Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Arxiv

AzTU ilə Abşeron Logistika Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalandı

Yanvarın 22-də Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Abşeron Logistika Mərkəzinin direktoru Ziya Ağayev və onun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Rektor qonaqlara universitet haqqında ətraflı məlumat verib. AzTU-nun Abşeron Logistika Mərkəzi ilə əməkdaşlıqda maraqlı olduğunu bildirən rektor qarşılıqlı elmi, nəzəri və ustad dərslərinin, həmçinin seminarların keçirilməsi ilə bağlı təkliflər səsləndirib. Abşeron Logistika Mərkəzinin direktoru Ziya Ağayev görülən işlər və layihələr haqqında danışıb, Mərkəzin mütəxəssislərinin AzTU tələbələrinə seminarlar keçməsi ilə bağlı təklifi müsbət qarşıladığını bildirib. Direktor AzTU məzunlarının Mərkəzdə işlə təmin olunacağının nəzərdə tutulduğunu  diqqətə çatdırıb. Görüşdən sonra AzTU ilə Abşeron Logistika Mərkəzi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Yanvarın 22-də Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Abşeron Logistika Mərkəzinin direktoru Ziya Ağayev və onun başçılıq etdiyi nümayəndə heyəti ilə gör ..

2020-01-22
Arxiv

AzTU-da CRENG ERASMUS+ KA2 layihəsinin gedişi müzakirə edilib

Oktyabrın 24-də Azərbaycan Texniki Universitetində (AzTU) "Nəqliyyat servisi üçün böhran və risklər mühəndisliyi (CRENG)" ERASMUS+ KA2 layihəsinin gedişinin ilkin monitorinqi üçün layihənin Azərbaycan tərəfdaşlarının iştirakı ilə növbəti görüş  keçirilib. AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov qonaqları salamlayaraq yerinə yetirilən layihənin Azərbaycan tərəfi üçün faydasını qeyd edib və bu layihənin nəqliyyat sahəsində ikili diplom proqramının yerinə yetirilməsi üçün lazımi platforma olması imkanlarından danışıb. Həmçinin, prorektor AzTU-nun bu müddət ərzində layihə çərçivəsində yerinə yetirdiyi işlər haqqında da qısa məlumat verib. Daha sonra layihənin meneceri Dr.Konrad  Levçuk layihə barədə geniş təqdimatla çıxış edib və iştirakçılar tərəfindən verilən sualları cavablandırıb. Tədbirdə iştirak edən Milli ERASMUS+ ofisinin rəhbəri Zəfər Həsənovun layihənin gedişi və mövcud problemlərlə bağlı sualları layihə tərəfdaşları tərəfindən cavablandırılıb. AzTU, BMU və ATU mümayəndləri görülən və görüləcək işlər barədə məlumat verib və sualları cavablandırıblar. Görüşdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov, AzTU, BMU və ATU-nun nümayəndələri, Milli ERASMUS+ ofisinin rəhbəri Zəfər Həsənov, Avropa tərəfdən isə layihənin koordinatoru Varşava Texnologiya Universitetinin nümayəndələri- Nəqliyyat fakültəsinin dekanı, professor Marianna Yacyna və layihə meneceri Dr.Konrad  Levçuk iştirak ediblər.  

Oktyabrın 24-də Azərbaycan Texniki Universitetində (AzTU) "Nəqliyyat servisi üçün böhran və risklər mühəndisliyi (CRENG)" ERASMUS+ KA2 layihəsinin gedişinin ilkin monitorinqi üçün la ..

