Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Bursa Texniki Universitetinin müəllimləri AzTU-da mühazirə oxuyub

Bursa Texniki Universitetinin müəllimləri AzTU-da mühazirə oxuyub

02.06.2023     312     AzTU

Türkiyənin Bursa Texniki Universitetinin (BTU) Metallurgiya və materiallar mühəndisliyi kafedrasının dosenti Ayşe Kalemtaş və Polimer materiallar mühəndisliyi kafedrasının assistenti Duyqu Rüzgar Qazioğlu “Erasmus+” Mobillik Proqramı çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) olub.

Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyevlə görüşüb, metallurgiya və materialşünaslıq sahəsində AzTU-da görülə biləcək işlər və birgə layihələrlə bağlı fikir mübadiləsi aparıb.

Səfər çərçivəsində Ayşe Kalemtaş Metallurgiya və materialşünaslıq fakültəsinin tələbələrinə, həmçinin akademik heyətə mühazirə oxuyub.

Duyqu Rüzgar Qazioğlu isə AzTU-nun müvafiq kafedrasının əməkdaşları üçün təlim keçirib.


Digər xəbərlər