Azərbaycan Texniki Universitetində magistraturaya qəbulun I mərhələsinə hazırlıq üçün AzTU-nun magistraturaya kazırlıq kursu tərəfindən SINAQ 2 imtahanı keçirilib. Sınaq imtahanında tələbələrə 50 məntiq, 25 informatika, 25 xarici dildən ibarət olmaqla ümumilikdə 100 test sualı təqdim edilib. Suallardan 15-i, yəni hər fənn üzrə 5 sual açıq test olub. 2 saat davam edən sınaq imtahanında iştirak etmək üçün 110 tələbə qeydiyyatdan keçib.
İmtahandan sonra tələbələrlə sınaqla bağlı sorğu aparılıb. Gizli sorğuda iştirak edən tələbələr imtahandan razılıqlarını bildiriblər və tətbiq olunması üçün bəzi təkliflər irəli sürüblər.
Qeyd edək ki, yanvar ayının 5-dən sonra kursda iştirak edən qalan tələbələr üçün də sınaq imtahanı təşkil olunacaq.