Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Arxiv

Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi həyatında fəal rol oynayır

1.  http://azertag.az/xeber/Azerbaycan_gencliyi_olkenin_ictimai_siyasi_heyatinda_feal_rol_oynayir-1031911 AZERTAG 2.  http://olaylar.az/news/sosial/209673 OLAYLAR 3.  http://vediinfo.az/index.php?newsid=22366 VEDİİNFO 4.  http://www.ekspress.az/az/cemiyyet/16138-aztu-da-gendzler-g-uuml-n-uuml EKSPRESS 5.  http://azerbaijan.shafaqna.com/AZ/AZ/353791 AZERBAİJAN.SHAFAQNA 6.  http://az.arguspost.com/az/linkto/615860 ARGUSPOST 7.  http://www.azerbaijan-news.az/index.php?mod=3&id=115103 AZƏRBAYCAN QƏZETİ-nin saytı

1.  http://azertag.az/xeber/Azerbaycan_gencliyi_olkenin_ictimai_siyasi_heyatinda_feal_rol_oynayir-1031911 AZERTAG 2.  http://olaylar.az/news/sosial/209673 OLAYLAR 3.  http://vediinfo.az/index.p ..

2017-02-03
Arxiv

AzTU-da 2 Fevral-Azərbaycan Gənclər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib

Fevralın 2-də Azərbaycan Texniki Universitetində 2 Fevral–Azərbaycan Gənclər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri universitetin Tərbiyə işləri üzrə prorektoru İsa Xəlilov açaraq AzTU-nun rektor əvəzi Xalıq Yahudovun təbrikini gənclərə çatdırıb və bildirib ki, Gənclər Günü ulu öndər Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Prorektor qeyd edib ki, Azərbaycan Texniki Universitetində bilikli, bacarıqlı mühəndis kadrların hazırlanması üçün hər cür şərait yaradılıb. Universitetdə gənclərlə bağlı həyata keçirilən layihələrdən danışan prorektor  bütün bu işlərin Prezident İlham Əliyevin gənclərlə bağlı siyasətinin tərkib hissəsi olduğunu bildirib. Vurğulanıb ki, bu ideyanın dəqiq və müntəzəm həyata keçirilməsi öz bəhrəsini verməkdədir. AzTU tələbələri hər zaman ölkənin ictimai-siyasi həyatında aktiv rol oynayıb və əsl vətəndaş mövqeyi nümayiş etdiriblər. Tədbirdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Beynəlxalq Əlaqələr Departamentinin  sədri Nurxan Babayev çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş gənclər siyasəti uzaq perspektivlərə hesablanıb.Nurxan Babayev qeyd edib ki, gənclərə göstərilən bu qayğı və diqqət gənclərlə bağlı infrastruktur bazasının yaradılması, müəyyən qanunların qəbul edilməsi, konkret hədəflərə hesablanmış dövlət proqramlarının həyata keçirilməsi Azərbaycanın gələcəyi üçün layiqli gənc nəsil yetişdirmək məqsədi daşıyır. AzTU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elvin Bəxtiyarlı və tələbələr də çıxışlarında ölkədə yürüdülən gənclər siyasətindən danışıblar. Bildirilib ki, dünyanın heç bir ölkəsində gənclərə Azərbaycandakı kimi diqqət və qayğı göstərilmir. Hazırda AzTU-nun çoxminli tələbələri sırasında kifayət qədər intellekt sahibi olan, vətənpərvərliyi ilə seçilən, yüksək biliklər mənimsəmiş gənclər az deyil. Toplantıda çıxış edənlər universitetdə təhsil alan bütün gəncləri bu əlamətdar gün münasibətilə təbrik edib, onlara təhsildə və həyatda yeni-yeni uğurlar arzulayıblar. Sonda təhsildə və ictimai işlərdə fərqlənən tələbələrə AzTU-nun THİK, TGT və Gənclərin Virtual İnkişafı və İdarəetmə Mərkəzi tərəfindən təsis edilən diplomlar təqdim edilib.                         

Fevralın 2-də Azərbaycan Texniki Universitetində 2 Fevral–Azərbaycan Gənclər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri universitetin Tərbiyə işləri üzrə prorektoru İsa Xə ..

