Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Arxiv

AzTU-nun rektor əvəzi X.Yahudov imtahanların gedişində olan yeniliklərlə bağlı toplantı keçirib

Dekabrın 23-də Azərbaycan Texniki Universitetinin (AzTU) rektor əvəzi Xalıq Yahudov qış imtahan sessiyası zamanı imtahanda iştirak edəcək koordinatorlarla görüşüb. Görüşün məqsədi imtahanların gedişində olan yeniliklərlə müəllim və koordinatorları tanış etmək olub. Xalıq Yahudov çıxışında bildirib ki, imtahanların tam şəffaf keçirilməsi və  uğurlu nəticələrinin əldə olunması daha çox koordinatorların fəaliyyətindən asılıdır. Buna görə də AzTU-da koordinatorların seçilməsi məsələsinə həssaslıqla yanaşıldığını deyən rektor əvəzi qazanılan təcrübənin növbəti sessiyalarda da effektiv işin təşkilinə kömək edəcəyini vurğulayıb. Daha sonra AzTU-nun Tədris hissəsinin müdiri Zəkay Şayev imtahanın gedişində olan yeniliklər haqqında iştirakçılara geniş məlumat verib. Zəkay Şayev bildirib ki, magistrlar, “Xüsusi texnika və texnologiya” fakültəsinin və SABAH qruplarının tələbələrinin imtahanı əvvəlki qaydada, yəni yazılı şəkildə keçiriləcək. Bundan əlavə hazırda birinci kursda oxuyan tələbələrin də builki imtahanları yazılı keçiriləcək. Rektor əvəzi Xalıq Yahudov dəyişikliklərin təhsil strategiyasına uyğun olaraq daha mükəmməl tədrisin qurulması üçün həyata keçirildiyini bildirib. Qeyd olunub ki, test üsulu ilə imtahan verən tələbələr bilik və bacarıqlarını tam olaraq sərgiləyə bilmirlər. Universitetdə hər iki üsulla bağlı paralel olaraq araşdırmalar aparılıb və müəyyən olunub ki, imtahanların yazılı şəkildə keçirilməsi daha effektiv nəticə əldə etməyə imkan verir. Sonda imtahan sessiyasının uğurlu keçirilməsi üçün koordinatorlara tövsiyələr verilib.                            

Dekabrın 23-də Azərbaycan Texniki Universitetinin (AzTU) rektor əvəzi Xalıq Yahudov qış imtahan sessiyası zamanı imtahanda iştirak edəcək koordinatorlarla görüşüb. Görüşün məqsə ..

2016-12-23
Arxiv

Təbrik edirik

Azərbaycan Texniki Universitetinin dosenti Roza Əliyevanın fəaliyyət göstərdiyi kafedrada 70 illik yubileyi keçirilib.Roza Əliyeva 1970-ci ildən AzTU-da "İqtisadi nəzəriyyə və XSİ" kafedrasında əvvəlcə laborant, assistent, müəllim, baş müəllim və dosent vəzifəsində çalışır. Pedaqoji fəaliyyətini uğurla davam etdirən Roza Əliyeva mühazirə və məşğələ dərslərini yüksək tələblər səviyyəsində aparır, tədris edilən fənnin proqramlarının tərtibində yaxından iştirak edir və kafedranın tədris-metodik bölməsinin üzvüdür. O, universitetin ictimai işlərinfə də fəali iştirak edir. Roza xanımı universitetin  rəhbərliyi, professor-müəllim heyəti  yubiley münasibətilə təbrik edir və ona elmi-pedaqoji fəaliyyətində , gənc nəslin tərbiyə edilməsində yeni-yeni uğurlar arzulayır.                                   

Azərbaycan Texniki Universitetinin dosenti Roza Əliyevanın fəaliyyət göstərdiyi kafedrada 70 illik yubileyi keçirilib.Roza Əliyeva 1970-ci ildən AzTU-da "İqtisadi nəzəriyyə və XSİ" ka ..

