Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU tələbələri Azərkosmos ASC-də müəssisə ilə yaxından tanış olublar

AzTU tələbələri Azərkosmos ASC-də müəssisə ilə yaxından tanış olublar

01.05.2019     134     Arxiv

Azərbaycan Texniki Universiteti (AzTU) “Radiotexnika və rabitə”  fakültəsinin  “İnformasiya təhlükəsizliyi” ixtisasının  2-ci kurs tələbələri  Azərkosmos ASC-nin əməkdaşları  ilə görüşüblər.

Tələbələr Azərkosmos ASC-də  müəssisənin fəaliyyəti, müəssisədə istifadə olunan müasir texnologiyalarla tanış olub,müəssisənin gələcək planlarını özündə əks etdirən təqdimat materiallarının müzakirəsində iştirak ediblər.

Görüşdə AzTU-nun Elm və innovasiyalar departamentinin direktoru, dosent  İslam İslamov, “Radiotexnika və rabitə” fakültəsinin dekan müavini, dosent Mehman Binnətov, “Telekommunikasiya sistemləri və informasiya təhlükəsizliyi” kafedrasının müdiri, dosent Mehman Həsənov və  “Elektronika” kafedrasının  dosenti Oqtay Sadıqov iştirak edib.


Digər xəbərlər