2017-02-02
Arxiv

AzTU-nun SABAH qruplarının tələbəsi Azercell-in Təqaüd Proqramının qalibi olub

Azərbaycanda təhsil sisteminin keyfiyyətinin yüksəlməsinə daim dəstək olan Azercell Telekom MMC 2008-ci ildən Tələbə Təqaüd Proqramını elan edib və hər il seçim yolu ilə qaliblər müəyyən olunur. Şirkət 1 oktyabr 2016-cı il tarixində elan etdiyi  Tələbə Təqaüd Proqramı üzrə son seçimlərinin nəticələrini müəyyən edib. Nəticələrə görə Azərbaycan universitetlərində təhsil alan 27 tələbə Azercell-in təqaüdçüsü adına layiq görülüb. Bu tələbələr ali təhsillərinin sonunadək Azercell şirkətindən 200 AZN məbləğində aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsinə dair biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanı əldə edəcəklər. Qeyd edək ki,Tələbə Təqaüd Proqramının seçimləri iki mərhələli keçirilib. Birinci seçim mərhələsində (01 noyabr – 10 noyabr, 2016) tələbələrin onlayn şəkildə təqdim etdikləri ərizələrin və sənədlərin dəyərləndirilməsi, ikinci mərhələdə (14 noyabr - 27 dekabr, 2016) onların məntiqi və ingilis dili bilikləri yoxlanılıb. Eyni zamanda tələbələr Azercell-in İQ mütəxəssisləri və digər departamentlərinin rəhbərləri tərəfindən keçirilən müsahibələrdə iştirak ediblər. Tələbələr akademik bilikləri, dünyagörüşü, elmə və təhsilə həvəsi və s. meyarlar əsasında dəyərləndirilib. Təqaüdə layiq görülən 27 tələbədən 6-sı SABAH qruplarında təhsil alan tələbələrdir. AzTU-nun SABAH qruplarının  IV kurs tələbəsi Şahin Xəlilov Azercell-in Təqaüd Proqramını qazanıb.Şahin Xəlilov həm də 2016-cı ilin fevralında Azercell-in Təcrübə Proqramını qazanaraq  şirkətdə hal-hazırda təcrübə keçir. SABAH qrupları rəhbərliyinin təşəbbüsü ilə bu proqrama qatılan və uğur əldə edən tələbəmizi təbrik edir, ona təhsildə daha yüksək zirvələr, yeni qələbələr arzu edirik.                

Azərbaycanda təhsil sisteminin keyfiyyətinin yüksəlməsinə daim dəstək olan Azercell Telekom MMC 2008-ci ildən Tələbə Təqaüd Proqramını elan edib və hər il seçim yolu ilə qaliblər ..

2017-01-11
Arxiv

Martyr's family was invited to AzTU

On January 9, thefamily members of Chingiz Gurbanovwere invited to Azerbaijan Technical Uiversity (AzTU).Chingiz Gurbanov the graduate of AzTU died heroically in the battlewhile preventing enemy attack on December 29, when the reconnaissance group of  Armenian armed forces attempt to violate the state border between Azerbaijan and Armenia. During the meeting, the Acting Rector of AzTU Khalig Yahudov said that, Chingiz is proud of the University and our students and teachers will never forget him.The Rector noted that, his memorial corner was established in AzTU on the day he was killed and teachers and students visit it every day. Khalig Yahudov said confidently that positive results will be achieved soon, as the state is negotiating with international organizations for the return of  Chingiz Gurbanov’s body. The martyr's father, Salman Gurbanov  said that he is being informed regularly on the work done by the Ministry of  Defence, the Red Crescent Society, as well as other state and public organizations for the return of their son’s body. During the meeting, the relatives of Chingiz Gurbanov were informed about  other alumni of AzTU  who were killed. During the conversation who died heroically during “April battle” 4 university graduates - Abdulmajid Akhundov, Elvin Mirzayev, Mushfig Orujov and Mahir Guliyev have been mentioned and talked about them.                                             

On January 9, thefamily members of Chingiz Gurbanovwere invited to Azerbaijan Technical Uiversity (AzTU).Chingiz Gurbanov the graduate of AzTU died heroically in the battlewhile preventing enemy attac ..

2017-01-11
Arxiv

AzTU-da gələcək magistrantlar üçün SINAQ 2 imtahanı keçirilib

Azərbaycan Texniki Universitetində magistraturaya qəbulun I mərhələsinə hazırlıq üçün AzTU-nun magistraturaya kazırlıq kursu tərəfindən SINAQ 2 imtahanı keçirilib. Sınaq imtahanında tələbələrə 50 məntiq, 25 informatika, 25 xarici dildən ibarət olmaqla ümumilikdə 100 test sualı təqdim edilib. Suallardan 15-i, yəni hər fənn üzrə 5 sual açıq test olub. 2 saat davam edən sınaq imtahanında iştirak etmək üçün 110 tələbə qeydiyyatdan keçib. İmtahandan sonra tələbələrlə sınaqla bağlı sorğu aparılıb. Gizli sorğuda iştirak edən tələbələr imtahandan razılıqlarını bildiriblər və tətbiq olunması üçün bəzi təkliflər irəli sürüblər. Qeyd edək ki, yanvar  ayının 5-dən sonra kursda iştirak edən qalan tələbələr üçün də sınaq imtahanı təşkil olunacaq.        

