Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər MDB PAA DİMBİ Bakı filialının AzTU-da maarifləndirici tədbiri keçirilib

MDB PAA DİMBİ Bakı filialının AzTU-da maarifləndirici tədbiri keçirilib

15.12.2016     299     Arxiv

Dekabrın 14-də Müstəqil Dövlətlər Birliyi (MDB) Parlamentlərarası Assambleyanın (PAA) Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (DİMBİ) Bakı filialının Azərbaycan Texniki Universitetində maarifləndirici tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə açan “İctimai fənlər kafedrasının müdiri, professor Şikar Qasımov MDB PAA DİMBİ Bakı filialının fəaliyyətini, xüsusilə də bugünkü tədbirin əhəmiyyətini yüksək qiymətləndirib.  

MDB PAA DIMBI Bakı filialının direktoru Elman İmaməliyev isə tədbirin əhəmiyyətindən, rəhbərlik etdiyi filialın həyata keçirdiyi elmi-araşdırma işlərindən, qurumun ölkəmizdə və onun hüdudlarından kənarda fəaliyyətindən söz açıb, qarşılıqlı əməkdaşlıq üçün AzTU-nun rəhbərliyinə öz təşəkkürünü bildirib.

Daha sonra MDB PAA DIMBI Bakı filialının direktor müavini Teymur Muradov seçki hüquqları haqqında geniş məlumat verib. Bildirib ki, seçki hüquqları konstitusiyamızda, seçki məcəlləsində əks olunub və həmin qanunlara əsasən tənzimlənir.

Tədbir çərçivəsində tələbələrə  MDB PAA DIMBI Bakı filialının fəaliyyətini əks etdirən, həmçinin vətəndaşların seçki hüquqlarından bəhs edən kitablar, braşürlər paylanılıb.

Tədbirdə Universitetin “İctimai fənlər” kafedrasının müdiri, professor Şikar Qasımov, MDB PAA DİMBİ Bakı filialının direktoru Elman İmaməliyev, filialın əməkdaşları, Universitetin professor-müəllim heyəti və tələbələri iştirak edib.

               

               



Digər xəbərlər