Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Türkiyədə keçirilən Beynəlxalq elmi konfransda AzTU-nun nümayəndəsi məruzə ilə çıxış edib

Türkiyədə keçirilən Beynəlxalq elmi konfransda AzTU-nun nümayəndəsi məruzə ilə çıxış edib

06.12.2016     293     Arxiv

“Türk Eğitim-Sen və Uluslararası Avrasya Eğitim Sendikaları Birliği” (UAESEB) tərəfindən təşkil olunan “Beynəlxalq Türk Dünyası Təhsil sistemi və Sosial elmlər” mövzusunda keçirilən konfransda Azərbaycan Texniki Universitetinin (AzTU) Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Akif Cahangirov da iştirak edib.

Beynəlxalq sosial məsələlərin, xüsusilə həmkarlar ittifaqlarının işinin, həmçinin təhsil sahəsinin müasir problemlərinin müzakirə olunduğu konfransda məruzəçilər təmsil etdikləri müəssisələrin vəziyyəti haqqında məlumat veriblər.

Akif Cahangirov “Təhsildə müasir informasiya-rabitə texnologiyalarının tətbiqi” mövzusunda məruzə ilə çıxış edib. Qeyd olunub ki, Azərbaycan təhsil sistemində müasir texnologiyalardan geniş istifadə olunur.Akif Cahangirov həmçinin bildirib ki, ölkəmizdə həmkarlar ittifaqlarının işi qabaqcıl dünya təcrübəsinə əsasən qurulub və ədalətli prinsiplərlə həyata keçirilir.

Türkiyə ilə Türk dünyası arasındakı əlaqələrin genişləndirilməsi məqsədilə keçirilən konfransda  dəvət olunan digər alimlərin elmi məqalələri də maraqla dinlənilib və müzakirə olunub.

Konfransın yekununda çıxış etdikləri elmi məqalələrə görə Akif Cahangirov və digər iştirakçılar sertifikat və diplomlarla təltif olunublar.

Qeyd edək ki, konfrans Hoca Ahmet Yasevinin xatirəsinə  həsr olunub.


           

                                          



Digər xəbərlər