Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Tələbələrimizi uğurlarına görə təbrik edirik

Tələbələrimizi uğurlarına görə təbrik edirik

13.12.2016     272     Arxiv

Dekabrda Gürcüstan Respublikasının Tbilisi Texniki Universitetində Cənubi Qafqaz ölkələri tələbələrinin beynəlxalq proqramlaşdırma müsabiqəsinin yarımfinal mərhələsi keçirilib. “Beynəlxalq Proqramlaşdırma üzrə Tələbə Müsabiqə”sində (ACM ICPC) bir neçə ölkənin, o cümlədən Azərbaycanın 6 ali təhsil müəssisəsinin - Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, ADA, Qafqaz Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Universiteti komandaları da iştirak edib və tələbələr proqramlaşdırma üzrə bilik və bacarıqlarını sınayıblar.

Müsabiqədə AzTU-nun  Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Natiq Əhmədov və universitetin İnformasiya  texnologiyaları  və proqramlaşdırma  kafedrasının baş müəllimi Vüqar Hüseynlinin rəhbərliyi ilə Azərbaycan Texniki Universitetinin AzTU-1 komandasının üzvləri- Avtomatika və kompyuter texnikası fakültəsinin tələbələri Təbriz Hacıyev, Araz Məhərrəmli və Rafət Ağabəyli uğurla çıxış edərək “Yüksək nailiyyət” diplomuna layiq görülüblər.

Qeyd edək ki, müsabiqələrin keçirilməsində məqsəd proqramlaşdırma sahəsində yenilikləri, qarşıda duran müasir tələbləri öyrənmək, onların həlli yollarını tapmaq, əməkdaşlıq əlaqələri qurmaq olub. Belə tədbirlər Cənubi Qafqaz ölkələrinin və digər dövlətlərin elm ocaqları, eləcə də tələbələri arasında münasibətlərin qurulmasında və inkişafında mühüm rol oynayır.

        



Digər xəbərlər