Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun Milli Qəhrəman adına layiq görülən doqquzuncu məzunu

AzTU-nun Milli Qəhrəman adına layiq görülən doqquzuncu məzunu

08.02.2017     233     Arxiv

Prezident, Ali Baş Komandan, cənab İlham Əliyev Azərbaycan Texniki Universitetinin (AzTU) “Xüsusi texnika və texnologiya” fakültəsinin məzunu Çingiz Salman oğlu Qurbanova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında sərəncam imzalayıb.

Çingiz Qurbanova  “Azərbaycanın Milli Qəhrəmanı” adı Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə verilib.

2012-ci ildə tələbə adını qazanan Çingizin universitetə gəlişi Milli Qəhrəman Mübariz İbrahimovun məzarını ziyarət etməklə başlayır.  Silah mütəxəssisləri hazırlayan “Xüsusi texnika və texnologiya” fakültəsinin ənənəsinə uyğun olaraq Çingiz dərslərə başlamazdan əvvəl digər tələbə yoldaşları və müəllimləri ilə birgə Milli Qəhrəman Mübariz İbrahimovun, eləcə də Şəhidlər Xiyabanında uyuyan digər qəhrəmanlarımızın, şəhidlərimizin məzarını ziyarət edir.

Fakültədə “Optotexnika” ixtisası üzrə təhsil alan və optik, elektron cihazlar üzrə mühəndis adını qazanan Çingiz hələ tələbəlik illərində müdafiə qurğuları, hərbi silah-sursat haqqında geniş biliklər əldə edir. Universitet müəllimlərinin tələbələrlə apardığı hərbi-vətənpərvərliklə bağlı söhbətlər, Azərbaycanın həqiqətləri və mənfur qonşularımızın xalqımıza qarşı uzun illərdən bəri həyata keçirdiyi düşmənçilik siyasəti ilə barışmayan silah mühəndisi ilk fürsətdə qəsbkarlara qarşı əsl igidlik  nümayiş etdirir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Müdafiə Komplekslərimizin milli kadrlarla təmin olunması üçün yaradılan “Xüsusi texnika və texnologiya” fakültəsinin tələbəsinin hansı yolla olursa olsun torpaqlarımızın qorunması və azad olunması üçün bütün səylərini səfərbər edəcəyi heç şübhə doğurmur.

Qəhrəman şəhidimiz igidliyi ilə bütün gənclərə örnək olduğu kimi AzTU tələbələri üçün də daima örnək olacaq və qəhrəmanlığı ilə anılacaq. Təsadüfü deyil ki, universitetdə Qəhrəmanımızın şərəfinə yaradılan anım guşəsi tələbələr üçün bir ziyarətgaha çevrilib.

AzTU rəhbərliyi, professor-müəllim heyəti və tələbələri, ələlxüsus Milli Qəhrəmanımızın oxuduğu fakültənin müəllimləri, Prezident, Ali Baş Komandan, cənab İlham Əliyevə dərin təşəkkürünü bildirərək bəyan edir ki, bundan sonra da torpaqlarımızın bütövlüyü uğrunda canını fəda etməyə hazır olan və yüksək biliyə, bacarığa sahib olan Çingizlər yetişdirməyə davam edəcək!

Qeyd edək ki, Azərbaycan Texniki Universitetinin tələbələri, məzunları, əməkdaşları ölkəmizin müstəqilliyi, mənfur düşməndən qorunması işində öz fəaliyyətləri ilə fərqləniblər. 90-cı illərin əvvəllərində yüzlərlə tələbə, məzun, əməkdaş könüllü olaraq torpaqlarımızın qorunmasında iştirak edərək qəhrəmancasına şəhid olublar. Onlardan 8 nəfəri Milli Qəhrəman adına layiq görülüb. Çingiz Salman oğlu Qurbanov bu sayı doqquza yüksəldib.

Ötən ilin aprel ayında erməni təxribatı ilə başladılan Aprel döyüşlərində də AzTU-nun məzunları böyük qəhrəmanlıq göstərib. Aprel döyüşləri zamanı universitetin 4 məzunu- Axundov Əbdülməcid Nadirşah oğlu,  Mirzəyev Elvin Azadxan oğlu, Orucov Müşfiq Arif oğlu və Quliyev Mahir Qadir oğlu düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub.

 

     

                                       



Digər xəbərlər