Azərbaycan Texniki Universitetində magistraturaya qəbulun I mərhələsinə hazırlıq üçün AzTU-nun magistraturaya kazırlıq kursu tərəfindən SINAQ 2 imtahanı keçirilib. Sınaq imtahanın ..

2016-12-29
Arxiv

Media ilə üz-üzə: Təhsil naziri Mikayıl Cabbarovla müsahibə – I hissə

Onlayn-kanal “Təhsil TV”-nin efirində yayımlanan “Media ilə üz-üzə” verilişinin qonağı  Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov olub. Nazirlə söhbət zamanı təhsil sahəsi ilə bağlı günün ən aktual məsələləri müzakirə olunub. Yaxın günlərdə verilişin ikinci hissəsi və onun mətninin tam variantı dərc ediləcək. Aşağıdakı linkə daxil olaraq verilişin I hissəsini izləyə bilərsiniz! https://www.youtube.com/watch?v=zrv4RqLP6Mg&t=143s        

Onlayn-kanal “Təhsil TV”-nin efirində yayımlanan “Media ilə üz-üzə” verilişinin qonağı  Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov olub. Nazirlə söhbət zamanı təhsil sa ..

2016-12-26
Arxiv

AzTU-nun rektor əvəzi X.Yahudov imtahanların gedişində olan yeniliklərlə bağlı toplantı keçirib

Dekabrın 23-də Azərbaycan Texniki Universitetinin (AzTU) rektor əvəzi Xalıq Yahudov qış imtahan sessiyası zamanı imtahanda iştirak edəcək koordinatorlarla görüşüb. Görüşün məqsədi imtahanların gedişində olan yeniliklərlə müəllim və koordinatorları tanış etmək olub. Xalıq Yahudov çıxışında bildirib ki, imtahanların tam şəffaf keçirilməsi və  uğurlu nəticələrinin əldə olunması daha çox koordinatorların fəaliyyətindən asılıdır. Buna görə də AzTU-da koordinatorların seçilməsi məsələsinə həssaslıqla yanaşıldığını deyən rektor əvəzi qazanılan təcrübənin növbəti sessiyalarda da effektiv işin təşkilinə kömək edəcəyini vurğulayıb. Daha sonra AzTU-nun Tədris hissəsinin müdiri Zəkay Şayev imtahanın gedişində olan yeniliklər haqqında iştirakçılara geniş məlumat verib. Zəkay Şayev bildirib ki, magistrlar, “Xüsusi texnika və texnologiya” fakültəsinin və SABAH qruplarının tələbələrinin imtahanı əvvəlki qaydada, yəni yazılı şəkildə keçiriləcək. Bundan əlavə hazırda birinci kursda oxuyan tələbələrin də builki imtahanları yazılı keçiriləcək. Rektor əvəzi Xalıq Yahudov dəyişikliklərin təhsil strategiyasına uyğun olaraq daha mükəmməl tədrisin qurulması üçün həyata keçirildiyini bildirib. Qeyd olunub ki, test üsulu ilə imtahan verən tələbələr bilik və bacarıqlarını tam olaraq sərgiləyə bilmirlər. Universitetdə hər iki üsulla bağlı paralel olaraq araşdırmalar aparılıb və müəyyən olunub ki, imtahanların yazılı şəkildə keçirilməsi daha effektiv nəticə əldə etməyə imkan verir. Sonda imtahan sessiyasının uğurlu keçirilməsi üçün koordinatorlara tövsiyələr verilib.                            

Dekabrın 23-də Azərbaycan Texniki Universitetinin (AzTU) rektor əvəzi Xalıq Yahudov qış imtahan sessiyası zamanı imtahanda iştirak edəcək koordinatorlarla görüşüb. Görüşün məqsə ..

