Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” layihəsi çərçivəsində ictimai müzakirələr keçirilir

“Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” layihəsi çərçivəsində ictimai müzakirələr keçirilir

22.06.2023     317     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Logistika və Nəqliyyat İnstitutunda yerinə yetirilən  “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” layihəsi çərçivəsində Lənkəran və Şirvan şəhərlərində ictimai müzakirələr keçirilib.

Layihədə məqsəd şəhərin nəqliyyat infrastrukturunun kompleks inkişafı proqramının, ictimai sərnişin nəqliyyatı ilə əhaliyə nəqliyyat xidmətlərinin təşkili üzrə sxemin, nəqliyyat infrastrukturunun və yol hərəkətinin təşkili sxeminin hazırlanmasından ibarətdir.

İctimai müzakirlərdə nəqliyyat infrastrukturu zonalarına dair məlumatlar, yolların keyfiyyəti, nəqliyyat və avtonəqliyyat vasitələri parkının strukturu ilə bağlı ictimaiyyətin fikirləri dinlənilib.

Həmçinin şəhər əhalisinə nəqliyyat xidmətlərinin bütün növləri üzrə, o cümlədən marşrut şəbəkəsi, hərəkət tərkibi, sərnişin daşıyan təşkilatların nəqliyyat xidməti, avtomobil yollarında hərəkət sıxlığı və digər məsələlər müzakirə edilib, ictimaiyyətin fikirlərinə əsasən müvafiq qeydlər aparılıb, suallar cavablandırılıb.

İctimai müzakirədə Lənkəran və Şirvan şəhər icra hakimiyyətlərinin nümayəndələri, həmçinin AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov, Nəqliyyat və logistika fakültəsinin layihənin işinə cəlb edilən müəllim heyəti Turan Verdiyev, Ülvi Cavadlı, Röyal Allahverdiyev, Mahir Mustafayev, Nəsir Nəcəfov iştirak ediblər. 


Digər xəbərlər