Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da CRENG ERASMUS+ KA2 layihəsinin gedişi müzakirə edilib

AzTU-da CRENG ERASMUS+ KA2 layihəsinin gedişi müzakirə edilib

25.10.2019     208     Arxiv

Oktyabrın 24-də Azərbaycan Texniki Universitetində (AzTU) "Nəqliyyat servisi üçün böhran və risklər mühəndisliyi (CRENG)" ERASMUS+ KA2 layihəsinin gedişinin ilkin monitorinqi üçün layihənin Azərbaycan tərəfdaşlarının iştirakı ilə növbəti görüş  keçirilib.

AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov qonaqları salamlayaraq yerinə yetirilən layihənin Azərbaycan tərəfi üçün faydasını qeyd edib və bu layihənin nəqliyyat sahəsində ikili diplom proqramının yerinə yetirilməsi üçün lazımi platforma olması imkanlarından danışıb. Həmçinin, prorektor AzTU-nun bu müddət ərzində layihə çərçivəsində yerinə yetirdiyi işlər haqqında da qısa məlumat verib.

Daha sonra layihənin meneceri Dr.Konrad  Levçuk layihə barədə geniş təqdimatla çıxış edib və iştirakçılar tərəfindən verilən sualları cavablandırıb.

Tədbirdə iştirak edən Milli ERASMUS+ ofisinin rəhbəri Zəfər Həsənovun layihənin gedişi və mövcud problemlərlə bağlı sualları layihə tərəfdaşları tərəfindən cavablandırılıb.

AzTU, BMU və ATU mümayəndləri görülən və görüləcək işlər barədə məlumat verib və sualları cavablandırıblar.

Görüşdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov, AzTU, BMU və ATU-nun nümayəndələri, Milli ERASMUS+ ofisinin rəhbəri Zəfər Həsənov, Avropa tərəfdən isə layihənin koordinatoru Varşava Texnologiya Universitetinin nümayəndələri- Nəqliyyat fakültəsinin dekanı, professor Marianna Yacyna və layihə meneceri Dr.Konrad  Levçuk iştirak ediblər.

 


Digər xəbərlər