Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib

AzTU-da Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib

09.12.2016     276     Arxiv

 

Dekabrın 9-da Azərbaycan Texniki Universitetində Ümummilli lider Heydər Əliyevin xatirəsini anım mərasimi keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin Universitetin foyesindəki büstü önünə tər çiçək dəstələri düzüb, xatirəsini yad ediblər.

Daha sonra AzTU-da təhsil alan xarici tələbələrin Universitetdə yaradılan Heydər Əliyev Mərkəzinə ekskursiyası keçirilib. Mərkəzdə AzTU-nun prorektoru İsa Xəlilov tələbələrə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin həyat yolundan, hər kəsə nümunə olacaq fəaliyyətindən, Azərbaycan xalqı və dövləti qarşısındakı müqayisəedilməz xidmətlərindən danışıb. Tələbələr Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoları sosial şəbəkə vasitəsi ilə paylaşıb, öz ölkələrində yaşayan yaxınlarına məlumat veriblər.

Tədbir Universitetin akt zalında davam edib. Əvvəlcə bütün  mərasim  iştirakçıları  bir  dəqiqəlik  sükutla  Ümummilli  liderin  əziz  xatirəsini  ehtiramla yad  ediblər. RektorəvəziXalıq Yahudov çıxışında bildirib ki, Ulu Öndər tarixin çətin və kəşməkəşli yollarında xalqını ciddi sınaqlardan uğurla çıxarıb, zəhməti, zəkası, fitri istedadı ilə Azərbaycan Respublikasının dünya birliyində özünə layiqli yer tutmasına zəmin yaradıb.

Tədbirdə iştirak edən Millət Vəkili Fəzail İbrahimli və Universitetin “Metallurgiya və metalşünaslıq” kafedrasının müdiri Sübhan Namazov çıxışlarında  Ulu  Öndərin  xalqın  iqtisadi  və  sosial problemlərinin  aradan  qaldırılmasında  göstərdiyi  xidmətlərini, Heydər  Əliyevin  siyasəti sayəsində  bu  gün  Azərbaycanın  qabaqcıl  ölkələr  sırasında  olduğunu  qeyd  edərək  Heydər  Əliyev  irsinin  öyrənilməsində  gənclərin  rolunu  xüsusilə  vurğulayıblar.

Sonda Universitetin TGT-nın sədr müavini, MBM fakültəsinin II kurs tələbəsi Aytən Abbaslı tələbələr adından çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyi üçün gördüyü işlərdən danışıb və Onun həyatının bugünkü gənclər üçün nümunə olduğunu bildirib.

Tədbirdə Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif anlarından bəhs edən videogörüntülər nümayiş etdirilib.

          

          

          

         

 

 

 


Digər xəbərlər