Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun rektor əvəzi X.Yahudov imtahanların gedişində olan yeniliklərlə bağlı toplantı keçirib

AzTU-nun rektor əvəzi X.Yahudov imtahanların gedişində olan yeniliklərlə bağlı toplantı keçirib

23.12.2016     246     Arxiv

Dekabrın 23-də Azərbaycan Texniki Universitetinin (AzTU) rektor əvəzi Xalıq Yahudov qış imtahan sessiyası zamanı imtahanda iştirak edəcək koordinatorlarla görüşüb. Görüşün məqsədi imtahanların gedişində olan yeniliklərlə müəllim və koordinatorları tanış etmək olub.

Xalıq Yahudov çıxışında bildirib ki, imtahanların tam şəffaf keçirilməsi və  uğurlu nəticələrinin əldə olunması daha çox koordinatorların fəaliyyətindən asılıdır. Buna görə də AzTU-da koordinatorların seçilməsi məsələsinə həssaslıqla yanaşıldığını deyən rektor əvəzi qazanılan təcrübənin növbəti sessiyalarda da effektiv işin təşkilinə kömək edəcəyini vurğulayıb.

Daha sonra AzTU-nun Tədris hissəsinin müdiri Zəkay Şayev imtahanın gedişində olan yeniliklər haqqında iştirakçılara geniş məlumat verib. Zəkay Şayev bildirib ki, magistrlar, “Xüsusi texnika və texnologiya” fakültəsinin və SABAH qruplarının tələbələrinin imtahanı əvvəlki qaydada, yəni yazılı şəkildə keçiriləcək. Bundan əlavə hazırda birinci kursda oxuyan tələbələrin də builki imtahanları yazılı keçiriləcək.

Rektor əvəzi Xalıq Yahudov dəyişikliklərin təhsil strategiyasına uyğun olaraq daha mükəmməl tədrisin qurulması üçün həyata keçirildiyini bildirib. Qeyd olunub ki, test üsulu ilə imtahan verən tələbələr bilik və bacarıqlarını tam olaraq sərgiləyə bilmirlər. Universitetdə hər iki üsulla bağlı paralel olaraq araşdırmalar aparılıb və müəyyən olunub ki, imtahanların yazılı şəkildə keçirilməsi daha effektiv nəticə əldə etməyə imkan verir.

Sonda imtahan sessiyasının uğurlu keçirilməsi üçün koordinatorlara tövsiyələr verilib.

        

           

         



Digər xəbərlər