2016-12-23
Arxiv

Təbrik edirik

Azərbaycan Texniki Universitetinin dosenti Roza Əliyevanın fəaliyyət göstərdiyi kafedrada 70 illik yubileyi keçirilib.Roza Əliyeva 1970-ci ildən AzTU-da "İqtisadi nəzəriyyə və XSİ" kafedrasında əvvəlcə laborant, assistent, müəllim, baş müəllim və dosent vəzifəsində çalışır. Pedaqoji fəaliyyətini uğurla davam etdirən Roza Əliyeva mühazirə və məşğələ dərslərini yüksək tələblər səviyyəsində aparır, tədris edilən fənnin proqramlarının tərtibində yaxından iştirak edir və kafedranın tədris-metodik bölməsinin üzvüdür. O, universitetin ictimai işlərinfə də fəali iştirak edir. Roza xanımı universitetin  rəhbərliyi, professor-müəllim heyəti  yubiley münasibətilə təbrik edir və ona elmi-pedaqoji fəaliyyətində , gənc nəslin tərbiyə edilməsində yeni-yeni uğurlar arzulayır.                                   

Azərbaycan Texniki Universitetinin dosenti Roza Əliyevanın fəaliyyət göstərdiyi kafedrada 70 illik yubileyi keçirilib.Roza Əliyeva 1970-ci ildən AzTU-da "İqtisadi nəzəriyyə və XSİ" ka ..

2016-12-21
Arxiv

"Sabah" fakültəsinin 454S qrup tələbələri "Baku Steel Company"-də təcrübədə olmuşdular

"Sabah" fakültəsinin 454S qrup tələbələri 16 dekabr 2016-cı il tarixində "Baku Steel Company"-də təcrübədə olmuşdular.Tələbələrə zavodun tarixindən, istehsalat sahələrindən geniş məlumat verilmişdir. Zavodun ərazisində yerləşən bir neçə sahələr ilə yaxından tanış olan tələbələr, zavodun rəhbərliyinə onlara göstərilən şəraitiə görə öz minnətdarlığını bildirmişlər.Sonda tələbələr zavodun ərazisində fotoşəkillər çəkdirmişdilər.Çəkilən fotoşəkillər "Fotoqalareya" bölməsində yerləşdirilmişdir.

"Sabah" fakültəsinin 454S qrup tələbələri 16 dekabr 2016-cı il tarixində "Baku Steel Company"-də təcrübədə olmuşdular.Tələbələrə zavodun tarixindən, istehsalat sahələrindən geni ..

2016-12-17
Arxiv

MDB PAA DİMBİ Bakı filialının AzTU-da maarifləndirici tədbiri keçirilib

Dekabrın 14-də Müstəqil Dövlətlər Birliyi (MDB) Parlamentlərarası Assambleyanın (PAA) Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (DİMBİ) Bakı filialının Azərbaycan Texniki Universitetində maarifləndirici tədbiri keçirilib. Tədbiri giriş sözü ilə açan “İctimai fənlər kafedrasının müdiri, professor Şikar Qasımov MDB PAA DİMBİ Bakı filialının fəaliyyətini, xüsusilə də bugünkü tədbirin əhəmiyyətini yüksək qiymətləndirib.   MDB PAA DIMBI Bakı filialının direktoru Elman İmaməliyev isə tədbirin əhəmiyyətindən, rəhbərlik etdiyi filialın həyata keçirdiyi elmi-araşdırma işlərindən, qurumun ölkəmizdə və onun hüdudlarından kənarda fəaliyyətindən söz açıb, qarşılıqlı əməkdaşlıq üçün AzTU-nun rəhbərliyinə öz təşəkkürünü bildirib. Daha sonra MDB PAA DIMBI Bakı filialının direktor müavini Teymur Muradov seçki hüquqları haqqında geniş məlumat verib. Bildirib ki, seçki hüquqları konstitusiyamızda, seçki məcəlləsində əks olunub və həmin qanunlara əsasən tənzimlənir. Tədbir çərçivəsində tələbələrə  MDB PAA DIMBI Bakı filialının fəaliyyətini əks etdirən, həmçinin vətəndaşların seçki hüquqlarından bəhs edən kitablar, braşürlər paylanılıb. Tədbirdə Universitetin “İctimai fənlər” kafedrasının müdiri, professor Şikar Qasımov, MDB PAA DİMBİ Bakı filialının direktoru Elman İmaməliyev, filialın əməkdaşları, Universitetin professor-müəllim heyəti və tələbələri iştirak edib.                               

Dekabrın 14-də Müstəqil Dövlətlər Birliyi (MDB) Parlamentlərarası Assambleyanın (PAA) Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olun ..

2016-12-15