2016-12-21
Arxiv

"Sabah" fakültəsinin 454S qrup tələbələri "Baku Steel Company"-də təcrübədə olmuşdular

"Sabah" fakültəsinin 454S qrup tələbələri 16 dekabr 2016-cı il tarixində "Baku Steel Company"-də təcrübədə olmuşdular.Tələbələrə zavodun tarixindən, istehsalat sahələrindən geniş məlumat verilmişdir. Zavodun ərazisində yerləşən bir neçə sahələr ilə yaxından tanış olan tələbələr, zavodun rəhbərliyinə onlara göstərilən şəraitiə görə öz minnətdarlığını bildirmişlər.Sonda tələbələr zavodun ərazisində fotoşəkillər çəkdirmişdilər.Çəkilən fotoşəkillər "Fotoqalareya" bölməsində yerləşdirilmişdir.

"Sabah" fakültəsinin 454S qrup tələbələri 16 dekabr 2016-cı il tarixində "Baku Steel Company"-də təcrübədə olmuşdular.Tələbələrə zavodun tarixindən, istehsalat sahələrindən geni ..

2016-12-17
Arxiv

MDB PAA DİMBİ Bakı filialının AzTU-da maarifləndirici tədbiri keçirilib

Dekabrın 14-də Müstəqil Dövlətlər Birliyi (MDB) Parlamentlərarası Assambleyanın (PAA) Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (DİMBİ) Bakı filialının Azərbaycan Texniki Universitetində maarifləndirici tədbiri keçirilib. Tədbiri giriş sözü ilə açan “İctimai fənlər kafedrasının müdiri, professor Şikar Qasımov MDB PAA DİMBİ Bakı filialının fəaliyyətini, xüsusilə də bugünkü tədbirin əhəmiyyətini yüksək qiymətləndirib.   MDB PAA DIMBI Bakı filialının direktoru Elman İmaməliyev isə tədbirin əhəmiyyətindən, rəhbərlik etdiyi filialın həyata keçirdiyi elmi-araşdırma işlərindən, qurumun ölkəmizdə və onun hüdudlarından kənarda fəaliyyətindən söz açıb, qarşılıqlı əməkdaşlıq üçün AzTU-nun rəhbərliyinə öz təşəkkürünü bildirib. Daha sonra MDB PAA DIMBI Bakı filialının direktor müavini Teymur Muradov seçki hüquqları haqqında geniş məlumat verib. Bildirib ki, seçki hüquqları konstitusiyamızda, seçki məcəlləsində əks olunub və həmin qanunlara əsasən tənzimlənir. Tədbir çərçivəsində tələbələrə  MDB PAA DIMBI Bakı filialının fəaliyyətini əks etdirən, həmçinin vətəndaşların seçki hüquqlarından bəhs edən kitablar, braşürlər paylanılıb. Tədbirdə Universitetin “İctimai fənlər” kafedrasının müdiri, professor Şikar Qasımov, MDB PAA DİMBİ Bakı filialının direktoru Elman İmaməliyev, filialın əməkdaşları, Universitetin professor-müəllim heyəti və tələbələri iştirak edib.                               

Dekabrın 14-də Müstəqil Dövlətlər Birliyi (MDB) Parlamentlərarası Assambleyanın (PAA) Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olun ..

2016-12-15
Arxiv

Tələbələrimizi uğurlarına görə təbrik edirik

Dekabrda Gürcüstan Respublikasının Tbilisi Texniki Universitetində Cənubi Qafqaz ölkələri tələbələrinin beynəlxalq proqramlaşdırma müsabiqəsinin yarımfinal mərhələsi keçirilib. “Beynəlxalq Proqramlaşdırma üzrə Tələbə Müsabiqə”sində (ACM ICPC) bir neçə ölkənin, o cümlədən Azərbaycanın 6 ali təhsil müəssisəsinin - Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, ADA, Qafqaz Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Universiteti komandaları da iştirak edib və tələbələr proqramlaşdırma üzrə bilik və bacarıqlarını sınayıblar. Müsabiqədə AzTU-nun  Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Natiq Əhmədov və universitetin İnformasiya  texnologiyaları  və proqramlaşdırma  kafedrasının baş müəllimi Vüqar Hüseynlinin rəhbərliyi ilə Azərbaycan Texniki Universitetinin AzTU-1 komandasının üzvləri- Avtomatika və kompyuter texnikası fakültəsinin tələbələri Təbriz Hacıyev, Araz Məhərrəmli və Rafət Ağabəyli uğurla çıxış edərək “Yüksək nailiyyət” diplomuna layiq görülüblər. Qeyd edək ki, müsabiqələrin keçirilməsində məqsəd proqramlaşdırma sahəsində yenilikləri, qarşıda duran müasir tələbləri öyrənmək, onların həlli yollarını tapmaq, əməkdaşlıq əlaqələri qurmaq olub. Belə tədbirlər Cənubi Qafqaz ölkələrinin və digər dövlətlərin elm ocaqları, eləcə də tələbələri arasında münasibətlərin qurulmasında və inkişafında mühüm rol oynayır.        

