahəsində ixtisaslaşmış mütəxəssislər arasında sahə üzrə aktual məsələlərin müzakirəsinin təşkil olunması və təkmilləşdirici təkliflərin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi olub.

Sahə üzrə ekspertlərin iştirakı ilə kibertəhlükəsizlik kontekstində kriptoqrafiyanın əhəmiyyəti, kriptoqrafiya sahəsində baş verən yeniliklər, blokçeyn texnologiyalarında kriptoqrafiyanın rolu, kriptoqrafik təhlükəsizlik protokolları və digər mövzular müzakirə olunub.


Digər xəbərlər