2019-10-25
Arxiv

AzTU və 166 Global Logistics MMC arasında əməkdaşlıq müqaviləsi imzalandı

Sentyabrın 24-də Azərbaycan Texniki Universiteti (AzTU) və 166 Global Logistics MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb. AzTU-nun rektoru, professor Vilayət Vəliyev universitetdə tələbələrin nəzəri biliklərinin istehsalatda tətbiqinin daha da genişləndirilməsinin vacibliyini vurğulayaraq 166 Global Logistics MMC ilə əməkdaşlıqdan məmnun olduğunu bildirib. AzTU və 166 Global Logistics MMC arasında ortaq logistik-akademik fəaliyyətin başladılmasını  nəzərdə tutan əməkdaşlıq müqaviləsi mövcud qanunvericiliyə və tərəflərin öz nizamnamələrinə uyğun olaraq hazırlanıb. Müqavilədə elmi-texniki, innovasiya, texnoloji yeniliklərin tətbiqi, birlikdə layihələrin hazırlanması, gənc kadrların fərdi inkişafı, startapçıların layihələrinin reallaşdırılmasına dəstək, müasir texnologiyaların tətbiqini mənimsəyən mütəxəssislərin hazırlanması, təhsildə fərqlənən tələbələrə təqaüdlərin verilməsi və s. müddəaların qarşılıqlı əməkdaşlıqla həyata keçirilməsi  nəzərdə tutulub.

Sentyabrın 24-də Azərbaycan Texniki Universiteti (AzTU) və 166 Global Logistics MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb. AzTU-nun rektoru, professor Vilayət Vəliyev universitetdə ..

2019-09-24
AzTU

AzTU-da ERASMUS+ “Nəqliyyat xidmətləri üzrə böhran və risk mühəndisliyi” CRENG layihəsi çərçivəsində növbəti görüş keçirilib

İyulun 8-də Azərbaycan Texniki Universiteti (AzTU), Bakı Mühəndislik Universiteti və Azərbaycan Texnologiya Universitetinin mütəxəssisləri birgə ERASMUS+ “Nəqliyyat xidmətləri üzrə böhran və risk mühəndisliyi” CRENG  layihəsi çərçivəsində magistratura səviyyəsində yeni tədris planının formalaşdırılması üçün AzTU-da növbəti görüş keçiriblər. Görüşdə AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov görüşün məqsədi ilə bağlı məlumat verib və indiyədək layihə çərçivəsində  görülən işlərdən danışıb. Müzakirələr zamanı magistratura səviyyəsində “Nəqliyyatda daşınmaların və idarəetmənin təşkili” ixtisası üzrə  “Nəqliyyatın logistikası” ixtisaslaşmasında magistr hazırlığının həyata keçirilməsi  qərara alınıb. Görüş zamanı tədris planında nəzərdə tutulan fənlər və  onların məzmunu müzakirə edilərək ilkin razılıq əldə edilib.

İyulun 8-də Azərbaycan Texniki Universiteti (AzTU), Bakı Mühəndislik Universiteti və Azərbaycan Texnologiya Universitetinin mütəxəssisləri birgə ERASMUS+ “Nəqliyyat xidmətləri üzrə ..

2019-09-07
Arxiv

AzTU tələbələri Azərkosmos ASC-də müəssisə ilə yaxından tanış olublar

Azərbaycan Texniki Universiteti (AzTU) “Radiotexnika və rabitə”  fakültəsinin  “İnformasiya təhlükəsizliyi” ixtisasının  2-ci kurs tələbələri  Azərkosmos ASC-nin əməkdaşları  ilə görüşüblər. Tələbələr Azərkosmos ASC-də  müəssisənin fəaliyyəti, müəssisədə istifadə olunan müasir texnologiyalarla tanış olub,müəssisənin gələcək planlarını özündə əks etdirən təqdimat materiallarının müzakirəsində iştirak ediblər. Görüşdə AzTU-nun Elm və innovasiyalar departamentinin direktoru, dosent  İslam İslamov, “Radiotexnika və rabitə” fakültəsinin dekan müavini, dosent Mehman Binnətov, “Telekommunikasiya sistemləri və informasiya təhlükəsizliyi” kafedrasının müdiri, dosent Mehman Həsənov və  “Elektronika” kafedrasının  dosenti Oqtay Sadıqov iştirak edib.

Azərbaycan Texniki Universiteti (AzTU) “Radiotexnika və rabitə” fakültəsinin “İnformasiya təhlükəsizliyi” ixtisasının 2-ci kurs tələbələri Azərkosmos ASC-nin əməkdaşlar ..