Dekabrda Gürcüstan Respublikasının Tbilisi Texniki Universitetində Cənubi Qafqaz ölkələri tələbələrinin beynəlxalq proqramlaşdırma müsabiqəsinin yarımfinal mərhələsi keçirilib. ..

2016-12-13
Arxiv

7-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi keçirilib.

2016-cı il 18 noyabr  tarixində Bakı Ekspo Mərkəzində  keçirilən 7-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisində  050649 - "Ekologiya mühəndisliyi" ixtisası üzrə 414 a qrupun tələbələri və kafedranın  müəllimi (b.m. G.X.Kərimova) iştirak etmişlər.

2016-cı il 18 noyabr  tarixində Bakı Ekspo Mərkəzində  keçirilən 7-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisində  050649 - "Ekologiya mühəndisliyi" ixtisası üzrə 414 a qrupun t ..

2016-12-13
Arxiv

AzTU-da Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib

  Dekabrın 9-da Azərbaycan Texniki Universitetində Ümummilli lider Heydər Əliyevin xatirəsini anım mərasimi keçirilib. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin Universitetin foyesindəki büstü önünə tər çiçək dəstələri düzüb, xatirəsini yad ediblər. Daha sonra AzTU-da təhsil alan xarici tələbələrin Universitetdə yaradılan Heydər Əliyev Mərkəzinə ekskursiyası keçirilib. Mərkəzdə AzTU-nun prorektoru İsa Xəlilov tələbələrə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin həyat yolundan, hər kəsə nümunə olacaq fəaliyyətindən, Azərbaycan xalqı və dövləti qarşısındakı müqayisəedilməz xidmətlərindən danışıb. Tələbələr Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoları sosial şəbəkə vasitəsi ilə paylaşıb, öz ölkələrində yaşayan yaxınlarına məlumat veriblər. Tədbir Universitetin akt zalında davam edib. Əvvəlcə bütün  mərasim  iştirakçıları  bir  dəqiqəlik  sükutla  Ümummilli  liderin  əziz  xatirəsini  ehtiramla yad  ediblər. RektorəvəziXalıq Yahudov çıxışında bildirib ki, Ulu Öndər tarixin çətin və kəşməkəşli yollarında xalqını ciddi sınaqlardan uğurla çıxarıb, zəhməti, zəkası, fitri istedadı ilə Azərbaycan Respublikasının dünya birliyində özünə layiqli yer tutmasına zəmin yaradıb. Tədbirdə iştirak edən Millət Vəkili Fəzail İbrahimli və Universitetin “Metallurgiya və metalşünaslıq” kafedrasının müdiri Sübhan Namazov çıxışlarında  Ulu  Öndərin  xalqın  iqtisadi  və  sosial problemlərinin  aradan  qaldırılmasında  göstərdiyi  xidmətlərini, Heydər  Əliyevin  siyasəti sayəsində  bu  gün  Azərbaycanın  qabaqcıl  ölkələr  sırasında  olduğunu  qeyd  edərək  Heydər  Əliyev  irsinin  öyrənilməsində  gənclərin  rolunu  xüsusilə  vurğulayıblar. Sonda Universitetin TGT-nın sədr müavini, MBM fakültəsinin II kurs tələbəsi Aytən Abbaslı tələbələr adından çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyi üçün gördüyü işlərdən danışıb və Onun həyatının bugünkü gənclər üçün nümunə olduğunu bildirib. Tədbirdə Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif anlarından bəhs edən videogörüntülər nümayiş etdirilib.                                                 

Dekabrın 9-da Azərbaycan Texniki Universitetində Ümummilli lider Heydər Əliyevin xatirəsini anım mərasimi keçirilib. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin Universitetin foye ..

