Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun tələbələri “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olublar

AzTU-nun tələbələri “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olublar

14.03.2019     135     Arxiv

Martın 13-də Azərbaycan Texniki Universitetinin (AzTU) Karyera Mərkəzinin təşkilatçılığı ilə universitetin “Radiotexnika və rabitə”, “Avtomatika və kompyuter texnikası” və “Xüsusi texnika və texnologiya” fakültələrinin I və III kurs tələbələri  “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olublar.  Mərkəzdə tələbələrə “Azərkosmos”un fəaliyyəti, idarəçiliyində olan peyklər – “Azerspace 1” və “Azersky/Spot 6”, ölçüləri, təyinatı və onların faydalı yükləri, aerokosmik sahədə elmi-tədqiqatların aparılması, kosmik sənayenin ölkədə inkişafının dəstəklənməsi və “Tədqiqat və İnkişaf Mərkəzi”nin fəaliyyət göstərməsi haqqında ətraflı məlumat verilib.

“Azərkosmos” ASC-nin peyk mühəndisi Böyükbəy Vəzirov çıxışında Azərbaycan ərazisindən peyklərin idarə edilməsinin tamamilə azərbaycanlı mütəxəssislər tərəfindən həyata keçirildiyini xüsusi qeyd edib.

Sonra AzTU-nun “Radiotexnika və rabitə fakültəsi”nin məzunu Coşqun Qarayev (peyk və yerüstü sistemlər departamentinin aparıcı mühəndisi) ərazidə yerləşən Ku- və C-diapazonlarında işləyən antenalar haqqında tələbələrə məlumat verib.

Sonda  tələbələrin sualları mütəxəssislər tərəfindən cavablandırılıb.


Digər xəbərlər