Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun rektoru İstanbul Texniki Universitetinin rektoru və nümayəndə heyəti ilə görüşüb

AzTU-nun rektoru İstanbul Texniki Universitetinin rektoru və nümayəndə heyəti ilə görüşüb

03.06.2023     376     AzTU

İstanbul Texniki Universitetinin (İTÜ) rektoru İsmayıl Koyuncunun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində  Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev, universitetin rəhbər heyəti və struktur bölmələrinin rəhbərləri ilə görüşüb.

Rektorlar AzTU və İTÜ arasında mövcud əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparıblar. Həmçinin müvafiq sahələr üzrə yeni əməkdaşlıq imkanları müzakirə olunub.  

Daha sonra İTÜ nümayəndə heyəti və AzTU-nun struktur rəhbərlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib. Rektor Vilayət Vəliyev qonaqlara AzTU-da həyata keçirilən və perspektivdə nəzərədə tutulan yeni layihələr barədə ətraflı məlumat verib. 

Nümayəndə heyəti ilə müzakirələr zamanı mütərəqqi nəqliyyat texnologiyaları, elektromobillər, yaşıl enerji, dağ-mədən sənayesi, yeni materilalar, dəmiryolu, süni intellekt və  kibertəhlükəsizlik, müdafiə sənayesi sahəsində tətbiq olunan texnologiyalar, enerji texnologiyaları kimi sahələrdə birgə layihələrin yerinə yetirilməsi imkanları müzakirə olunub.

Tərəflər eyni zamanda süni intellekt və kibertəhlükəsizlik, həmçinin enerji sahələrində birgə tədqiqat mərkəzlərinin yaradılması imkanlarını da müzakirə ediblər.


Digər xəbərlər