2016-12-09
Arxiv

AzTU tələbələri ölkə əhəmiyyətli layihənin iştirakçısı olub

Azərbaycan Texniki Universiteti Gənclərin Virtual İdarəetmə və İnkişafı Mərkəzinin (GVİİM) üzvüləri və Sabah qruplarının tələbələri Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurası təşkilatı dəstəyi ilə keçirilən “QHT İdarəetmə Akademiyası: Beynəlxalq Təcrübə” layihəsində iştirak ediblər. “QHT İdarəetmə Akademiyası: Beynəlxalq Təcrübə” layihəsi “QHT İdarəetmə Akademiyası” (QİDA) proqramı çərçivəsində ilk dəfə olaraq beynəlxalq təlim kursu formatında xarici ekspertlərin iştirakı ilə keçirilib. Layihənin əsas məqsədi gənclər təşkilatlarının beynəlxalq sahədə təcrübəsinin artmasına təkan vermək, onların beynəlxalq təşkilatlarda təmsil olunmasına yardımçı olmaq, beynəlxalq platformalar ilə daha yaxından tanış etmək, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri haqqında və gənclər təşkilatlarının BMT strukturları ilə əməkdaşlığına dair ətraflı məlumatın verilməsidir. Təlim 3 gün davam edib. Sonda təlim iştirakçıları şəhadətnamə ilə təltif olunub.                               

Azərbaycan Texniki Universiteti Gənclərin Virtual İdarəetmə və İnkişafı Mərkəzinin (GVİİM) üzvüləri və Sabah qruplarının tələbələri Azərbaycan Respublikası Gənclər Təşkil ..

2016-12-08
Arxiv

Türkiyədə keçirilən Beynəlxalq elmi konfransda AzTU-nun nümayəndəsi məruzə ilə çıxış edib

“Türk Eğitim-Sen və Uluslararası Avrasya Eğitim Sendikaları Birliği” (UAESEB) tərəfindən təşkil olunan “Beynəlxalq Türk Dünyası Təhsil sistemi və Sosial elmlər” mövzusunda keçirilən konfransda Azərbaycan Texniki Universitetinin (AzTU) Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Akif Cahangirov da iştirak edib. Beynəlxalq sosial məsələlərin, xüsusilə həmkarlar ittifaqlarının işinin, həmçinin təhsil sahəsinin müasir problemlərinin müzakirə olunduğu konfransda məruzəçilər təmsil etdikləri müəssisələrin vəziyyəti haqqında məlumat veriblər. Akif Cahangirov “Təhsildə müasir informasiya-rabitə texnologiyalarının tətbiqi” mövzusunda məruzə ilə çıxış edib. Qeyd olunub ki, Azərbaycan təhsil sistemində müasir texnologiyalardan geniş istifadə olunur.Akif Cahangirov həmçinin bildirib ki, ölkəmizdə həmkarlar ittifaqlarının işi qabaqcıl dünya təcrübəsinə əsasən qurulub və ədalətli prinsiplərlə həyata keçirilir. Türkiyə ilə Türk dünyası arasındakı əlaqələrin genişləndirilməsi məqsədilə keçirilən konfransda  dəvət olunan digər alimlərin elmi məqalələri də maraqla dinlənilib və müzakirə olunub. Konfransın yekununda çıxış etdikləri elmi məqalələrə görə Akif Cahangirov və digər iştirakçılar sertifikat və diplomlarla təltif olunublar. Qeyd edək ki, konfrans Hoca Ahmet Yasevinin xatirəsinə  həsr olunub.                                                      

“Türk Eğitim-Sen və Uluslararası Avrasya Eğitim Sendikaları Birliği” (UAESEB) tərəfindən təşkil olunan “Beynəlxalq Türk Dünyası Təhsil sistemi və Sosial elmlər” mövzusunda ..

2016-12-06
Arxiv

"Metallurgiya və metalşünaslıq" kafedrasının dosenti t.e.n., İsrafilov Telman Davud oğlunun 28 noyabr 2016-cı ildə "Alümin istehsalı üçün zəydaşı filizinin yeni üsullarla emalı" mövzusunda seminar keçirilmişdir

                                                                        SEMİNAR"Metallurgiya və metalşünaslıq" kafedrasının dosenti t.e.n., İsrafilov Telman Davud oğlunun 28 noyabr 2016-cı ildə "Alümin istehsalı üçün zəydaşı filizinin yeni üsullarla emalı" mövzusunda elmi-metodiki seminarı keçirilmişdir.Seminarda

                                                                        SEMİNAR"Metallurgiya və metalşünaslıq" kafedrasının dosenti t.e.n., İsrafilov Telman ..

2016-11-30