Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Qida mühəndisliyi ixtisasında təhsil alan tələbələr “SAB” şirkətinə ekskursiya edib

Qida mühəndisliyi ixtisasında təhsil alan tələbələr “SAB” şirkətinə ekskursiya edib

02.05.2024     173     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma və robototexnika fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) nəzdində fəaliyyət göstərən “İndustrial Engineering Hub” klubunun təşkilatçılığı ilə “SAB” şirkətinin ət və süd məhsulları zavoduna təcrübə ekskursiyası təşkil olunub.

Ekskursiyada Maşın dizaynı və sənaye texnologiyaları kafedrasının müəllimləri və qida mühəndisliyi ixtisasında təhsil alan 2-ci kurs tələbələri iştirak edib.

Məlumat verilib ki, müəssisədə halal, təmiz və ekoloji sağlam ət məhsulları istehsal olunur. Tələbələr ekskursiya zamanı dequstasiya prosesində də iştirak edib bə lazımi biliklərə yiyələniblər.  

Görüşün sonunda AzTU nümayəndələrinə “SAB” rəhbərliyi tərəfindən hədiyyələr təqdim olunub.


Digər xəbərlər