Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU tələbələri ölkə əhəmiyyətli layihənin iştirakçısı olub

AzTU tələbələri ölkə əhəmiyyətli layihənin iştirakçısı olub

08.12.2016     255     Arxiv

Azərbaycan Texniki Universiteti Gənclərin Virtual İdarəetmə və İnkişafı Mərkəzinin (GVİİM) üzvüləri və Sabah qruplarının tələbələri Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurası təşkilatı dəstəyi ilə keçirilən “QHT İdarəetmə Akademiyası: Beynəlxalq Təcrübə” layihəsində iştirak ediblər.

“QHT İdarəetmə Akademiyası: Beynəlxalq Təcrübə” layihəsi “QHT İdarəetmə Akademiyası” (QİDA) proqramı çərçivəsində ilk dəfə olaraq beynəlxalq təlim kursu formatında xarici ekspertlərin iştirakı ilə keçirilib.

Layihənin əsas məqsədi gənclər təşkilatlarının beynəlxalq sahədə təcrübəsinin artmasına təkan vermək, onların beynəlxalq təşkilatlarda təmsil olunmasına yardımçı olmaq, beynəlxalq platformalar ilə daha yaxından tanış etmək, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri haqqında və gənclər təşkilatlarının BMT strukturları ilə əməkdaşlığına dair ətraflı məlumatın verilməsidir.

Təlim 3 gün davam edib. Sonda təlim iştirakçıları şəhadətnamə ilə təltif olunub.

                               



Digər xəbərlər