Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Almatı Energetika və Telekommunikasiya Universitetinin rektoru AzTU-da olub

Almatı Energetika və Telekommunikasiya Universitetinin rektoru AzTU-da olub

03.06.2023     311     AzTU

Qazaxıstanın Almatı Energetika və Telekommunikasiya Universitetinin rektoru Murat Syzdykovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetinə (AzTU) səfər edib.

Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb. Rektor Vilayət Vəliyev AzTU-da görülən işlər haqqında məlumat verib. Bildirib ki, AzTU və Almatı Energetika və Telekommunikasiya Universiteti müvafiq sahələr üzrə birgə layihələrin həyata keçirilməsi, müəllim-tələbə mübadiləsi, elmi-tədqiqat işlərinin aparılması və digər istiqamətlərdə əməkdaşlıq edə bilər.

AzTU-da olmaqdan məmnunluğunu ifadə edən Almatı Energetika və Telekommunikasiya Universitetinin rektoru Murat Syzdykov rəhbərlik etdiyi universitet haqqında ətraflı məlumat verib. Rektor bildirib ki, AzTU ilə müvafiq sahələr üzrə əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində təklifləri dəstəkləyir. Universitetlər arasında əlaqələrin inkişaf etdirilməsinin Azərbaycan və Qazaxıstan təhsil sahəsinin inkişafına da müsbət təsir edəcəyini qeyd edən Murat Syzdykov AzTU rektorunu rəhbərlik etdiyi universitetə dəvət edib.

Görüşdə hər iki universitet tərəfindən telekommunikasiya, energetika, avtomatika, aerokosmik texnlogiyalar sahəsində birgə fəaliyyətlərin həyata keçirlməsi istiqamətində əməkdaşlığın faydalı olacağı vurğulanıb.

Daha sonra qonaqlar AzTU-nun kampusu və maddi-texniki bazası ilə tanış olublar.


Digər xəbərlər