2019-05-01
Arxiv

Azərbaycan Texniki Universiteti yeni ERASMUS+KA2 layihəsinin icrasına başladı

Azərbaycan Texniki Universitetinin (AzTU) prorektoru, professor Sübhan Namazov, Beynəlxalq əlaqələr departamentinin direktoru, dosent Mərziyyə Ağayeva, Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti Fuad Daşdəmirov Avropa İttifaqının maliyələşdirdiyi və Polşa Texnologiya Universitetinin koordinatoru olduğu "Nəqliyyat servisi üçün böhran və risklər mühəndisliyi (CRENG)" Erasmus+ KA2 layihəsinin ilk toplantısında iştirak etmək  üçün 27-28 fevral 2019-cu il tarixində Polşada ezamiyyətdə olublar. Layihədə 6 ölkənin – Polşa, Almaniya, Fransa, Ukrayna, Azərbaycan və Türkmənistanın universitetləri iştirak edirlər. Layihənin icrasında Azərbaycandan beş tərəfdaş qurum təmsil olunur: Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Texnologiya Universiteti və Bakı Nəqliyyat Agentliyi. Layihənin açılışında Azərbaycan Respublikasının Polşa Respublikasında Fövqaladə və Səlahiyyətli səfiri, AzTU-nun məzunu, Həsən Həsənov çıxış edərək, Azərbaycan və Polşa Universitetləri arasındakı əməkdaşlığın yüksək perspektivi olduğunu, bunun üçün lazımi köməkliklərini göstərəcəyini vurğulayıb. İki günlük toplantıda üç il davam edəcək layihənin məqsəd və vəzifələri, tərəfdaşların layihədəki yeri və rolu, layihənin sonunda əldə olunacaq nəticələr və təşkilati-idarəetmə mövzusunda çıxışlar olub. Tərəfdaş təşkilatların nümayəndələri, o cümlədən AzTU-nun Beynəlxalq əlaqələr departamentinin direktoru, dosent Mərziyyə Ağayeva çıxış edərək, təmsil etdiyi universitet haqqında və layihə ilə bağlı görülən işlər barədə məlumat verib. Toplantının sonunda Azərbaycan Respublikasının Polşa Respublikasında Fövqaladə və Səlahiyyətli səfiri Həsən Həsənovun təşəbbüsü ilə nümayəndə heyəti Polşanın Varşava şəhərinin bir parkında iki görkəmli hərbçinin - azərbaycanlı Vəli bəy Sadıq bəy oğlu Yadigarov və polyak Maciej Sulejman Sułkiewicz adına ucaldılmış büstü ziyarət edib və həmin şəxslərin həyatı haqqında geniş məlumatlandırılıblar. 

Azərbaycan Texniki Universitetinin (AzTU) prorektoru, professor Sübhan Namazov, Beynəlxalq əlaqələr departamentinin direktoru, dosent Mərziyyə Ağayeva, Avtomobil daşımaları və yol hərək ..

2019-04-03
Arxiv

AzTU-nun tələbələri “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olublar

Martın 13-də Azərbaycan Texniki Universitetinin (AzTU) Karyera Mərkəzinin təşkilatçılığı ilə universitetin “Radiotexnika və rabitə”, “Avtomatika və kompyuter texnikası” və “Xüsusi texnika və texnologiya” fakültələrinin I və III kurs tələbələri  “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olublar.  Mərkəzdə tələbələrə “Azərkosmos”un fəaliyyəti, idarəçiliyində olan peyklər – “Azerspace 1” və “Azersky/Spot 6”, ölçüləri, təyinatı və onların faydalı yükləri, aerokosmik sahədə elmi-tədqiqatların aparılması, kosmik sənayenin ölkədə inkişafının dəstəklənməsi və “Tədqiqat və İnkişaf Mərkəzi”nin fəaliyyət göstərməsi haqqında ətraflı məlumat verilib. “Azərkosmos” ASC-nin peyk mühəndisi Böyükbəy Vəzirov çıxışında Azərbaycan ərazisindən peyklərin idarə edilməsinin tamamilə azərbaycanlı mütəxəssislər tərəfindən həyata keçirildiyini xüsusi qeyd edib. Sonra AzTU-nun “Radiotexnika və rabitə fakültəsi”nin məzunu Coşqun Qarayev (peyk və yerüstü sistemlər departamentinin aparıcı mühəndisi) ərazidə yerləşən Ku- və C-diapazonlarında işləyən antenalar haqqında tələbələrə məlumat verib. Sonda  tələbələrin sualları mütəxəssislər tərəfindən cavablandırılıb.

