Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun SABAH qruplarının tələbəsi Azercell-in Təqaüd Proqramının qalibi olub

AzTU-nun SABAH qruplarının tələbəsi Azercell-in Təqaüd Proqramının qalibi olub

11.01.2017     240     Arxiv

Azərbaycanda təhsil sisteminin keyfiyyətinin yüksəlməsinə daim dəstək olan Azercell Telekom MMC 2008-ci ildən Tələbə Təqaüd Proqramını elan edib və hər il seçim yolu ilə qaliblər müəyyən olunur.

Şirkət 1 oktyabr 2016-cı il tarixində elan etdiyi  Tələbə Təqaüd Proqramı üzrə son seçimlərinin nəticələrini müəyyən edib. Nəticələrə görə Azərbaycan universitetlərində təhsil alan 27 tələbə Azercell-in təqaüdçüsü adına layiq görülüb. Bu tələbələr ali təhsillərinin sonunadək Azercell şirkətindən 200 AZN məbləğində aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsinə dair biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanı əldə edəcəklər.

Qeyd edək ki,Tələbə Təqaüd Proqramının seçimləri iki mərhələli keçirilib. Birinci seçim mərhələsində (01 noyabr – 10 noyabr, 2016) tələbələrin onlayn şəkildə təqdim etdikləri ərizələrin və sənədlərin dəyərləndirilməsi, ikinci mərhələdə (14 noyabr - 27 dekabr, 2016) onların məntiqi və ingilis dili bilikləri yoxlanılıb. Eyni zamanda tələbələr Azercell-in İQ mütəxəssisləri və digər departamentlərinin rəhbərləri tərəfindən keçirilən müsahibələrdə iştirak ediblər. Tələbələr akademik bilikləri, dünyagörüşü, elmə və təhsilə həvəsi və s. meyarlar əsasında dəyərləndirilib.

Təqaüdə layiq görülən 27 tələbədən 6-sı SABAH qruplarında təhsil alan tələbələrdir.

AzTU-nun SABAH qruplarının  IV kurs tələbəsi Şahin Xəlilov Azercell-in Təqaüd Proqramını qazanıb.Şahin Xəlilov həm də 2016-cı ilin fevralında Azercell-in Təcrübə Proqramını qazanaraq  şirkətdə hal-hazırda təcrübə keçir.

SABAH qrupları rəhbərliyinin təşəbbüsü ilə bu proqrama qatılan və uğur əldə edən tələbəmizi təbrik edir, ona təhsildə daha yüksək zirvələr, yeni qələbələr arzu edirik.

                



Digər xəbərlər