Martın 13-də Azərbaycan Texniki Universitetinin (AzTU) Karyera Mərkəzinin təşkilatçılığı ilə universitetin “Radiotexnika və rabitə”, “Avtomatika və kompyuter texnikası” və ..

2019-03-14
Arxiv

AzTU və AzMİ arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır

15 yanvar 2019-cu il tarixində Azərbaycan Metrologiya İnstitutu və Azərbaycan Texniki Universiteti arasında ölçmələrin vəhdətinin təmin edilməsi, ölçmə dəqiqliyinə nail olunması, metroloji təminatın əsaslarının yaradılması sahəsində əməkdaşlıq və qarşılıqlı texniki yardım haqqında saziş imzalanmışdır. 

15 yanvar 2019-cu il tarixində Azərbaycan Metrologiya İnstitutu və Azərbaycan Texniki Universiteti arasında ölçmələrin vəhdətinin təmin edilməsi, ölçmə dəqiqliyinə nail olunması, m ..

2019-01-17
Arxiv

544191 Tempus-1-2013-EPT-TEMPUS1 layihəsi üzrə pedoqoji, elmi və maliyyə hesabatı üçün audit keçib

544191 Tempus-1-2013-EPT-TEMPUS1 layihəsi üzrə pedoqoji, elmi və maliyyə hesabatı Avropa komissiyasında müvəffəqiyyətlə audit keçib və müsbət nəticələrə görə AzTU-nun rektoruna təşəkkür elan edilmişdir.

544191 Tempus-1-2013-EPT-TEMPUS1 layihəsi üzrə pedoqoji, elmi və maliyyə hesabatı Avropa komissiyasında müvəffəqiyyətlə audit keçib və müsbət nəticələrə görə AzTU-nun rektoruna t ..

2018-12-18
Arxiv

XIII Respublika Universiadasında AzTU-nun tələbələri də iştirak edir

Aprelin 21-də Bakı İdman Sarayında ali təhsil müəssisələri tələbələrinin XIII Respublika Universiadasının açılış mərasimi olub. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Tədbirdə Təhsil nazirinin müavini Mətin Eynullayev ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından söz açıb. Respublikamızın tələbə-idmançılarının dünya çempionatlarında və digər beynəlxalq yarışlarda yüksək nailiyyətlər əldə etdiklərini vurğulayan nazir müavini XIII Respublika Universiadasının iştirakçılarına uğurlar arzulayıb. Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələrinin də qatıldığı XIII Respublika Universiadasında 23 ali təhsil müəssisəsinin tələbələrinin iştirakı nəzərdə tutulub. Yarışlar idmanın 11 növü üzrə keçiriləcək və ümumilikdə min nəfərdən artıq tələbəni əhatə edəcək.Qeyd edək ki, universitetlər arasında qızların da iştirak etdiyi yeganə komanda AzTU-nun komandası olub. Sonra incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər. Təhsil, Gənclər və İdman nazirlikləri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən universiada tələbə gəncləri bədən tərbiyəsinə və idmana cəlb etmək məqsədi ilə reallaşdırılır. Yarışın qalibləri avqustda Tayvanın paytaxtı Taypeydə keçiriləcək XXIX Ümumdünya Yay Universiadasında iştirak edəcəklər.                                                                                   

Aprelin 21-də Bakı İdman Sarayında ali təhsil müəssisələri tələbələrinin XIII Respublika Universiadasının açılış mərasimi olub. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət h ..

2017-04-24